Xeyir Qapısı

Description
?Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik.
https://www.instagram.com/xeyirqapisi_
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

6 months, 3 weeks ago

Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Hər kim 10 dəfə • Ləə iləəhə illəllah, vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmd və huvə alə kulli şeyin qadir • deyərsə, dörd qul azad etmiş kimidir.

? Bir qul azad etməyin təxmini miqdarı 10 mindir.
Bu o deməkdir ki, bu zikri deyən 40 min sədəqə vermiş kimidir. ?Qısa vaxt ərzində 40 min sədəqə verirsən. Özünü məhrum etmə!

Bu zikri günün istənilən vaxtı demək olar.

? Rəşad Hümbətov
https://t.me/xeyirqapisi

Telegram

Xeyir Qapısı

***📌***Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. https://www.instagram.com/xeyirqapisi\_

6 months, 4 weeks ago

#təfsir_dərsindən #gözəl_əxlaq

Uhud döyüşündən 14 əsrdən çox keçib. Bu döyüşdə Peyğəmbər salləllahu aleyhi və səlləm oxçulara nə olursa olsun, öz mövqelərini, yəni oxçular təpəsini tərk etməməyi əmr etmişdi. Amma olan oldu, əksər səhabələr döyüşün bitdiyini zənn edib qənimətləri toplamaq məqsədilə təpəni tərk etdilər və beləliklə peyğəmbər (salləllahu aleyhi və səlləm)in əmrinə asi oldular..
Burda diqqətinizi çəkmək istədiyim məqam səhabələrin əxlaqıdır. Fikir verin, oxçular təpəsində sonadək qalan səhabələr heç vaxt heç yerdə, heç bir hədisdə, heç bir tarix kitabında oxçular təpəsindən qaçan səhabələrin kim olduğunu demədilər. Onlar öz qardaşlarının eyibini elə örtdülər.
Onların kim olduğunu bilirikmi? Bilmirik. Bəlkə də aralarında məşhur səhabələr də var idi. Amma onların eyibini 14 əsr örtdülər.
Şəhid olanlardan başqa Oxçular təpəsində kimlərin olduğunu heç kəs bilmədi.
Bu da onların necə gözəl əxlaqlı olduğuna dəlalət edir.
https://t.me/xeyirqapisi

9 months ago

? İbni Qeyyim (rahiməhullah) bu ayəni dəlil gətirərək deyir ki:
"İnsan həyatı boyunca bir neçə dəfə dindən çıxıb dinə girə bilir".
Bu o deməkdir ki, insan iman edibsə, buna görə arxayın olmamalıdır. Ona görə Allahu təalə buyurur ki, "Allaha qorxu və ümidlə ibadət edin". Bu, ibadətin iki rüknudur. Bəzi alimlər deyiblər ki, sevgi də buna daxildir. Lakin bəzi alimlər bu iki rükn (qorxu və ümid) ilə kifayətləniblər, çünki sevgi elə ümidin içində var. İnsanın bütün həyatı, əməlləri bu iki rükn üzərində durur.

? Abu Zeyd Həbiblinin "İmani faydalar" adlı dərsindən.
https://t.me/xeyirqapisi

Telegram

Xeyir Qapısı

***📌***Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. https://www.instagram.com/xeyirqapisi\_

9 months ago

#fayda

Allah subhənəhu və təalə buyurur:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلْكِتَـٰبِ ٱلَّذِى نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلْكِتَـٰبِ ٱلَّذِىٓ أَنزَلَ مِن قَبْلُ‌ۚ وَمَن يَكْفُرْ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلْيَوْمِ ٱلْأَخِرِ فَقَدْ ضَلَّ ضَلَـٰلاَۢ بَعِيدًا

Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür. (Nisə surəsi 136)

⚠️Fikir verin, Allah Azzə və Cəllə bütün insanlara deyil, iman əhlinə xitab edir, əmr edir ki "Allaha və Rəsuluna iman gətirin!". İnsan "mən iman etdim" deyib bununla kifayətlənməli deyil.
Ona görə Quran və Sünnə iman ilə islamı bir-birindən ayırır. Hətta bədəvi ərəblər deyəndə ki "biz iman etdik", Allahu təalə buyurur ki "deməyin ki, biz iman etdik, deyin ki, biz təslim (müsəlman) olduq"
Niyə? Çünki hələ iman qəlbinizə yerləşməyib.
Allah imanla islamı – möminlə müsəlmanı bir-birindən ayırdı.
Bu ayədə xitab imana girmiş və ya özlərində imanın əsli olan kəslərədir. Əmr edilən iman isə – fəri iman, yəni əməldir.
Yəni "Ey iman gətirənlər, Allah və Rəsuluna itaət edin!"

İkinci əmr edilən – əməldir. Bu da dəlildir ki, ƏMƏL İMANDANDIR. Eynilə bir ağac kimi: ?ağacın kökü imanın əslidir, gövdəsi və budaqları da o kökü təsdiqləyən və zahirdə görünən (bilinən) şeylərdir ki, onlar da saleh əməllərdir.

Sonra ayənin davamında Allah subhənəhu və təalə buyurur:

..وَٱلْكِتَـٰبِ ٱلَّذِى نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلْكِتَـٰبِ ٱلَّذِىٓ أَنزَلَ مِن قَبْلُ‌ۚ

“Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!”

?Quran barədə Allah Azzə və Cəllə buyurdu ki "nəzzələ", amma əvvəlki kitablar barədə dedi ki "ənzələ". Hər iki fel də "nəzələ" felindəndir, yəni "nazil olmaq, enmək", lakin arasındakı fərq odur ki, "nəzzələ" – hissə-hissə endirilməyə deyilir. Əvvəlki kitablar isə birbaşa nazil olduğuna görə "ənzələ" dedi.

Ayənin davamında Allahu təalə buyurur ki:
“Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür.”

❗️Fikir verin, Allah Azzə və Cəllə imanın 5 rüknunu qeyd elədi, qədərə iman isə gəlmədi.
Bu, zahirən yox kimi görünsədə, amma həqiqətdə var. Çünki qədərə iman Allah Azzə və Cəlləyə imanın içindədir. Yəni əslində bu ayədə qədərə iman var. Qədərə imanın mərtəbələri:
• 1. Allahın hər şeyi bildiyinə iman etmək
• 2. Yazması
• 3. İstəməsi
• 4. Yaratması.
?Qədərin bütün mərtəbələri kimə qayıdır – Allah Azzə və Cəlləyə; Allahın elminə, yazmasına, istəyinə, qüdrətinə.
Ona görə qədərə iman əslində Allaha imandır.
Ona görə ayələrdə Allah qədərə imanı ayırmayıb. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) ayırıb. Çünki o bilirdi və qədərilərin (qədəri inkar edənlərin) gələcəyini xəbər vermişdi ki, onlar bu ümmətin məcusiləri olacaq. Ona görə də Cəbrail hədisində imanın rüknlarını ayrıca qeyd edir. Bu, səbəblərdən birisidir.
Ona görə Quranda bir çox ayələrdə və ya hədislərdə belə gəlir: "Kim Allaha və Axirət gününə iman edərsə.."
?Çünki əslində Allaha və Axirətə iman, imanın bütün rüknlarını özündə cəm edir. Yəni bir insan ki, Allaha və Axirətə iman edirsə, mümkün deyil ki, rəsullara, mələklərə, qədərə iman etməsin. Ona görə çox ayələrdə, hədislərdə hətta imanın iki rüknu ilə kifayətlənir: Allaha və Axirətə iman.

Bundan sonrakı ayədə Allah subhənəhu və təalə buyurur:

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ٱزْدَادُواْ كُفْرًۭا لَّمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلاَۢ

Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir.
(Nisə surəsi 137)

⚠️Bu ayədə həm də iman əhli üçün bir ehtiyat, bir təhdid var. Allah Azzə və Cəllə ayəni iman kəlməsi ilə başladı, amma küfr kəlməsi ilə qurtardı.

9 months ago

#Quran_fayda

?Allah subhənəhu və təalə buyurur:

Onlar (Yusufun qardaşları) dedilər: “Ey atamız! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz günahkar olmuşuq”.
(Yusuf surəsi 97)

? Şeyx Abdurrahmən əs-Sə'di (rahiməhullah) deyir:
İnsan yolun əvvəlində ona xas olan nöqsanlara görə deyil, son əməllərinin nə qədər mükəmməl olmasına görə qiymətləndirilməlidir. Yaqub peyğəmbərin oğulları başlanğıcda məzəmmət və qınaq üçün ən böyük səbəb adlandırıla bilən dəhşətli zülmlər etdilər, lakin sonradan etdikləri əməllərdən səmimi tövbə etdilər, Yusufdan və atalarından bağışlanma dilədilər, bağışlanma diləyərək Allaha üz tutdular. Əgər insanlar onlara edilən haqsızlığa görə onları bağışladılarsa, o zaman mərhəmətlilərin ən mərhəmətlisi olan Allah haqqında nə düşünmək olar? Məhz buna görə də biz Yaqubun bütün oğullarının peyğəmbər olduğunu hesab edirik. Bu məsələ ilə bağlı ən etibarlı rəy budur. Allahu təalə buyurur:
«Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.» (Nisə surəsi 163)
Yaqubun nəsli onun on iki oğludur. Yusuf yuxuda qardaşlarının on bir parlaq ulduz olduğunu görmüşdü. Ulduz doğru yolda nur və hidayət mənasına gəlir və bu xüsusiyyətlər Allahın peyğəmbərlərinə xasdır. Hətta əgər onlar peyğəmbər olmasalar belə, insanları doğru yola yönəldən saleh ilahiyyatçılar idilər.

https://t.me/xeyirqapisi

Telegram

Xeyir Qapısı

***📌***Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. https://www.instagram.com/xeyirqapisi\_

9 months ago

✒️ Şeyx Muhamməd İbn Saleh əl-Useymin (rahiməhullah) demişdir:

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sənin üzərindəki haqlarındandır ki, sən ona dəfələrlə salavat və salam deyəsən, halbuki o, sənin salavat və salam söyləməyinə ehtiyac duymur.

Lakin sənin bu salavat və salamın mükafatına ehtiyacın var.
Çünki sən Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat və salam dedikdə, Allah da sənə on salavat deyir.

Və buna sənin ehtiyacın var, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) isə ehtiyacı yoxdur”.

?“Şərh Riyad əs-Salihin”

https://t.me/xeyirqapisi

Telegram

Xeyir Qapısı

***📌***Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. https://www.instagram.com/xeyirqapisi\_

9 months, 1 week ago

??Əgər qadın Ramazan ayında üzürlü günlər səbəbindən oruc tutub namaz qıla bilmirsə, üzülməsin. Əslində qadın bu halı ilə belə ibadətdədir. Çünki o bu əməlləri nəfsinə görə deyil, Allahu təalənin belə günlərdə oruc tutub namaz qılmağı qadağan etdiyinə görə tərk etmişdir. Allahın qadağan etdiyindən çəkinmək də Allaha ibadətdən sayılır.
Həmçinin Ramazan ayında müsəlman qadın oruc və namazdan başqa Allah subhənəhu və təalənin onun üçün açdığı digər xeyir qapılarından istifadə etməklə də çoxlu savab qazana bilər; Quran oxumaqla (bilavasitə toxunmadan), sədəqə verməklə, zikrlər etməklə, valideynə yaxşılıq etməklə, qohumlarla əlaqə saxlamaqla və s.

https://t.me/xeyirqapisi

Telegram

Xeyir Qapısı

***📌***Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. https://www.instagram.com/xeyirqapisi\_

9 months, 1 week ago

⚠️Əziz dost ola bilsin,
Hər "bayram"da durursan
Bu sualla üz-üzə :
"Axı niyə Novruzu
Qeyd etmək olmaz bizə?"
Hər tərəfə yayılır,
Alovun hərarəti.
Şirkə bir qapı açır,
Novruzun hər adəti.
Sənin ağırlığını,
Tonqal çıxara bilməz.
Şafi olan ALLAHdır.
O istəməsə, oddan
Sənə bir xeyir gəlməz.
Hərə bir boş əmələ
İsraf edir vaxtını :
Biri qapını pusur,
Həsrətdir xoş xəbərə.
Biri üzük fırladır,
Tezliklə getsin ərə.
Biri "sevgilisini"
Görmək üçün yuxuda,
Bişirir duzlu fətir :
De görüm bütün bunlar
Şirk deyilsə bəs nədir?
Saxlasın söylə səni
Səməni axı necə?
Özü məhv olub gedir
Keçməmiş 15 gесә.
Cücərtməsən də olar
Səməniyə nə gərək?
Onsuz da gün gələcək,
O otlar bircə-bircə
Məzarında bitəcək...

✍? Xumar Ərşadlı

https://t.me/xeyirqapisi

Telegram

Xeyir Qapısı

***📌***Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. https://www.instagram.com/xeyirqapisi\_

9 months, 1 week ago

Tutduğun oruc sadiq bir dost kimi səni ən çətin bir gündə tək buraxmayacaq. Oruc nə gözəl dostdur!

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago