✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
? ABDULLA ŞAİQİN " ANABACI" əsərinin təhlili:
▪️1923-cü ildə qələmə alınıb.
▪️ Hekayə janrındadır.
▪️ Müəllifin oğlu tanınmış ədəbiyyatşünas Kamal Talıbzadə yazır:" Bizim evə gəlib-gedən, nənəm MEHRİ xanımla dostluq edən NƏNƏXANIM adlı qoca bir arvad vardı, qara köhnə çarşaba bürünüb gəzərdi. Onunla atam təsadüfən küçədə rastlaşmış, bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə gətirmiş və uçurum qarşısında duran bir ailəni fəlakətdən xilas etmişdi" .
▪️ Və bu təsadüf müəllifin " Anabacı" hekayəsinin yazılmasına səbəb olmuşdu.
▪️ Qoca qadına edilmiş yaxşılıq müqabilində hədiyyə olaraq toxuduğu yun corabı təqdim edəndə müəllifin zəhmət haqqı vermək istəməsini o elə qəzəblə qarşılamış, ruhundakı etiraz o qədər güclü və əzəmətli olmuşdur ki, yazıçını qələmə müraciət etməyə, insan ləyaqəti haqqında əsər yazmağa ruhlandırmışdır.
▪️ Yazıçı həyatda tanıdığı, müşahidə etdiyi Nənəxanımın və onun kimi onlarla insanın fərdi cizgilərini diqqətlə öyrənmiş, ümumiləşmə aparmış, parlaq , yaddaqalan ədəbi qəhrəmanı- Anabacı obrazını yaratmağa nail olmuşdur.
▪️ Atababa Anabacının xəstə oğludur.
▪️ Atababa vağzalda qulluq edirdi.
▪️ Məktub naçalnikə çatacaqdı.
▪️ Atababaya iş verməklərin istəyirdi Anabacı.
◾️ Müəllifin Anabacıgilə gəlməkdə məqsədi yazılacaq ərizənin hansı məzmunda olacağını öyrənmək istəyirdi.
▪️ Anabacı altmış yaşında qoca qadın idi. Kasıb olsa da qəlbi genişdir, yaxşılığa yaxşılıq etməklə cavab vermək istəyir. Keçmiş əxlaq və xüsusiyyətləri özündə qoruyub saxlayan əsl qadındır. Ailəcanlıdır, zəhmətkeşdir, mərddir.
▪️ Əsərdə kasıb insanların ağır şəraitdə yaşaması təsvir edilib.
▪️ Anabacı evdə cəhrədə yun əyirərək ondan müxtəlif əşyalar toxuyaraq ailəsini dolandırmağa çalışır.
▪️ Müəllif Anabacı ilə küçədə tanış olduqdan sonra onu evlərinə dəvət edir.
▪️ İşlər düzəldikdən dörd ay sonra Anabacı müəlliflə görüşür və ona toxuduğu corabı hədiyyə edir.
▪️ MÖVZUSU: kasıb insanların həyat və məişət qayğısı.
▪️ İDEYASI: maddi çətinliyin mənəvi çətinlik qarşısında aciz olması.
▪️ QOYULMUŞ PROBLEM: əsl amal uğrunda mübarizə aparmağın müqəddəsliyi.
Hazırladı: @AyLiNn3
? ALMAS İLDIRIMIN " ƏSİR AZƏRBAYCANIM" şeirinin təhlili:
♦️ Vətən mövzusundadır.
♦️ İDEYASI: azadlığa səsləməkdir.
♦️ DİLİ: axıcı və ahəngdardır.
♦️ ƏSAS PROBLEM: vətəndən kənarda yaşamaq məcburiyyəti.
♦️ Azadlıq ideyalarının carçısı olan şair təqiblərə məruz qalır, vətənindən sürgün edilir.
♦️ Şeir beşlik şəklindədir.
♦️ Rədifdən istifadə edilmişdir.
♦️ Şeirin misralarının daxili bölgüsü 4-4-3 dür.
♦️ Şeirin birinci misrasında epitet, inversiya, bədii sualdan istifadə olunmuşdur.
♦️ Lirik qəhrəmanın kədərinin başlıca səbəbi vətənin yadlar tərəfindən işğal olunması, vətən övladlarının ,vətən övladlarının öz doğma yurdlarından uzaq düşməsi.
♦️ " Əsir Azərbaycanım" şeirinin məzmunu ilə bağlı səsləşə bilən atalar sözləri: Dünyada Vətəndən əziz nə var? Ana kimi yar olmaz, Vətən kimi diyar. Bu dünyada şirin şey bir anadır, bir Vətən.
♦️ Əsərdə Azərbaycana məxsus yer adlarının - Ağrıdağ, Mil, Muğan, Bakının adları çəkilir.
♦️Bütövlükdə Almas İldırım poeziyasının mayasının iztirab, kədər və dərddən yoğrulduğu aşkar duyulmaqdadır. Bu, bir yandan mühacirliyin, Vətənə əl yetməzliyinin doğurduğu hiss, qarşı tərəfdən isə məmləkətin əsir, kölə həyatının gətirmiş olduğu acı, çəkilməz kədər duyğusudur.
♦️İyirminci yüzil Azərbaycan poeziyasının təkrarsız nümunələrindən biri olan «Əsir Azərbaycanım» şeiri bu çaları canlı şəkildə əks etdirir:
Nerdə məni gül qoynunda doğuran,
Хəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, layla balam, çağıran…
Azərbaycan, mənim baхtsız anam oy!
Neçə bir yıl həsrətinlə yanam oy!..
♦️Məlum olduğu kimi, milli ədəbiyyatımızda Azərbaycan mövzusunda çoхlu sayda şeirlər yazılmışdır. Lakin onların heç biri Almas İldırımın «Əsir Azərbaycanım» şeiri qədər insanın ruhuna, varlığına işləmir, bu şeir qədər hissləri, duyğuları ehtizaza gətirmir.
♦️ «Əsir Azərbaycanım» yağılara tərk edilmiş, yaraları qan verən Vətən haqqında sadəcə şeir parçası deyil, Vətənin dərdlərinə oхunmuş ağıdır, epitafiyadır. Məhz bu səbəbdən şeirin yalnız bədii düşüncə örnəyi kimi dəyərləndirilməsi doğru deyildir.
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neyləm qürbət eldə günü mən,
Sənsiz neyləm Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taхtım oy!
Oyanmazmı kor olası baхtım oy?!
♦️«Əsir Azərbaycanım» şairin boğulan qəzəbindən, kükrəyən ehtirasından, əbədi yurd həsrətindən doğduğu üçün bu qədər təsirlidir.
♦️Şeirin sətirləri arasından bir tərəfdən Vətən həsrətinin ağrı və əzabları boylanmaqda, qarşı tərəfdən yurdumuzun başına gətirilən olmazın müsibətlərin acı, kədərli, ürək parçalayan fəryadı duyulmaqdadır.
Hazırladı: @AyLiNn3
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago