Mirmehdi Ağaoğlu

Description
Yazıçı
We recommend to visit

📚 EKitap Arşiv Kanalına Hoş Geldiniz.

Sesli kitap kanalımız:
https://t.me/seskitaplar

Grup:
https://t.me/ekitap_okugrup

Reklam: https://telega.io/c/Ekitap_oku

İletişim: @tansucan

Ads and reports:

🇮🇷AHANG SISTEMI🇷🇺

•🧿•

Admin @Alpha_77
#KurulusOsman dizisinin resmi hesabina hoş geldiniz.

Bu kanalda siz diziyle ilgili bölümler, fragmanlar, fotoğraflar ve diziyle ilgili resmi olan her şeyi bulabilirsiniz!

Last updated 3 years, 7 months ago

1 year, 6 months ago
1 year, 6 months ago

Maqsud İbrahimbəyovun ölüsünə göstərilən qayğı biz dirilərə göstərilsəydi, indi ədəbiyyatımız haralarda idi. :(

1 year, 7 months ago

Pişik yemi xatirəsi
Ötən gün səhər kafenin qabağına çıxdım. Ki, bir növcavan qız yanındakı oğlan uşağı ilə sellofan torbadan pişik üçün yerə yem tökür... Qız bir az qabağa gedib sağa-sol baxdı. Güman ki, gözləri yenə pişik axtardı. Tapa bilməyib qayıtdı. Pişiyin tökdüyü yemin çoxunu yediyini görüb əlini torbaya saldı, bir ovuc yem götürdü. Təzədən pişiyə kefə verdi.
Yol qıraqlarında, səkilərin kənarında, dalda yerlərdə evsiz-eşiksiz heyvanlar üçün su, yem qoyurlar. Bunu xüsusən qadınlar edir. Supermarketdə görürsən heyvan qidaları satılan şöbələrdə qızlar yığılıb, hansısa yeməyə baxırlar, yolda görürsən, bir qadın dayanıb açdığı paketdən divarın dibinə yem tökərək ala-bula bir pişiyi yemləyir. Beş il əvvəl belə hallar az olurdu. On il əvvəl heç yoxdu.
Hər dəfə it-pişik yemləri görəndə yadıma “Maski-Şou”nun uzaq doxsanıncı illərdəki buraxılışlarından biri düşür: “Maski”lər Yaponiyaya səfər edirlər. Rus veteran Tokiodan üstündə pişik şəkli olan ət konservi alır. Moskvaya qayıdandan sonra Xruşşovkanın darısqal mətbəxində oturub konservi açır, yeməyə başlayır.
Hə, bizim vaxtımızda küçədə heyvan yemləmək adəti yox idi. Heç bilməzdik ki, heyvanlar üçün xüsusi yemək olurmuş. Heyvanı uzağı süfrənin qırım-qırtığı ilə yemləyərdik. Düzü onda heç mağazalarda heyvan yemi də yox idi. Rusiyanın “ORT”sində “Çappi”- mappi reklam olunardı, vəssəlam. Sonralar bizə də yekə kisələrdə reklamlardakı “Çappi”lərdən gəlməyə başladı, onu da varlılar bağa gedəndə həyətlərində bəslədikləri itlər üçün alardılar.
Bizim o dövrü yaşamış qocaman it-pişiklərin də babat xatirələri var ha...

1 year, 9 months ago
ödənilməyincə, ölkədə ədəbi münasibətlər yerlərdə sürünəcək.

ödənilməyincə, ölkədə ədəbi münasibətlər yerlərdə sürünəcək.

Vallah, XXI əsrin birinci rübünün sonlarında bu mövzuda yazmaq gülüncdür. Normal bir xarici media bu yazını, yaxud honorar mövzusunda sosial mediada gedən müzakirələrimizi tərcümə edər, oxuyarlar, biabır olarıq. Bizə gülərlər ki, XXI əsrdə görün nəyin davasını aparırlar.

Odur ki oturub fikirləşmək lazımdır. Nə vaxta kimi bu cür barbar qaydalarla davam edəcəyik?

P.S. Honorarsız heç yer çap etməsin!!!

https://www.facebook.com/story.php?story_fbid=562519956508566&id=100082516984055&rdid=A4uldqkpZMCgfVcc#

1 year, 9 months ago

II Dünya müharibəsindən sonra Polşa təxminən bizim Qarabağın işğal dövründəki gündə idi. Bütün şəhərlər, qəsəbələr, kəndlər dağıdılmışdı. Ölkədə siyasi-iqtisadi vəziyyət də yaxşı deyildi. Belə bir şəraitdə gənc kolumbiyalı jurnalist Qabriel Qarsiya Markes Polşaya gəlir. Təsadüf elə gətirir ki, Polşa jurnallarından biri okeanın o üzündəki naməlum ekzotik ölkədən gəlmiş jurnalisti danışdırmaq qərarına gəlir, Markes də məmuniyyətlə müsahibə verir. Bir həftə sonra Markesin hoteldəki nömrəsinə jurnalın redaksiyasından bir zərf gəlir, içində də 500 zlot. Ki çox sağ olun, bizim jurnala müsahibə verməyə razı olmuşdunuz, bu da sizin honorarınız.

Təxmin etdiyiniz kimi həmin şəxs təxminən 30 il sonra ədəbiyyat üzrə Nobel mükafatı alan Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes idi. Əlbəttə Markesin 1950-ci illərdə Polşada hansısa bir jurnala müsahibə verib honorar alması ilə 1982-ci ildə Nobel alması arasında birbaşa əlaqə yoxdur. Amma dolayısı ilə həm də var. Həmid demiş, o həm var, həm də yoxdu...

Ədəbiyyat təkcə yaxşı əsər yazmaqla inkişaf etmir, ədəbiyyat həm də yaxşı ədəbi şərait qurmaqla inkişaf edir. Pöhrələnir.

II Dünya müharibəsi Polşanı tarmar etsə də mədəni qaydaları dağıda bilməmişdi. Əməyə hörmət qorunurdu. Jurnalın baş redaktoru düşünmürdü ki:.. “Ə qələt edir, Kolumbiyadan basa-basa durub gəlib bizim ölkəmizə, hələ bir qonorar da istəyir. Sevinsin ki, biz ondan müsahibə götürmüşük, dərinə getsək, onu çap etdiyimiz üçün o bizə qonorar ödəməlidir, biz yox".

Dağılmış, viran qalmış Polşanın heç bir baş redaktoru, redaktoru belə düşünmürdü, ölkə dağılmışdı, amma qaydalar dağılmamışdı. Qaydalar yerində idi, ona görə də Polşa II Dünya müharibəsindən qısa müddət sonra özünə gəlib çiçəkləndi.

Bizdə isə... Şükür Allaha, müstəqilik, şükür Allaha, az-çox inkişaf etmişik, şükür Allaha, Bakının mərkəzinə baxanda, deyirsən, Nyu-Yorkdur, Tokiodur, Dubaydır, Şükür Allaha, büdcəyə neft pulları gəlir... Şükür Allaha bir-birindən təmtəraqlı tədbirlərə xərcləyirik, Şükür Allaha... Şükür Allaha... Şükür Allaha.... Di gəl ki, bu 30 ildə honorar münasibətləri düzəlmək bilmir. Müxtəlif qurumlar yazıçını, şairi (başqa sahənin adamlarına da aiddir) efirə, müəyyən tədbirlərə çağırıb nəinki honorar vermirlər, az qalırlar yazdığını da əlindən alıb öz dədə malları kimi istifadə etsinlər. Halbuki çoxdandır dünyada kiminsə intellektual sərvətindən bir söz belə istifadə ediləndə honorar ödənilir. İstər efirə çağıranda, istərsə də hansısa məktəbin hansısa dağılmış sinif otağına çıxış üçün dəvət olunanda.

Dünya standartlarında bineyi-qədimdən adicə zəng edib hansısa mövzuda açıqlama alınanda, rəy soruşulanda belə adama honorar ödənilir. Çünki dünya standartları ilə işləyən media qurumları yaxşı dərk edirlər ki, o şəxs soruşulan mövzunun mütəxəssisidir və mütəxəssis olmaq üçün zəhmətli bir yol keçib, qarşılığı da ödənilməlidir.

Bunlar elementar qaydalardır və (bizim nümunədə) Polşada azı 70 il əvvəldən olub. Təəssüf ki, ölkədə heç kəs bunun haqqında düşünmür. Düşünmür ki, bu gün sənin hansısa bir yazıçı, şairinin - bu başqa bir sahənin nümayəndəsi də ola bilər - intellektual əməyinin müqabilini ödəməyinlə sabah onun Nobel mükafatı alması arasında birbaşa olmasa da dolayısı ilə əlaqə mövcuddur. Nəyə desəniz and içərəm ki, sübut edə bilməsəm də belə bir əlaqə var. Bəlkə də Polşa Olqa Tokarçukun Nobel almasını həmən o Markesə honorar ödəyən jurnal baş redaktoruna borcludur.

Əlbəttə mən Nobeli sözgəlişi, şişirtmə kimi deyirəm. Həqiqətdə götürəndə bir ölkədə ədəbiyyatın inkişafı üçün, bədii məhsullarla birgə ədəbi meyarların, münasibətlərin, alətlərin inkişafı vacibdir. Bu alətlər inkişaf etmədikdə ədəbiyyat da koma vəziyyətində olaraq qalacaq. Mən hələ televiziyaların, radioların honorar məsələsini kənara qoyuram, adicə saytlar, qəzetlər, jurnallar yazıçı-şairlərə honorar ödəməyincə və üstəlik normal məbləğdə honorar ödəməyincə (50 AZN yazıb, onun də 29 manat 34 qəpiyini vergiyə çıxmaq yox!) yazıçı-şairlərin iştirak etdikləri tədbirlərdə, ümumiyyətlə istənilən intellektual sahənin adamının qatıldığı tədbirdə onun əməyinin qarşılığı

1 year, 9 months ago
Özünü guyamış gənclərin ədəbiyyat jurnalı hesab …

Özünü guyamış gənclərin ədəbiyyat jurnalı hesab edən Ulduz jurnalı Füzulinin 530 illik yubileyinə həsr olunmuş xüsusi nömrə buraxıb. İçində bircə nəfər də diri adamın yazısı yoxdur. Ən cavan müəllif XX əsrdə vəfat edib. Füzuli haqqında keçən əsrlərdə kim nəsə yazıbsa, götürüb hamısını salıblar jurnala. Antologiya ilə dövri nəşrin fərqini bilməyən adamlara jurnal buraxmağı həvalə edəndə axırı da belə olacaq.

Əgər bu nəşr jurnaldırsa, əslində necə olmalı idi—Füzuli haqqında sağ, yaşayan, həyatda olan, diri, ölməmiş adamların yeni yazıları verilməli idi. Əgər bu işi gənclərin ədəbiyyat jurnalı görürsə, onda by default bu diri müəlliflər həm də gərək gənc olmalı idilər.

1 year, 9 months ago

Tamaşaların hamıya əlçatan olması üçün biletlərin müxtəlif qiymətlərə satılması yaxşı üsuldur. Bizdə də bu üsuldan istifadə olunurmu?

1 year, 9 months ago
1 year, 9 months ago

Mənə elə gəlir Pamukun bu kitabını və onun haqqında tənqidi məqaləni ciddiyə almaq lazım deyil. Aydın məsələdir ki, Pamuk bunu qazanc əldə etmək üçün yazıb.

We recommend to visit

📚 EKitap Arşiv Kanalına Hoş Geldiniz.

Sesli kitap kanalımız:
https://t.me/seskitaplar

Grup:
https://t.me/ekitap_okugrup

Reklam: https://telega.io/c/Ekitap_oku

İletişim: @tansucan

Ads and reports:

🇮🇷AHANG SISTEMI🇷🇺

•🧿•

Admin @Alpha_77
#KurulusOsman dizisinin resmi hesabina hoş geldiniz.

Bu kanalda siz diziyle ilgili bölümler, fragmanlar, fotoğraflar ve diziyle ilgili resmi olan her şeyi bulabilirsiniz!

Last updated 3 years, 7 months ago