✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 6 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago
Avqustun 16-da “Abzas Media işi” üzrə həbs olunan Məhəmməd Kekalova qarşı da yeni 7 ağır maddə ilə ittiham irəli sürüldüyü məlum olub.
“Abzas Media”ya bu barədə Kekalovun yaxınları məlumat verib.
Bildirilib ki, “Abzas Media” müstəqil media orqanının direktor müavini, ictimai fəal Məhəmməd Kekalova qarşı da Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb.
Bundan əvvəl “Abzas Media işi” üzrə həbs edilən jurnalist Nərgiz Absalamovaya və iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə yeni ittiham irəli sürülüb
Ətraflı: https://t.ly/tGmwK
Həyat yoldaşı: "Bu ittihamlar Fəridə qarşı heç bir sübutun olmamasından qaynaqlanan absurd ittihamlardır"
Avqustun 16-da "Abzas Media işi" üzrə həbs olunan iqtisadçı Fərid Mehralızadəyə qarşı 7 ağır maddə ilə yeni ittiham irəli sürülüb.
Bu barədə məlumatı onun həyat yoldaşı Nərgiz Muxtarova verib.
"Fərid Mehralızadəyə qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb”, - deyə iqtisadçının həyat yoldaşı "Facebook" hesabında yazıb.
Ətraflı: https://t.ly/QrN6Q
“COVID-19 virusunun ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb”.
Bu, həm də göstərilən tarixə qədər quru sərhədlərinin bağlı qalacağı deməkdir.
Hərçənd ölkə başçısı quru sərhədlərin bağlı qalması müddətinin uzadılmasını koronavirusla yox, təhlükəsizlik tədbirləri ilə əlaqələndirib.
Aprelin 23-də prezident İlham Əliyev "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bu barədə danışıb. O, bildirib ki, ilkin qərar koronavirusa görə olsa da, sonradan yeni reallıqlar yaranıb.
"Açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır. Xüsusilə də indiki zamanda. Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr də yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır.
Milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədləri bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır", - deyə o qeyd edib.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər isə qismən prezidentin fikirlərinin əksini deyir. Belə ki, komitənin açıqladığı rəqəmlərə görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər bir milyon yarımdan çox Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.
"2022-ci ilin mart-dekabr aylarında Rusiyadan 397 min 5 nəfər, Ukraynadan isə 24 min 609 nəfər ölkəyə daxil olub. Ötən il ərzində isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub. Cari ilin yanvar-iyul aylarında isə 438 min 66 nəfər Rusiya, 20 min 189 Ukrayna vətəndaşı Azərbaycana giriş edib", - komitədən “Report” informasiya agentliyinin sorğusuna cavab olaraq
YouTube
“AbzasMedia”nın 9 aya yaxındır həbsdə olan direktoru Ülvi Həsənlinin doğum günüdür
Bu gün 9 aya yaxındır əsassız ittihamlarla həbsdə saxlanılan “AbzasMedia”nın direktoru Ülvi Həsənlinin 37 yaşı tamam olur. O, “Abzas Media”nın digər 5 əməkdaşı ilə birlikdə ölkə başçısı İlham Əliyevin ailə üzvləri və yüksək çinli məmurlar haqqında dərc etdiyi…
Polis 10 aya yaxındır davam edən istintaqı bitirmir və bu müddətdə jurnalistlər həbsdə saxlanılır
“Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Elnarə Qasımovanın həbs müddəti 1 ay 7 gün uzadılıb.
“Abzas Media”ya bu barədə jurnalistin müdafiəçisi Bəhruz Bayramov məlumat verib. Vəkil bildirib ki, həbs müddətinin uzadılması ilə bağlı təqdimata Xətai rayon məhkəməsinin hakimi Rafail Sadıxov baxıb.
“Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi Nahid Abbaslı jurnalistin həbs müddətinin uzadılması ilə bağlı təqdimatı məhkəməyə təqdim etdi, hakim də müddəti 1 ay 7 gün uzatdı”.
Məhkəmədə çıxış edən jurnalist Elnarə Qasımova bildirib ki, onun həbsi, həbs müddətinin uzadılması “Abzas Media”da dərc olunan korrupsiya araşdırmalarına görədir:
“Biz yüksək vəzifədə olan məmurlarla bağlı korrupsiya araşdırmaları aparmışıq. Prezidentin ailəsini araşdırmışıq. Ölkədə hər şey bir nəfərin əlində cəmlənib və bizim yerimiz korrupsiya cinayətlərini araşdırdığımız adamlarla səhv düşüb”.
Ətraflı: https://t.ly/r9KnU
“Qafqazinfo” isə bildirir ki, Əli Kərimlini AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu məhkəməyə verib.
Bildirilir ki, Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb.
Qeyd edək ki, Aydın Əliyev bundan əvvəl də “ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması” iddiası ilə Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdı. Onun iddiası iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib.
Avqustun 9-da Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin şikayətinə baxılıb.
Hakim Şərafət Məmmədovanın sədrlik etdiyi iclasda şikayət təmin edilməyib.
Ötən ildən Gürcüstanda yaşayan azərbaycanlı jurnalist, “Azel TV” internet kanalının rəhbəri Əfqan Sadıqov avqustun 3-də Tbilisidə saxlanılıb. Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova sosial mediada saxlanılma anını əks etdirən video yayıb.
Sevinc Sadıqova deyib ki, həyat yoldaşını saxlayanlar özlərini Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim ediblər.
“Azərbaycanda yaşadığımız repressiya Gürcüstanda da davam edir. Hara aparırlar, bilmirik”, –jurnalistin həyat yoldaşı Sevinc Sadıqova deyib.
İyulun 18-də ailə üzvləri ilə Türkiyəyə uçmağa hazırlaşan Əfqan Sadıqov Tbilisi hava limanında saxlanılıb. Pasport nəzarət yoxlanışı zamanı bildirilib ki, onun Azərbaycandan başqa bütün ölkələrə uçuşuna qadağa qoyulub.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Əfqan Sadıqov Bakıya ekstradisiya olunacaq. Belə ki, Azərbaycanda onun barəsində şantaj maddəsi ilə cinayət işi açılıb. Əfqan Sadıqov isə yutub kanalında etdiyi tənqidi çıxışlarına görə repressiyaya məruz qaldığını deyib.
2020-ci ildə pul tələb etmək ittihamı ilə 4 il müddətinə həbs edilən Əfqan Sadıqov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. O iki il həbsdə saxlanılandan sonra əfv sərəncamı ilə azadlığa buraxılıb.
ABŞ yardımın dayandırılmasını Gürcüstan hökumətinin “antidemokratik davranışları”, Qərb və Vaşinqton haqqında “yalan bəyanatları” ilə əsaslandırıb
Çərşənbə günü ABŞ dövlət katibi Entoni Blinken Gürcüstan hökumətinin son addımlarının və bəyanatlarının “Aİ və NATO-ya üzvlük normalarına uyğun gəlmədiyini” əks etdirən bəyanat yayıb. Bəyanat mübahisəli “xarici agentlər” haqqında qanunun qüvvəyə minməsindən bir neçə saat əvvəl verilib.
Avqustun 1-dən etibarən gəlirlərinin 20%-dən çoxunu xaricdən əldə edən təşkilatlar 30 gün ərzində Ədliyyə Evinə müraciət etməli və xarici agentlərin məlumat bazasında qeydiyyatdan keçməlidirlər. Qanuna əməl etməkdən boyun qaçıran təşkilatlar yüksək məbləğdə cərimələnəcək və hökumət tərəfindən məcburi qeydiyyata alınacaq.
“Mayın 23-də Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Bu araşdırmanın nəticəsi olaraq, Birləşmiş Ştatlar birbaşa Gürcüstan hökuməti üçün nəzərdə tutulan 95 milyon dollardan çox yardımı dayandırır” , – Entoni Blinken yazıb.
Ətraflı oxu: https://t.ly/NtYTG
The high-ranking employees of the detention center torture the prisoners right under the "No to torture!" billboard on the walls in Azerbaijani and English, which have been posted by the Ombudsman
In this article, I will talk about why Baku Detention Center No. 1 is not a place of investigation but a torture center.
To start, I want to highlight that despite our repeated appeals to the management of the Penitentiary Service, the prison administration, and the Ombudsman, no significant action was taken. After that, I decided to record the cases of torture and inhuman treatment that I witnessed and heard and prepare a brief report covering the last six months.
I was arrested on November 20, 2023. Since November 22, I have been detained in the Baku Pre-trial Detention Center, which is commonly known as the "Kurdakhani Prison". During the first few weeks, I didn't know much about what was going on, as we often went to court for complaints. However, after December 20, I started hearing about cases of systematic torture. I began recording instances of torture from January of this year.
Read the full article: https://t.ly/qMcf_
Qadınların ən çox üz tutduğu sahə təhsildir, ancaq orda da yüksək vəzifələrdə, əsasən, kişilər təmsil olunur
“Nənəmin qəflətən dünyasını dəyişməsi mənim də kəndimizdəki qadınlarla yaxından tanış olmağıma səbəb oldu. Qadınlar arasında işsizlik və ümumiyyətlə, onların hansı işlərdə işləməsi də kişilərdən asılıdır. Əgər kişi fermerdirsə, qadın ikinci dərəcəli işçi olur, həm də ev işlərini görür. Hər iki mənada kişidən iqtisadi cəhətdən asılı olur”, – ictimai fəal Vəfa Nağı deyir.
Vəfa Neftçalanın Xolqaraqaşlı kəndində təhsildən uzaqlaşdırılan və erkən yaşda ailə qurmağa məcbur edilən qadınlar üçün sosial layihə həyata keçirib: “Kənddə eşidəndə ki, mən tikiş sexi açıram, bizim evə çoxlu sayda qadın gəlməyə başladı. Hamısı işləmək istəyirdi”.
Vəfanın layihəsinə koronavirus pandemiyası və vergilərin çoxluğu qısa müddətdən sonra son qoysa da, bu, qadınların iqtisadi baxımdan kişilərdən asılılığını azaltmağın ən müxtəlif yollarından biri idi.
İş və əməkhaqqı mütəmadi müzakirə olunan mövzular sırasına daxildir. Rəsmi açıqlamalara görə, Azərbaycanda isşislik səviyyəsi 5,5 faiz təşkil edir. Amma “Fakt Yoxla” layihəsinin hələ 2019-cu ildə apardığı müstəqil hesablamalara görə, işsizlərin sayı rəsmi statistikada göstəriləndən 4 dəfə çox olub.
Davamını oxumaq üçün: https://t.ly/BTQJs
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 6 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago