Kəfərnə Bikum

Description
Əməntu BİLLƏHİ kəfərtu bit Tağut☝️



Tevhid kahramanları, mücadeleyi sayısız düşmanlar arasında laf ile değil kan, ter ve gözyaşı ile pişirerek günümüze getirmişlerdir."

Küfrün qaranlıqından, Vəhyin aydınlıqına.

İletişim @Taifatumansura
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

1 year, 4 months ago

Əyər mən tövhid üzərində öləcəyimi bilsəydim, dağlar böyüklüyündə günahlar ilə Allahs s.t qovuşmağımdan qorxmazdım

Süfyan əs Sevri

1 year, 4 months ago

İNSANLARIN ƏN ABİDİ KİMDİR, BİLİRSƏNMİ?

Səid bin Cubeyr rahiməhullah'a deyildi:

"İnsanların ən abidi kimdir?" Buyurdu:

"O elə bir kəsdir ki, günah edib və hər dəfə günahını xatırladıqda saleh əməllərini az görər və Rəbbinin qarşısında özünü zəlil hiss edər.

("Əl-Bidəyə vən-Nihəyə" 9/99.)

1 year, 4 months ago

Onların: “Rəbbimizə and olsun biz müşrik deyildik!” – deməkdən başqa heç-bir çarələri qalmayacaq.
?[6:23]

Abdullah İbn Abbas (radiAllahu anhu) demiş:

“Qiyamət günü Allah Qədəriləri oda tərəf yönləndirəcək və Qədərilər deyəcəklər ki;
‘Ey Rəbb’imiz bizi nəyə görə ocağa götürürlər? Allah’a and içirik ki, biz heç şirk etməmişdik o zaman ki, Tövhid əhli günahlar edirdilər, biz hesab edirik ki, onları oda tərəf yönləndirmək lazım, bizi isə qoymaq, amma bizi oda yönləndirirsiz, onlar isə qalıb.
Axı Allah’a and içirik ki, biz heç-cür şirk etməmişik!’.
Və onlara deyiləcək:
«Siz bilmədən Şirk etmişdiniz..»”.

?(Əl-İbana Əl-Kubra, 1541)

1 year, 5 months ago

Əbu Musa (radiyallahu anhu) belə rəvayət edir :

“ Aşura günü yəhudilərin əzəmətləşdirdiyi və bayram etdiyi bir gün idi.” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Siz o gün oruc tutun. ”

Buxari 2005. Muslim 1131.

1 year, 5 months ago

İbn əl-Qeyyim (rahiməhullah) demişdir:
«Qəza və qədərlə razılaşmaq xoşbəxtçliyin səbəblərindəndir. Qəza və qədərə qəzəblənmək isə bədbəxtçiliyin səbəblərindəndir.»
(Mədəric əs-Səlikin, 1/513)
________

1 year, 5 months ago

İmam Cəfər əs-Sadiq, Əbu Bəkr və Ömərdən (radıyallahu anhum) bəri olubmu?

AbdulCəbbar bin Abbas əl-Həmədani belə bir xatirəsini anlatmışdır:

"Mədinədən çıxmaq üzərəykən yanımıza Cəfər əs-Sadiq (radıyallahu anhu) gəldi və bizə belə dedi:

"in şə Allah siz öz məmləkətinizin salehlərindənsinizdir. Getdiyiniz yerin xalqına bunu çatdırın:

"Mənim məsum imam olduğumu və mənə itaət etmənin fərz olduğunu iddia edənlərdən bəri olduğumu deyin.

Yenə Əbu Bəkr və Ömərdən bəri olduğumu iddia edənlərdən mənim də bəri olduğumu deyin."

___

Siyəru Aləmin-Nubələ, 4/406

İmam Cəfər Sadiqdən Əbu Bəkr və Ömər ( Allah hamısından razı olsun) barəsində soruşuldu və o, belə dedi :

Sən elə iki kişi barəsində soruşursan ki, onlar artıq cənnət əhlinin meyvələrindən dadıblar.

__

Siyər Əaləmin nubələ, 6/259

Şiə alimindən etiraf:

Muhəmməd Huseyn Kaşiful-Ğita, özünün “Əsluş-Şiyəti və Usuluha” kitabında yazır:

“Onun (Əli İbni Əbu Talibin ə.s) İki xəlifə haqqındakı nəzərinə baxdığımız zaman, görərik ki Əbu Bəkr və Ömər, Tovhid kəlməsini yaymaq uğrunda var gücləri ilə səy etmiş və İslam ordusunu təsis və təchiz etmiş və fəthlər ilə əraziləri genişlətmişlər və xəlifələr əsla öz xilafətlərindən sui-istifadə edib zülm etməmişlər!

O (Əli İbni Əbu Talib ə.s) Xəlifələrlə sülh içində yaşadı və onlara bey`ət etdi!”

___

Muhəmməd Huseyn Kaşiful-Ğita, “Əsluş-Şiyəti və Usuluha” kitabı, səhifə 123-124

1 year, 5 months ago

CÜMƏ AXŞAMI VƏ CÜMƏ GÜNÜ SALAVAT BARƏDƏ XATIRLATMA

Peyğəmbər (sallallahu əleyhi vasəlləm) demişdir:
Cümə günü və cümə axşamı mənə çox salavat duası oxuyun.Kim bir dəfə mənə salavat duası oxuyarsa, Uca Allah da ona on dəfə xeyir-dua edər.(Sahih əl-Cəmi,1209)

İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
Cümə axşamından cümə günü axşam namazına kimi olan müddət hər saniyəsi savablarla dolu xəzinədir.

Uca Rəbbimiz bizləri nur üzlü peyğəmbərimizlə (sallallahu əleyhi vasəlləm) bərabər Firdovs cənnətində bir olmağı nəsib etsin. Amin!

salavatı aşağıdakı formalarda demək olar;

1)Allahummə salli alə Muhamməd və alə əli Muhəmməd.
2)Allahummə salli va səllim alə Muhamməd.
3)Sallallahu aleyhi vasəlləm.

"Cümə günü elə bir gündür ki, bu günü ibadət üçün ayırmaq, bəyənilən/müstəhəb əməllərdəndir. Vacib və müstəhəb ibadətlərin növünə görə bu günün başqa günlərdən üstünlüyü vardır.

Uca Allah, ibadətə ayırmaları və dünya işlərindən azad olmaları üçün, hər millətə bir gün təyin etmişdir. Cümə günü də məhz - ibadət günüdür.

Cümə gününün digər günlərə olan üstünlüyü - Ramazan ayının digər aylara olan üstünlüyü kimidir. Bu gündə olan ‘duaların qəbul olunma vaxtı’, Ramazan ayında olan Qədr gecəsi kimidir. Bu səbəblə də, kimin cümə günü doğru və salamat olarsa, həmin şəxs növbəti cümə gününə qədər salamat olar. Kimin Ramazanı doğru və salamat olarsa, qalan bütün ili də salamat olar. Kimin həcci doğru və salamat olarsa, qalan bütün ömrü də doğru olar.

Cümə günü həftənin tərəzisi, Ramazan ilin tərəzisi, Həcc isə ömrün tərəzisidir. Müvəffəqiyyət Allahdandır..”

(İbn əl-Qayyim, “Zədul-Məad”, 158)
-----------

1 year, 5 months ago
1 year, 5 months ago

RASULULLAH sallallahu aleyhi və səlləm BİR MÜƏLLİM KİMİ....

  1. Gözəl və təsirli danışırdı.
  2. Şirin dilli, gülər üzlü idi.
  3. Səbirli və təvazökar (sadə) idi.
  4. Təhsildə və dəvətdə sərtliyin əleyhinə idi.
  5. Elimdə ciddi və səmimi olunmağını istəyirdi.
  6. İzah etmək istədiyi bir mövzuya sual verərək başlayırdı.
  7. Hadisələri hekayələşdirir, nümunələr verir, bənzətmələr edirdi.
  8. Şəkillər çəkərək izah etdiklərini zehinlərdə canlandırırdı.
  9. Təhsildə asandan çətinə doğru bir metoddan istifadə edirdi.
    10.Verilən suallara bezmədən cavab verirdi.
  10. Sual verən şəxsin ehtiyacına görə həll yolları təklif edirdi.
  11. Bəyəndiyi sualı tərifləyirdi.
  12. Hər bir şəxsin səviyyəsinə ( qavrama qabiliyyətinə ) uyğun cümlələrdən istifadə edirdi.
  13. Qarşısında duran adamın üzünə baxaraq danışırdı.
  14. İzah edərkən "bədən dilindən" (jest və mimikalardan) istifadə edirdi.
  15. Sözlərini zaman zaman and içərək gücləndirirdi.
  16. Müjdələyirdi, nifrət etdirmək istəmirdi.
  17. Haqqında məlumatı olmadığı mövzuda danışmırdı.
  18. Söyləyəcəyi şeyi şərait münasib olduğu zaman söyləyirdi.
    20.Çıxışına (söhbətinə) qısa və mənalı bir giriş ilə başlayırdı.
  19. Söhbətlərində səbəb-nəticə əlaqəsi (söhbətin başı ilə sonu birbirinə bağlı olurdu) qurardı.
  20. İnsanları düşünməyə təşviq edir, onları gözəl əxlaqa çağırırdı.
1 year, 5 months ago

Ən böyük uğursuzluq bütün ürəyinizlə istədiyiniz şey üçün mübarizəni dayandırmaqdır.

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago