✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated hace 2 días
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated hace 1 año, 2 meses
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated hace 12 meses
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri (II hissə)
Azərbaycanın geosiyasi identikliyi: Biz haradayıq?
Azərbaycan tarixən formalaşmış olduqca mürəkkəb və çoxtərəfli geosiyasi identikliyə malikdir. Bu identikliyi təşkil edən amilləri onların xarakteri və əhəmiyyətinə görə iki qismə ayırmaq olar:
- Təbii və dəyişməz qalan təməllər;
- Sonradan yaradılan və zamanla dəyişməsi mümkün olan əsaslar.
Azərbaycanın geosiyasi identikliyinin dəyişməz amilləri aşağıdakılardır:
- Tarix (Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq, Rusiya İmperiyasının və SSRİ-nin bir hissəsi);
- Coğrafiya (Avropa qitəsinin bir hissəsi);
- Dini mənsubiyyət (İslam aləmi);
- Dil/mədəniyyət (Türk dünyası).
Hazırda Azərbaycanın MDB üzvü olması onun yaxın tarixi keçmişindən qaynaqlanır. Avropa qitəsinin bir parçası olduğu üçün Azərbaycan ATƏT-in fəaliyyətində yaxından iştirak edir. Dini mənsubiyyətinə görə Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının ən fəal üzvlərindəndir. Ortaq dil və mədəniyyət isə Azərbaycanı Türk Dövlətləri Təşkilatının ideya müəllifi və qurucularından birinə çevirib.
Bu təməllər uzun illərdir Azərbaycanın xarici siyasətinin təbii və dəyişilməz əsaslarını təşkil edir. Onlardan hər hansı birinə üstünlük verilərsə, digəri mütləq şəkildə zərər görəcək. Bunu nəzərə alaraq, rəsmi Bakı daim balanslaşdırılmış xarici siyasət həyata keçirməyi tərcih edir.
Müstəqillik illərində Azərbaycan geosiyasi identikliyi sadalanan dəyişməz amillərlə yanaşı, yeni elementlərlə zənginləşdirilib:
- Enerji axınları;
- Nəqliyyat və logistika imkanları;
- Qoşulmama Hərəkatı və antimüstəmləkə cərəyanı;
- COP və qlobal iqlim gündəliyi.Hazırda Azərbaycan öz enerji ixracının xəritəsini genişləndirir. Eyni zamanda, ixrac edilən enerji daşıyıcılarının strukturu da dəyişir, burada neft və qaz kimi ənənəvi mənbələrlə yanaşı yaşıl enerjininçəkisi artır. Bakı Şimal-Cənub və Şərq-Qərb (Orta Dəhliz) layihələrini uğurla inkişaf etdirir, beynəlxalq nəqliyyat marşrutlarının yeni şaxələrini inşa edir. Həmçinin, Azərbaycan Qoşulmama Hərəkatının liderlərindən biri olaraq böyük dövlətlərin müstəmləkəçi siyasətindən əziyyət çəkən kiçik dövlətlərə və azsaylı xalqlara dəstək verir. Bununla yanaşı, COP 29-a ev sahibliyi etməyə hazırlaşan Bakı olduqca aktual xarakter daşıyan qlobal iqlim müzakirələrindən də geri qalmır.
**Bu cür mürəkkəb, qarışıq və çoxtəbəqəli geosiyasi identiklik həm böyük imkanlar, həm də çoxsəviyyəli risklər yaradır. Azərbaycanın xarici siyasəti mövcud imkanlardan məharətlə istifadə edir, risklərin təsirini minimuma endirir.
Azərbaycan mövcud təhlükəsizlik və idarəetmə sisteminin artıq işləmədiyini hamıdan əvvəl anlayıb. 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən fərqli ölkələrin koalisiyası, müharibə dövründə və sonra BMT TŞ-da, ATƏT və Aİ-də formalaşan həmlələri dəf etmək imkanları məhz geosiyasi identikliyin çoxtəbəqəliyindən irəli gələn imkanlardan məharətlə istifadəsinin nəticəsi idi.**
Bununla belə, dünya sürətlə dəyişir və açıq qarşıdurma mərhələsinə qədəm qoyur. Artıq kiçik dövlətlərin xarici siyasəti məhdudlaşır və onlar güc mərkəzlərinin fəal maraq obyektinə çevrilir. Kiçik dövlətlər hərbi əməliyyatlar teatrının bilavasitə yaxınlığında yerləşirsə və ya onların ərazisində münaqişələr mövcuddursa, həmin dövlətlərin öz iradəsinə zidd olaraq qlobal qarşıdurmaya cəlb edilməsi riski yaranır.
Mürəkkəb geosiyasi identiklik daxili parçalanmaya da təsir edir. Hakimiyyətin əsas vəzifələrindən biri milli məqsədlər ətrafında həmrəyliyə nail olmaqdır, çünki daxili parçalanma böyük dövlətlərə daha kiçik dövlətlərin xarici siyasətini nəzarətə götürmək imkanı yaradır.
Beləliklə, qlobal və regional sistemlərin iflic vəziyyətə düşməsi və yeni sistemlərin formalaşmadığı şəraitində Azərbaycan əsas problemini həll etmiş oldu. Bu mürəkkəb şəraitdə təhlükəsizliyi və iqtisadi inkişafı təmin etməklə yanaşı, rəsmi Bakının qarşısında qlobal və regional sistemlərin yenidən formalaşmasında iştirak etmək kimi vəzifələr dayanır.
??????❗️Bayden cümə günü Böyük Britaniyanın baş naziri ilə Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirmək icazəsini müzakirə etmək niyyətindədir - Blinken
Ermənistanın neytrallığı - İrəvan üçün optimal çıxış yolu
Ermənistan oktyabrın 20-də Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək. Bu o deməkdir ki, Paşinyan Rusiyaya səfər edəcək və ölkə prezidenti ilə görüşmək imkanı əldə edəcək.
Kazan sammitində Azərbaycan da təmsil olunacaq. Lakin Bakı təkcə BRİCS tədbirində iştirakla kifayətlənmir, həm də təşkilata üzvlük üçün müraciət edib.
Azərbaycanın ardınca yaxın zamanlarda Ermənistanın da quruma ən azı müşahidəçi statusu almaq üçün müraciət etməsi mümkündür. Çünki bunu Hindistan istəyə bilər. Bu, BRİCS-də yeganə ölkədir ki, Azərbaycanın təşkilata üzvlük məsələsinə o qədər də isti münasibət bəsləmir. Odur ki, Dehli Bakıya alternativ olaraq İrəvanı BRİCS-ə üzv və ya müşahidəçi statusu almağa sövq edə bilər.
Oxşar proses ŞƏT kontekstində də müşahidə olunub. Azərbaycanla yanaşı Ermənistan da ŞƏT-də statusunun artırılması üçün müraciət edib. Lakin bilirsinizmi Azərbaycanla Ermənistan arasında əsas fərq hansıdır?
Azərbaycan öz strategiyası çərçivəsində şüurlu şəkildə BRİCS və Asiya strukturlarında iştirakını artırır. Amma Ermənistan bu addımları könülsüz, tərəfdaş ölkələrin təklifi ilə atır və onlardan imtina edə bilmir.
Ermənistan iqtidarı öz düşüncəsi ilə Qərbdədir. Lakin İrəvan Çinlə münasibətlərə görə ŞƏT-ə, Hindistana görə BRİCS-ə qatılmağa, Rusiyaya görə KTMT və AİB-də qalmağa, İrana görə 3+3 formatında iştirak etməyə məcburdur.
Vəziyyətin absurdluğu da buradadır: Ermənistan üzünü Qərbə çevirdiyini elan etsə də, Avrasiya və Asiya strukturlarında iştirakını getdikcə daha da dərinləşdirir.
Azərbaycanın BRİKS-ə üzv olmaq və ŞƏT-də statusunu artırmaq niyyətinə qarşı Qərbdə hansı emosiya tufanının yaşandığı, Ermənistanın BRICS sammitində iştirakını elan etməsindən sonra isə bunun əksinə olaraq necə sakitliyin hökm sürdüyü diqqət çəkir.
Ermənistanın himayədar ölkələrdən belə asılılığı yalnız Azərbaycanla qarşıdurma nəticəsində formalaşıb. Bu, 2020-ci ildən sonrakı təcavüzün və dağıdıcı fəaliyyətin qiymətidir.
Məhz buna görə Ermənistan üçün optimal çıxış yolu neytral ölkə olmaqdır ki, havadarları ondan əl çəksinlər. Yalnız bundan sonra İrəvan sözündən çıxa bilmədiyi tərəfdaşlarının iradəsi ilə hərəkət etmək məcburiyyətindən yaxa qurtaracaq və beynəlxalq münasibətlərdə qarşıdurma vəziyyətində olan iki qütb arasında qalmayacaq.
Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
??❗️Kuleba istefasından sonra Ukraynanın NATO ilə əlaqələrini gücləndirməyə diqqət yetirəcək, - Bloomberg
“Çərşənbə günü istefa verən Kuleba indi Ukraynanın NATO ilə əlaqələrini möhkəmləndirməyə diqqət yetirəcək, çünki müharibədən əziyyət çəkən ölkə bloka qoşulmağa çalışır”.
Bloomberg Zelenskinin bu kadr qərarları ilə bağlı fikirləri ilə tanış olan mənbəyə istinadən xəbər verir ki, Kulebanı Andrey Sibiqa Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində əvəz edəcək.
İndi Sibiqa xarici işlər nazirinin birinci müavinidir və əvvəllər Ukraynanın Türkiyədəki səfiri və Zelenskinin aparat rəhbərinin müavini işləyib.
Ali Radada Kulebanın istefası üçün səsvermə hələlik təxirə salınıb, deyə xalq deputatı Jeleznyak deyib.
??????❗️Ceyhun Bayramov: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur, üçüncü ölkələr onu buna sürükləyir
Neytral Ermənistan - dövlətçiliyi qorumaq üçün optimal seçim
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-ın Ermənistandakı hərbi fəaliyyəti barədə danışıb. Əgər bu, açıq şəkildə bəyan edilirsə, deməli İranın nümayəndələri uzun müddətdir ki, şəxsi söhbətlərdə Ermənistan rəhbərliyi ilə bu barədə danışırlar. Açıq bəyanat isə Tehran üçün daha yüksək səviyyəli narahatlığınifadəsidir.
Bunun Ermənistan və region üçün nə demək olduğunu anlamaq məqsədilə Paşinyan-Qriqoryan-Mirzoyan üçlüyü tərəfindən qurulan Ermənistanın formalaşmaqda olan yeni təhlükəsizlik sisteminə nəzər salmaq lazımdır.
Əsas məqamlar hansılardır?
- Ermənistanın KTMT-yə üzvlüyü və Rusiya ilə ikitərəfli sazişlər. İrəvan bunlardan imtina etməyə çalışsa da, əməli addımlar atmır;
- Ermənistan Qərblə (ABŞ, Aİ, Fransa) təhlükəsizlik sahəsində əməkdaşlığa başlayıb;
- Ermənistan İrandan sərhəd təhlükəsizliyi zəmanəti alıb;
- Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə normallaşmaya nail olmayıb;
- Hindistan regiona maraq göstərir və Ermənistana silah verir;
- Çin regiona nəzər salır, Ermənistan ŞƏT-də statusunun artırılması üçün müraciət edib.
İndi resursları təhlükəsizlik sisteminin komponentlərinə uyğun təşkil etməyə çalışaq:
Diplomatiya – burada Ermənistanın köməkçiləri Qərb, İran, Hindistandır;
Silahlı qüvvələr - Qərb bütün gücü ilə, Hindistan, İran isə silahla və Ermənistan ərazisinə fiziki daxil olmağa hazır vəziyyətdə kömək edir;
Kəşfiyyat - Qərb resursları;
İqtisadi və siyasi sabitlik - Qərb Ermənistanı öz balansına alıb, maliyyə yardımı ayırır və Ermənistanın anti-Rusiya sanksiyalarından yan keçməsində iştirakına göz yumur.
Paşinyan yönümlü medianın gündəmə gətirdiyi təhdidləri də qeyd edək:
- Azərbaycan – müharibə təhlükəsi;
- Türkiyə – Azərbaycana dəstək;
- Rusiya – siyasi və iqtisadi sabitliyi pozmaq təhlükəsi, Azərbaycana dəstək.
Bununla yanaşı, bütövlükdə regiona, xüsusən də Ermənistana təsir edən digər dövlətlər və qüvvələr arasındakı ziddiyyətləri də nəzərə almaq lazımdır:
• ABŞ/İsrail - İran;
• Rusiya - Qərb;
• Türkiyə - Fransa;
• Hindistan - Çin;
• Hindistan - Pakistan;
Proseslərin dinamikası göstərir ki, bütün formatlarda ziddiyyətlər dərinləşir və genişlənir. Ermənistanın tərəfdaşları arasında da ziddiyyətlər mövcuddur və qığılcımlar yaranan zaman İrəvandan mövqe nümayiş etdirmək, yəni tərəf tutmaq tələb olunur.
Ermənistan rəhbərliyi Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək üçün olduqca fərqli ölkələrin dəstəyini təmin etdi, lakin 2023-cü ilin sentyabrından sonra vəziyyət dəyişdi. Bu gün Ermənistan arxasını Qərbə dayayıb.
Lakin İrəvan öz manevr imkanlarının son həddinə çatır. Ermənistan rəhbərliyi düşünülməmiş siyasəti ilə həm özünə, həm də bütün regiona təhlükə yaradır.
Bəs Ermənistan üçün ən yaxşı variant hansıdır?
Yuxarıda qeyd edilən təhdidlərə əsaslanaraq, Ermənistanın qarşıdurmada tərəf seçməkdənsə, bu təhdidləri müqavilələr yolu ilə neytrallaşdırması daha məqsədəuyğundur. Çünki Ermənistan coğrafi baxımdan fərqli sərhədlərin qovşağında yerləşir.
Sülh müqaviləsi Azərbaycan və Türkiyə istiqamətində fiziki təhlükəni neytrallaşdıran amilə çevrilə bilər.
Neytral status, Qoşulmama Hərəkatına üzvlük isə Rusiyadan gələn təhlükəni aradan qaldırmaq üçün əlverişli variant ola bilər.
Bütün bunlar Ermənistanın yeni Konstitusiyasında öz əksini tapmaqla ölkənin xarici siyasətinin proqnozlaşdırıla bilənliyi, ardıcıllığı və səmərəliliyi üçün fundament rolunu oynaya bilər.
Əks halda indiki şəraitdə Ermənistanın təhlükəsizlik sahəsində istənilən fəaliyyəti ölkə ətrafında gərginliyi artırır və Azərbaycanı hərəkətə gətirir. Belə ki, sülh müqaviləsi olmadığı bir şəraitdə Ermənistanın hər hansı şəkildə güclənməsi Bakı üçün təhlükəsizlik təhdiddir. Azərbaycan Ermənistana silah tədarükü ilə bağlı hələ ki, yalnız xəbərdarlıq edir. Lakin hər işin bir həddi var. Əgər bu gün Bakı ancaq media səhifələrində xəbərdarlıqlarla kifayətlənirsə, gələcəkdə proseslər Azərbaycanın Ermənistan ərazisində hərbisizləşdirilmiş zona yaratmasına gətirib çıxara bilər.
Odur ki, razılaşmaq daha yaxşıdır!
İlk dəfə Ukrayna hərbi təyyarəsi Rusiya Federasiyası ərazisində hədəfi vurdu, - Sky News
"Zərərin qiymətləndirilməsi hələ də davam etsə də, bunun birbaşa zərbə olduğu təsdiqlənib", - Ukrayna hərbi mənbəsi Sky News-a bildirib.
Mənbə bildirib ki, bazar günü Belqorod ərazisində “Rusiya komandanlığının komanda məntəqəsi ” vurulub
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated hace 2 días
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated hace 1 año, 2 meses
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated hace 12 meses