✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago
Maliyyə mütəxəssisi tələb olunur
İşəgötürən: Zarat Group of Companies
İş yeri: Bakı şəhəri;
Əməkhaqqı: 1000 AZN
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;
Təhsil: Ali.
Vəzifə öhdəlikləri:
Şirкətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
Müəssisənin illik büdcəsinin planlaşdırılması, digər struktur bölmə rəhbərləri ilə birgə büdcənin hazırlanması və icrasına nəzarət etmək;
Şirkətin siyasətinə uyğun illik maliyyə planlarını tərtib etmək, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət etmək;
Cəmiyyətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin etmək, pul vəsaitlərin hərəkətini mütəmadi təhlil etmək və pul vəsaitlərinin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar vermək;
Müəssisənin maliyyə və iqtisadi vəziyyətini və fəaliyyətinin nəticələrini təhlil etmək, şirkətin likvidliyini təmin etmək;
Şirкətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı yоllаrını аrаmаq və еffекtivliyinin yахşılаşdırılmаsı;
Cəmiyyətin maliyyə hesabatlarının düzgünlüyünü və orada olan məlumatların etibarlılığını təmin etmək;
Şirкətin sаtınаlmа risкlərinə nəzаrət və оnun оptimаl səviyyədə sахlаnılmаsı;
Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirmək;
Müəssisələrdən gələn hesabatlara əsasən məlumatların uçota alınması;
Mənfəət və zərər hesabatının, kapitalda dəyişikliklər haqqında hesabatın hazırlanması.
Tələblər:
Beynəlxalq maliyyə standartlarını bilmək (İFRS);
Maliyyə auditi sahəsində təcrübə;
MDB ölkələrində yerləşən ofislər ilə sıx əməkdaşlığı nəzərə alaraq rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
Xarici ölkələrə ezamiyyələrə açıq olmalı;
Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
İş şərtləri:
6 günlük iş həftəsi (Şənbə günü qısa iş günüdür)
İstirahət günü: Bazar
Müraciət qaydası:
CV-nizi hr@an-agro.com elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Maliyyə mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Mühasib tələb olunur
İşəgötürən : “AZDAD-2020” MMC
• Yaş həddi; 25-50
• Əmək haqqı; 800-1100 AZN
• Iş təcrübəsi; 3 ildən 5 ilə qədər
• E-mail adresi; [email protected]
• Tel.; 050-236-66-62
İş barədə məlumat:
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi və gündəlik olaraq 1C proqramına işlənməsi ;
• Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi , Kassa sənədlərinin hazırlanması, mədaxil, məxaric orderlərinin yazılması və gündəlik olaraq 1C proqramına işlənməsi ;
• E-qaimələrin yazılması ;
• Müqavilələrin tərtibi ;
• Göndərilən və gələn e-qaimələrin 1C proqramına işlənməsi ;
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsinin hesablanması ;
• Debitor və kreditor hesablaşmaların aparılması, üzləşmə aktlarının hazırlanması ;
• Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi ;
• Rəhbərliyin digər tapşırıqlarının vaxtında yerinə yetirilməsi.
İş şəraiti:
• 6 günlük iş qrafiki
• Əmək haqqı: 800-1100 AZN
• Karyera inkişafı imkanı
• İş yeri: Bakı ş, Zabrat
Tələblər:
• Mühasibatlıq sahəsində təhsil arzuolunandır
• Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi
• 1C-də işləmək bacarığı (əlavə öyrədilir)
• Office proqramlarını bilməli
• Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli
• İşi planlamaq bacarığı
• Aktivlik və dəqiqlik
• Təşkilati, analitik bacarıqlar;
• Yaş həddi 22-50 yaş arası
Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində "Aparıcı Mühasib" kimi qeyd edərək [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Biznes analitik tələb olunur
İşəgötürən: Cybernet
Namizədə dair tələblər:
· Ali təhsil (İT idarəetmə, Tətbiqi Riyaziyyat, İqtisadi Kibernetika və oxşar
sahələrdə ali təhsili olan namizədlərə üstünlük verilir);
· İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 3 il iş
təcrübəsi;
· Proqram təminatının tətbiqi layihələrində iş təcrübəsi;
· Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və
təcrübə;
· Proqramlaşdırmanın və Verilənlər bazasının əsaslarını bilmək;
· İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin,
interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;
· Sistem Tələblərinin Spesifikasiyası və İstifadəçi Təlimatının
hazırlanmasında iş təcrübəsi;
· Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis və Rus dillərindən ən az birini
yaxşı səviyyədə bilmək;
· Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı.
Vəzifə öhdəlikləri:
· Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə
görüş və analitik intervyuların həyata keçirilməsi;
· İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə
daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata
keçirilməsi;
· İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli
diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması;
· Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları
ilə modelləşdirilməsi və analiz edilməsi;
· İstifadəçi tələblərinin analizi nəticəsində sənədlərin hazırlanması və
müştəri ilə razılaşdırılması;
· Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz
sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin
göstərilməsi;
· Sistemin tətbiqi mərhələsində müştəriyə lazımi təlimlərin verilməsi və
istifadəçi təlimatlarının hazırlanması.
Tələblərə cavab verən namizədlərdən CV formasını e-mail vasitəsilə mövzu yerinə “Biznes analitik” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Gəlirlərə və Xərclərə nəzarət üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Resant Group
Vəzifə öhdəlikləri:
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitləri, şirkətə çəkilən xərclərini, təsərrüfat- maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması) yerinə yetirmək;
• İşçilərin əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi;
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
• Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatların yerinə yetirmək;
• Müştəri hesablaşmaları üzrə əməliyyatları yerinə yetirmək;
• Gün ərzində xəzinəyə daxil olan nağd vəsaitlərin qəbul etmək və aparılan əməliyyatlar üzrə mədaxil sənədlərinə əsasən xəzinə qalığının çıxarmaq;
• Gündəlik yığım hesabatların tərtib edərək müvafiq şöbələrə təqdim etmək;
• Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanmasını təmin edən qaydalara mütləq riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək.
Tələblər:
• Ali təhsil (iqtisadiyyat sahəsi üzrə olanlara üstünlük verilir);
• Restoran sahəsində 1 ildən yuxarı təcrübə;
• Azərbaycan dili səlis, Rus dili arzuolunandır;
• MS office proqramları ilə sərbəst şəkildə işmək bacarığı.
Bəy namizəd tələb olunur.
İş qrafiki: 5 günlük, 09:00 - 18:00
Əmək haqqı: 900 - 1000 manat
Uyğun namizədlər CV-lərini "Gəlirlərə və Xərclərə nəzarət üzrə mütəxəssis" başlığı altında [email protected] e-mail adresinə və ya 055-455-00-17 nömrəsinin whatsappına göndərə bilərlər.
Debitor və kreditorlar üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Sirab Satış və Dağıtım MMC
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə);
- Komputer bilikləri: MS Office – yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla;
- Minimum təcrübə: 2 il;
- Riyazi biliklər və analitik düşünmə bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik və detallara diqqətlilik;
- Məsuliyyətlilik;
- Operativlik;
- Nəticə yönümlü;
- Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
- Mikro ERP və Günəş proqram bilikləri.
İş barədə:
- Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi ilə bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, təhlili;
- Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
- Təchizatçılar (tədarükçülərlə) və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması;
- Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotu;
- Avans hesablarının gündəlik izlənilməsi və balansa nəzarət;
- Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
- Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
- Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
- Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Yemək şirkət tərəfindən;
-Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Debitor və kreditorlar üzrə mütəxəssis” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
KREDİT ÜZRƏ SATIŞ MÜTƏXƏSSİSİ tələb olunur
işəgötürən: Bank Avrasiya ASC
İşin təsviri:
- Müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsini
- Yeni müştərilərə təkliflərin hazırlanması və təqdim edilməsi üzrə işlərin görülməsi
- Maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətini təyin edilməsi
- Mövcud müştəri portfelinin idarə edilməsi, bu seqmentə aid olan bütün növ bank məhsullarının təklif edilməsi
- Müştəri sənədlərinin və hesabatlarının hazırlanması və Kredit Komitələrinə təqdim edilməsi
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi;
- Qarşıya qoyulmuş aylıq/illik planları icra etməklə keyfiyyətli kredit portfelinin qurulması və idarə edilməsi.
- İş qrafiki: I-V günlər, 09:00-dan - 18:00-dək
Namizədə tələblər
- Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit sahəsində)
- Kredit satışı üzrə ən azı 1 il iş stajı
- Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı
- Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilərə malik olma
- Bank qanunvericiliyi barədə biliklərin olması
- Azərbaycan dilində səlist danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır)
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və maliyyə təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
Xahiş olunur mövzu hissəsində "Kredit üzrə satış mütəxəssisi" vəzifəsini qeyd edib CV [email protected] ünvanına göndərəsiniz.
Kollektor (Ağdaş) tələb olunur
İşəgötürən: Kredagro
Əsas vəzifə və öhdəliklər:
Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
Ali təhsil;
Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Etibarlı sürücülük vəsiqəsi;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Müştərilərlə davranış etikası.
İş şəraiti:
Yaşayış yeri: Ağdaş
Əmək haqqı: 500 azn gross + aylıq bonus;
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
ARƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor) qeyd etməklə göndərmələri xahiş olunur.
Plastik kartlar üzrə Kiçik mütəxəssis/Mütəxəssis tələb olunur
İşəgötürən: Ziraat Bank Azərbaycan
Vəzifəyə olan tələblər:
Ali iqtisadi təhsil;
Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
Kompüter bilikləri (MS Office, Internet);
Türk , Rus və İngilis dili bilikləri mütləqdir və orta səviyyədə olmalıdır.
Əsas vəzifələr:
Müştəri silinmələrinə görə banklarla mübahisəli məsələlərin araşdırılması;
Chargeback prosedurlarının icrası (BKM, Visa, Mastercard);
Gündəlik “Issuing” ve “Acquiring” üzrə Risk Monitorinq prosesinin aparılması;
Baş vermiş əməliyyatların nəticəsi olaraq gündəlik klirinqin aparılması, müxbir hesablar üzrə müxabirləşmələrin aparılması, hesablara nəzarət;
Gündəlik əsasda Prosessinq Mərkəzindən daxil olan gündəlik əməliyyat fayllarının qəbul edilməsi, balans faylının göndərilməsi;
Ekvayrinq işçisi işdə olmadığı təqdirdə POS sənədləşmə işlərinin aparılması, “POS reversal/refund” prosedurlarının icrası və bu əməliyyatlarla bağlı ticarət obyektlərinədəstək göstərilməsi, ATM inkassasiya öncəsi və sonrasısənədlərin/hesabların yoxlanılması;
Visa, Mastercard və Prosessinq Mərkəzi ilə birlikdə layihələrin aparılması – yeni xidmət/funksional və ya mövcud funksionalın icrası.
Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Plastik kartlar” qeyd etməyiniz vacibdir. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Problemli kreditlər üzrə mütəxəssis (Xanım) tələb olunur
İşəgötürən: Mobifon Electronics
Vəzifə öhdəlikləri:
Problemli kredit portfellərinə nəzarət etmək;
Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəlikləri həyata keçirmək.
Tələblər:
21- 35 yaş aralığı;
Problemli kreditlər və kredit sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti.
Ali yaxud orta təhsil
İş şəraiti:
İş günləri: 6 gün/1 gün istirahət günü;
İş saatı: 09:00-17:00/13:00-21:00
Əmək haqqı: 500 manat +bonus
Qeyd olunan tələblərə uyğun namizədlər [email protected] e-mail ünvanına “Problemli kreditlər üzrə mütəxəssis (Xanım)” başlığı ilə CV-ni göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kredit mütəxəssisi tələb olunur (Ağsu)
İşəgötürən: Caspian Invest BOKT
Qısa məzmun
BOKT “Caspian İnvest” MMC Ağsu filialına Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
Elanın təsviri
Ərazi: Ağsu
Maaş: Qarşılıqlı razılaşma əsasında təyin olunur
Staj: 2 il
Yaş: 21 — 45 yaş
Təhsil: Ali təhsil
İş rejimi: Tam iş günü (6 gün)
İş barədə məlumat:
Müştəri müraciətlərini qəbul etmək, analiz etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
Namizədə tələblər
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Ali təhsil
Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) (lombardlarda işləyən namizədlərə üstünlük verilir.)
Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Ağsu Kredit mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago