Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 month ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 3 weeks, 6 days ago
**Bismilləhir Rahmənir Rahim.
Rəcəb ayının duasında belə oxuyuruq:**
{يا مَنْ عَنَتِ الْوُجُوهُ لِهَيْبَتِهِ وَخَضَعَتِ الرِّقابُ لِعَظَمتِهِ}
"Ey heybət və əzəmətinə görə məxluqatın boyun əyib təzim etdiyi Allah!"
Mövzu ilə bağlı bir neçə məqama qısa işarə:
*? 1. İnsan və cinlər İlahi əmrə boyun əyib təzim edib-etməməkdə ixtiyarlı olduqları üçün onlardan bəzisi ibadət və itaət edir, bəziləri isə etmir. Amma bunlardan başqa varlıqlar isə həmişə İlahi əmrə mütidirlər.
*? 2. İbadət və itaət edib-etməməkdə ixtiyar sahibi olmaqla yanaşı İlahi əmrə müti olub Allahın göstərişinə əməl etmək səbəb olur ki, insan mələkdən də üstün olsun.
? 3.** Xoş o bəndənin halına ki, itaətsizlik etməkdə ixtiyarlı olduğu halda Allah-təalaya müti bəndədir.
*Bismilləhir Rahmənir Rahim
Rəcəb ayının duasında belə oxuyuruq:
{يَا مَنْ يُعْطِى الْكَثِيرَ بِالْقَلِيلِ}
"Ey az (ibadət və itaətin) müqabilində çox (savab və nemət)
əta edən Allah!"
Mövzu ilə bağlı bir neçə məqama qısa işarə:
*? 1. Allah-təalanın fəzilət və rəhməti geniş olduğu üçün insanın az əməlinin müqabilində ona çox böyük mükafat verir.
*? 2. Əgər insanın az əməlinin müqabilində ona çox böyük mükafat verilməsəydi, insan cənnət kimi əbədi və böyük bir mükafatı heç vaxt qazana bilməzdi.
? 3. Az əməli çox və böyük dəyərləndirməyin nümunələri çoxdur. Onlardan birinə işarə edirik: Bəzi hədisə əsasən gecə vaxtı iki rəkət namaz qılmağın fəzilət və dəyəri dünya və onda olanlardan üstündür.
? 4.* Biz insanlar da başqalarının yaxşı əməllərini dəyərləndirə bilməliyik.
Bismilləhir Rahmənir Rahim4*- Yanvar 3- Rəcəb onuncu imamımız, həzrət İmam Hadinin (ə) şəhadətinin ildönümüdür. Bu münasibətlə hər birinizə başsağlığı veririk.
O həzrət (ə) bir hədisdə belə buyurur:
«قال الامام الهادی (ع):
اِذَا کَانَ زَمانُ العَدلِ فیهِ أَغلَبَ مِنَ الجَورِ فَحَرامٌ أَن یَظُنَّ بِاَحَدٍ سُوءً حَتّی یَعلَمَ ذالِکَ مِنهُ و اِذَا کَانَ زَمانُ الجَورِ أَغلَبَ فیهِ مِنَ العَدلِ فَلَیسَ لِأَحَدٍ أَن یَظُنَّ بِاَحَدٍ خَیراً ما لَم یَعلَم ذالِکَ منهُ.»
"Ədalət zülmdən çox olan bir cameədə insanlara xoşgüman olmaq lazımdır və o cameədə insanlara bədgüman olmaq haramdır. (Belə bir cameədə) Hər hansı bir insanın pis niyyətli olduğunu yəqin bildiyin zaman ona bədgüman olmalısan. Amma əgər bir cameədə zülm ədalətdən çox olarsa, belə bir cameədə insanlara xoşgüman olmaq düzgün deyil və təkcə yaxşı niyyətli olduğunu yəqin bildiyin insana xoşgüman olmalısan".
*?Vəsailuş-Şiə, c 9, səh 146.*
Qeyd
Əgər zülmü ədalətindən çox olan cameədə yaşayan insanlara xoşgüman olmaq düzgün deyilsə, deməli, zalımlara xoşgüman olmaq heç zaman düzgün deyil və əksinə, hətta onların xeyirli işlərinə də bədgüman olmalıyıq!*
İmam Hüseyni kimlər şəhid edib?
1-ci hissə
«Allahınıq və Allaha tərəf də qayıdacağıq.»
Hizbullah Seyid Haşim Səfiyyəddinin şəhadətini təsdiqlədi.
Allahın izni ilə son qələbə mütləq bizimdir!
Qurani-Kərim Həzrət İmam Məhdinin (ə.f) zühurunu gözləyən cəmiyyətlərin xüsusiyyətlərindən biri barədə belə buyurur: "Onlar Allah yolunda (düşmənlərlə daima) mübarizə edirlər".
Qəzzədə şəhid olanların sayı 39 mini ötüb.
İlahi! Həzrət İmam Zamanın zühuru ilə bütün zülm və zalımın kökünü kəs.
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 month ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 3 weeks, 6 days ago