Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

HƏRBİ XƏBƏRLƏR

Description
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır.

➡️ Reklam & Əməkdaşlıq
🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️
📲 @Shahmuradov_002
Advertising
We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 1 week ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 2 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 1 day, 19 hours ago

hace 1 mes, 2 semanas

Crocus City Hall-da törədilən terror aktına görə məsuliyyəti üzərinə götürən İŞİD terror qruplaşması Rusiyanı yeni hücumlarla hədələyib.

hace 1 mes, 2 semanas

🇷🇺🇹🇷Rusiya KİV-ləri xəbər verir ki, Rusiya və Türkiyə xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində İstanbul ərazisində terrorçuların təlim-məşq düşərgələri ləğv edilib.

✔️Abone olun **** t.me/herbixeber

hace 1 mes, 2 semanas

⚡️Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ordunu Azərbaycan kəndlərindən çıxmaq əmrinə itaət etməməyə çağırıb.

✔️Abone olun **** t.me/herbixeber

hace 3 meses, 2 semanas

Ermənistan Alma-Ata Bəyannaməsini təhrif edərək özünü hüquqi dalana salıb 
Ermənistan mətbuatında Alma-Ata Bəyannaməsi və İrəvan tərəfindən ona edilən düzəlişlərin ölkə parlamentində qəbulu ilə bağlı ilk prezident Levon Ter-Petrosyanın köməkçisi olmuş Levon Zurabyanın müsahibəsi dərc edilib. Maraqlıdır ki, materialda sənədin özü ilə yanaşı, həmin dövrdə hakimiyyətdə olan siyasi qüvvəni təmsil edən şəxsin şərhləri də təqdim olunub. 
Beləliklə, keçək sənəddə yer alan və Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımamaq niyyətini gizlədən məqamlara:

Məqalədə bildirilir ki, Belovejsk sazişlərinin imzalanmasının ertəsi günü Ermənistan tərəfi birinci prezident Levon Ter-Petrosyanın simasında MDB-yə qoşulmaq təşəbbüsü ilə çıxış edib. Ona görə də İrəvan Alma-Ata Bəyannaməsini imzalayıb (21 dekabr 1991-ci il). Bundan sonra MDB-nin yaradılması haqqında Saziş ratifikasiya üçün Ermənistanın Ali Sovetinə (parlament) göndərilib.

“Ratifikasiya zamanı (18 fevral 1992-ci il) Ermənistan Ali Soveti 10 düzəliş qəbul edib. 10-cu düzəlişə əsasən, MDB qoşulma üçün nəinki keçmiş sovet respublikalarına, həm də Sovet İttifaqının mövcudluğunun dayandırılması haqqında Bəyannamədən əvvəl (1991-ci il dekabrın 26-da) müstəqilliklə bağlı ümumxalq referendumları keçirilmiş keçmiş muxtariyyətlərə də açıq olacaq”, - Zurabyan bildirib. 
Düzəlişin mətni isə belədir: “13-cü maddənin ikinci abzasına “SSRİ-nin bütün ölkələri üçün açıqdır” sözlərindən sonra “o cümlədən, Sovet İttifaqı Ali Sovetinin “SSRİ-nin mövcudluğunun dayandırılması haqqında” bəyannaməsi qəbul edilməzdən əvvəl müstəqilliyin elan edilməsinə dair ümumxalq səsverməsi keçirmiş və bunun əsasında ali icra hakimiyyəti orqanı qəbul olunmaq xahişi ilə MDB-yə müraciət etmiş SSRİ-nin keçmiş muxtar qurumları üçün” sözləri əlavə edilsin”. 
“Ermənistan 1992-ci ildə Alma-Ata Bəyannaməsini ratifikasiya edərək, dəqiq və aydın şəkildə DQR-in müstəqil dövlət kimi MDB-yə qoşula biləcəyi və qoşulmalı olduğu mesajını verdi”, - Zurabyan qeyd edib.

Onun sözlərinə görə, hazırda belə bir təəssürat yaranır ki, İrəvanın 1991-ci ildə bəyannamənin ratifikasiyası zamanı qəbul etdiyi düzəlişlər Ermənistanın indiki hakimiyyəti üçün sadəcə olaraq mövcud deyil.

“Onlar susur, yalnız Alma-Ata bəyannaməsinin mətnindən və ərazi bütövlüyündən danışırlar. Hüquqi nöqteyi-nəzərdən İrəvan Ali Sovetin düzəlişlərinə yenidən baxmalı olacaq, Paşinyan dəyişikliklər layihəsi ilə parlamentə üz tutmağa borcludur”, - Zurabyan vurğulayıb.

O diqqətə çatdırıb ki, əgər Paşinyan bunu etməsə, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində - Alma-Ata bəyannaməsi əsasında həlli üçün onun heç bir hüquqi əsası olmayacaq.

Nəticə
Beləliklə də, Ermənistanın düzəlişləri ölkənin Ali Sovetinin qərarı səviyyəsində qəbul edilib və İrəvandakı hazırki hökumət Ermənistanı öz-özünü saldığı bu hüquqi dalandan çıxarmaq üçün sözügedən qərarı ləğv etməlidir.

Əgər bu baş verməsə Alma-Ata Bəyannaməsinə istinadı özündə eks etdirən Praqa bəyanatının heç bir dəyəri qalmır. Qranada bəyanatından isə heç danışmağa belə dəyməz. Paşinyan bu bəyanatları tez-tez xatırlatmağı sevir, Qərb funksionerləri də onun təkrarlayırlar. Belə çıxır ki, ya Qərbin sözügedən düzəlişlərdən xəbəri olmayıb və Paşinyan tərəfindən aldadılıb, ya da bilərəkdən Bakı üçün tələ hazırlayıb. 
Bir sözlə, Ermənistan üçün vəziyyətdən yeganə çıxış yolu Konstitusiyanı, Ali Şuranın qərarlarını, erməni diplomatlarının bəyanatlarını Azərbaycana qarşı təcavüz və işğalçılıq siyasətinin ləkələrindən təmizləməkdir. 
@cssc_cqtm

hace 3 meses, 2 semanas

🇦🇿🇦🇲 Ermənistan Təhlükəsizlik Xidməti qondarma rejimin hərbçiləri arasında aparılan sorğulardan sonra Qarabağda minalanmış ərazilər haqqında 8 yeni xəritə müəyyən edib, yaxın günlərdə Azərbaycana təqdim ediləcək. (Sputnik Armenia)

hace 3 meses, 2 semanas
***🎁******🎁******🎁******🎁*****Gəncliyiniz gecəsi: Xiaomi 13 Lite + …

🎁🎁🎁🎁Gəncliyiniz gecəsi: Xiaomi 13 Lite + 400 FS 🎉****

Tezliklə Gənclər Günü gəlir və Sizi bunun şərəfinə parlaq əyləncə gecəsinə dəvət edirik 🕺

Sizin üçün hansı hədiyyələrimiz olduğuna baxın:
1-ci yer: 📲 Xiaomi 13 Lite
2-5 yerlər: 💵 hər biri 100 FS

İştirak etmək üçün Sizə lazımdır:
bu postun altındakı «👉İŞTİRAK ET 👈» düyməsinə klikləyin və İD nömrənizi bota göndərin
abunə olun 🔥 PIN-UP Kazino və 🔥 Instagramda kanalımıza

Tam qaydalar və şərtlər 📌

🗓 5.02 tarixdə, nəticələri Telegram-da canlı olaraq elan edəcəyik

Şənliyə qoşulun və hədiyyələrdən birini götürün 🎰
___________________________________🎁 Bonus 🎰 Sayt🔥 Instagram 🔥 App

*İŞTİRAK ET -* https://t.me/+WfYc0sjYOKM3NGMy

hace 3 meses, 3 semanas

Qriqoriy Ayvazyan bildirib ki, Azərbaycan Ermənistanı Beynəlxalq Arbitraj Məhkəməsinə verib. Azərbaycan ərazisini 30 il istismar etdiyinə, Ermənistana 150 milyard dollarlıq təzminat davası açıb.

hace 3 meses, 3 semanas

🇵🇰 Pakistan hava daşıyıcılarına təhlükəsizlik baxımından İranın hava məkanından istifadə etməməyi tövsiyə edib.
İran ərazisinə hücumların genişləndirilməsi mümkündür.

hace 3 meses, 3 semanas

Rusiya - Ermənistan “gərginliyi” azalırmı? 
Ötən il ərzində Ermənistan və Rusiya arasında müşahidə edilən “söz dueli” son həftələrdə xeyli səngiyib. İrəvan rəsmiləri tərəfindən Kremlin ünvanına səsləndirilən sərt bəyanatlar 2023-cü ilin dekabr ayından etibarən artıq nəzərə çarpmır. Əksinə, sözügedən dövr ərzində ikitərəfli münasibətlər müstəvisində xeyli müsbət irəliləyişlər qeydə alınıb ki, bu da bəzi dairələrin “avtoritar Putinə qarşı savaş açan demokrat Paşinyan” mifini alt-üst edir.

Silahların tədarükü bərpa olundu
Bu yaxınlaradək Ermənistanın Rusiyadan narazı qaldığı məsələlərdən biri silah tədarükü ilə bağlı idi. İrəvan bir qayda olaraq, öz müdafiə qabiliyyətini məhz Moskvanın hesabına təmin edib. Kreml hər zaman Ermənistana güzəştli şərtlərlə, ucuz qiymətə silah-sursat və hərbi texnika ötürüb. Odur ki, silah təchizatındakı fasilələr iki ölkə arasında ciddi narazılıq yaradıb. 

İrəvan bəyan edirdi ki, müvafiq müqavilələrin imzalanmasına və ödəniş edilməsinə baxmayaraq, uzun müddətdir ki, Moskvadan razılaşdırılan silahları ala bilmir. Rusiya tərəfi isə Ukraynadakı hərbi əməliyyatlar fonunda artan silah-sursat və texnika ehtiyacını əsas gətirərək, Ermənistan qarşısındakı öhdəliyini yerinə yetirməkdən boyun qaçırırdı.

Lakin artıq Ermənistanın Rusiyadan narazılığına əsas verən səbəblərdən biri kimi silah tədarükündəki problemlər aradan qalxır. Belə ki, Moskvanın ölkəyə göndərməli olduğu hərbi təyinatlı yüklərin bir qismi artıq ünvana çatıb və İrəvanın ixtiyarına verilib.

Paşinyan hakmiyyətini qorudu
Kreml 2023-cü ildə də Ermənistanda istədiyinə nail ola, Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmədi. Moskva nə qədər çalışsa da, ölkədəki rusiyapərəst qüvvələri səfərbər etməyi bacarmadı. Bu, Rusiyanın Ermənistan daxilindəki siyasi imkanlarının məhdudluğunu göstərir.

Paşinyana gəlincə, o, növbəti siyasi qələbəsini İrəvan meri seçkilərində qazandı. Baş nazirin partiyası bunu təkbaşına edə bilməsə də, digər qərbyönümlü partiyaların köməyilə paytaxtda öz hakimiyyətini qoruyub saxladı.

Digər tərəfdən, Paşinyan siyasi müstəvidə anti-Rusiya bəyanatları versə də, iqtisadi müstəvidə iki ölkə arasındakı münasibətlərin ciddi inkişafına nail oldu və hazırda məhz bu sahə Rusiya-Ermənistan əlaqələrində əsas bağ rolunu oynayır.

Rusiyanın Ermənistanda zəifləməsində Azərbaycanın roluRusiya onilliklər ərzində Ermənistanda iki istiqamət üzrə xal qazanıb. Kreml İrəvanın müstəqilliyinin qarantı qismində çıxış edib və onun işğalçı siyasətini dəstəkləyib. Azərbaycan bu iki istiqamət üzrə addımlar atmaqla Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsinin əsasını qoyd.

Qarabağda hərbi əməliyyatlar fonunda bölgədəki erməni əhali öz xoşu ilə ərazini tərk etdi. Şərti sərhəddəki uğurlu əməliyyatlar isə Ermənistanın öz təhlükəsizliyinə təhdid yaratdı.

Bununla yanaşı, Rusiya Azərbaycanın Paşinyanın devrilməsində iştirakına nail ola bilmədi. Əksinə, məhz Azərbaycanın yuxarıda qeyd olunan fəaliyyətləri baş nazirə Ermənistan ictimai rəyində Rusiyanın mövqelərini zəiflətməyə imkan verdi. 

Ermənistan üçün son hədlərPaşinyan hazırki dövrdə Rusiya və Qərblə münasibətlərdə Ermənistan üçün mümkün olan maksimumlara artıq çatıb. İrəvan KTMT-nin iclaslarına qatılmasa da, təşkiltadan çıxa bilmir. Baş nazir Avrasiya İqtisadi İttifaqının işində bilavasitə iştirak edir, hətta təşkilata sədrliyi də qəbul edib.

Qərblə yaxınlaşmağa gəlincə, Paşinyan anlayır ki, hazırki məqamda Vaşinqton, Paris və Brüssel kimi paytaxtlardan ona göstərilən dəstək indikindən daha artıq ola bilməz. Odur ki, Ermənistan qeyd edilən istiqamətlərdə bu dövr üçün mümkün olan son həddədir.

Hazırda İrəvanın Qərblə münasibətlərdəki başlıca narahatlığı ABŞ-dakı prezident seçkilərilə bağlıdır. Belə ki, əgər Tramp Ağ Evə qayıdarsa, bu, Paşinyanın formalaşdırdığı konfiqurasiyanı dağıda bilər. Bunu nəzərə alaraq, ən azından cari il ərzində Ermənistanın Rusiya ilə münasibətləri ənənəvi məcrada davam etdirəcəyi gözlənilir. İrəvan tərəfindən Moskva ilə əlaqələrdə yalnız ritorikada deyil, real gərginliyə səbəb ola biləcək əməli addımlar proqnozlaşdırılmır.

@cssc_cqtm

hace 3 meses, 4 semanas
***‼️******🇷🇺***Rusiya tərəfinin rəsmi açıqlamasına görə Ukraynada …

‼️🇷🇺Rusiya tərəfinin rəsmi açıqlamasına görə Ukraynada gedən döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin Hava-desant qoşunlarının zirehli texnika xidmət rəisi qvardiya polkovniki Ospanov Arman Tolegenoviç cəbhədə həlak olub

We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 1 week ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 2 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 1 day, 19 hours ago