✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
???? Hillari Klinton deyib ki, Baydenin yenidən prezident seçilməsi üçün Ukrayna uğurlu əks-hücuma keçməlidir.
⚡️⚡️Astanada İlham Əliyevin Si Cinpinlə görüşü başlayıb.
Rusiya və Türkiyə prezidentlərinin görüşü başlayıb
Böyük bir proqram var:
ABŞ-ın Hizbullah “qayğıları”.
ABŞ-ın Refah ətrafinda gərginliyin səngidilməsi ilə bağlı çağırışlarına baxmayaraq İsrail hökumətinin israrla hərbi əməliyyatları davam etdirməsi Ağ evi narazı salıb.Rəsmi Vaşinqton Refaha sığınmış Qəzza əhalisinin hədəfə alınmasının ərəb dünyasında doğurduğu təlatümü görür və buna görə Təl-Əvivdən Qəzzanın mülki əhalisinə qarşı aparılan əsil soyqırım siyasətinin dayandırılmasını tələb edir. Hazırda İsrailin Livanla münasibətlərində getdikcə artmaqda olan gərginlik əmsalı Bayden hökumətini düşündürən əsas məsələlərdən biridir. Zira Livanla münasibətlərdəki gərginlik Hizbullahla qarşıdurma ehtimalını getdikcə artırır, bu isə perspektivdə İranın da İsrailə qarşı müharibəyə başlayacağına düşünməyə əsas verir.
Bayden hakimiyyəti hər vəchlə
İsraildəki müharibə partiyasını
İranın qarşıdurmaya müdaxilə
etməsi üçün zəmin ola biləcək
addımlardan çəkindirməyə çalışır. Bu məqsədlə hətta son 4 ayda İsrailə göndərilən silah sursatın həcmi də azaldılıb.
ABŞ tərəfindən hərbi dəstəyin
azalması Netenyahunu müdafiə naziri Qalanti Vaşinqtona danışıqlara göndərməyə sövq edib.
Livanla həmsərhəd bölgələrdə
yeni cəbhənin açıla biləcəyi ile
bağlı ehtimallar Netenyahu hökumətini ordunun təchizatının gücləndirilməsi ilə bağlı tədbirlər görməyə məcbur edir. Pentaqondan Ağ evə daxil olan məlumatlara görə növbəti ayın ortaları üçün İsrail ordusunun Livanın cənub bölgələrində güclü hücum əməliyyatlarının keçirilməsi nəzərdə tutulub. Bununla bağlı ABŞ-dan növbəti silah partiyasının alınmasına ciddi ehtiyac yarandığından Netenyahunun Vaşinqtona yollanacağı gözlənilir. Netenyahunun Konqresi inandırmaq üçün edəcəyi çıxışlardan isə, Bayden administrasiyası çəkinir. ABŞ-da prezident seçkiləri ərəfəsində Netenyahunun ABŞ iqtidarının ünvanına söyləyəcəyi hər hansı tənqidi fikirlər bütün hallarda Baydenin seçkilərdəki rəqibi Trampın xeyrinə işləyə bilər ki, bundan da, Bayden su oddan qorxduğu kimi çəkinir.
Trampın hakimiyyəti dönəmin də Ağ evlə munasibətlərdə olan qarşılıqlı faydalı əməkdaşlığı İsraildə unutmayıblar. ABŞ prezidentləri sırasında məhz Tramp ilk dəfə Yerusəlimi İsrailin paytaxtı kimi Tanişiş, hətta ABŞ-ın İsraildəki səfirliyinin bu şəhərə köçürüləcəyini vəd etmişdi.
Bayden administrasiyasının yaşananlarla bağlı narahatlığı ABŞ ordusunda Qərərgah rəisləri komitəsinin başçısı general Çarlz Braunun Botsvanada təşkil etdiyi mətbuat konfransında özünü biruzə vermişdir. General İsrail hökumətinin atdığı addımların Hizbullahın müharibəyə qatılmasına səbəb olacağını bildirməklə kifayətlənməmiş, Təl-Əvivə bu halda ABŞ-ın köməyinə bel baglamamağı tövsiyyə etmişdir.
Pentaqonu təmsil edən general
Hizbullahla İsrail arasında hərbi əməliyyatların başlanacağı
halda İranın da müharibəyə qoşulacağı barədə kəşfiyyat məlumatlarının olduğunu bildirmiş,
bu halda isə, bölgəni bürüyəcək
alovun qısa zaman kəsiyində
qlobal qarşıdurmaya gətirəcəyinə işarə etmişdir. Braun İranın müharibəyə girəcəyi halda regionda İranla bağlı proiksi qüvvələrin daha aktiv hərbi əməliyyatlar fazasına keçəcəklərini istisna etməmişdir.
ABŞ-da müharibələri araşdıran
İnstitutun verdiyi proqnozlara
görə hadisələrin bu tərzdə inkişafı həm də ona görə qorxuludur ki, İsrail ordusunun bütün cəhdlərinə baxmayaraq, Həmasın müqavimət əzmi nəinki qırılmamış, əksinə o öz potensialını sürətlə bərpa edə bilmişdir.
Bu arada Türkiyə hökumətinin
Kiprə, rəsmi Nikosiyə ünvanlanmış müraciəti də, ABŞ üçün ciddi baş ağrısına çevrilmişdir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Nikosiyə ünvanlanmış müraciətində rəsmi Ankara Kipr və Yunanıstan hökumətlərinə İsrailə hər hansı yardımla bağlı addımlar atmaqdan çəkinməyi tövsiyyə etmişdir. Kiprdən İsrail təyyarələrinin Livanı bombalamaq üçün havaya qalxacaqları təqdirdə, Türkiyə Hizbullahı müdafiə edəcəyi ilə bağlı tərəflərə xəbərdarlıq etmişdir. Rəsmi Ankaranın bu xəbərdarlığı isə, ABŞ-ın Kipr və Yunanıstan vasitəsilə saman altından su yeritməsinə işarədir.Türkiyənin bu jesti məlum dairənin qatılmasına olan ismarıcdır.
Şimali Koreya Rusiyanın artilleriya mərmiləri və digər silahlar verməsi müqabilində Moskvadan uzaqmənzilli nüvə raket texnologiyası alacağını gözləyir.
/ABŞ dövlət katibinin müavini Kurt Kempbell/
❗️Şimali Atlantika Müqaviləsi Təşkilatının bəzi ölkələri Ukraynaya uzunmüddətli yardım öhdəliyi götürmək istəmir-- “Bloomberg”
Qeyd olunub ki, bütün NATO üzvləri 2024-cü ildə Kiyevə ən azı 40 milyard avro məbləğində ümumi yardım göstərməyə razılaşırlar.
Bununla belə, gələcəkdə yardımın göstərilməsi və onun məbləği məsələsi hər il yenidən gündəmə gətirilməli olacaq, çünki bəzi Avropa paytaxtlarında siyasi və hüquqi maneələr Kiyevə bir neçə il ərzində dəstək barədə razılığa gəlməyi çətinləşdirir.
Agentlik mənbələri bildiriblər ki, döyüş meydanındakı mövqe də qərarların qəbulunda mühüm rol oynayacaq. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə uzunmüddətli yardım üçün ildə 100 milyard dollar (təxminən 94 milyard avro) dəyərində fond yaratmağı təklif etmişdi, lakin bu təşəbbüs NATO ölkələri arasında dəstək tapmayıb. Məbləğ isə az qala 40 milyard dollara (təxminən 37 milyard avro) endirilib.
? Vladimir Putin KXDR-dən Vyetnama uçub.
‼️Ermənistan növbəti KTMT tədbirinə etinasızlıq göstərib.
Ölkənin XİN rəhbəri Ararat Mirzoyan iyunun 21-də təşkilatın xarici işlər nazirləri şurasının iclasında iştirak etməyəcək.
??Azərbaycan XİN:
- Ermənistan tərəfinin bəyanatını qətiyyətlə rədd edirik.
- Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq siyasəti heç bir nəticə verməyəcək
- Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
- Ermənistan tərəfi əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir.
???? Paşinyan: Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago