✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 6 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago
Skeptisizm elmidirmi?
*Hərfi tərcüməsi şüphəçilik deməkdir. Hər cür biliyin həqiqiliyinə şüphə edilməsini tələb edir. Mütləq həqiqətin insan tərəfindən heç vaxt anlaşılmayacağını, çünki duyğularımızın və ağlımızın bizi aldatdığını irəli sürür.
"Doğru bilgiyə heç vaxt çatıla bilinməz, çatılsada doğru bilgi olmaz. Hər cür bilgiyə şübhə ilə baxan, əsil səbəblərini incələyən fəlsəfi görüş. Ağlın heçvaxt mütləq bilgi əldə edə bilməyəcəyini desədə həmişə şübhə içində qalacağını müdafiə edən görüş.
Şübhə insan həyatında ciddi bir rola malikdir. Əgər şübhədən vasitə kimi istifadə olunsa, bu hədəfə çatmağı asanlaşdıracaq. Yox əgər şübhəyə "fəlsəfi" don geyindirib, müxtəlif situasiyalardan boyun qaçırmaq üçün istifadə olunursa, bu artıq psixoloji bir xəstəlik halına gəlmiş olur. Məsələn, dahi fransız filosofu Dekart, skeptik filosoflardandır, ancaq bir fərqlə ki, o şüphəni mütləqləşdirmir, şüphədən bir metod kimi istifadə edir. Hər cür bilikdən şüphə etməklə sonra heç bir şüphəyə yer olmayan əsl həqiqi biliyin tapılacağına inanır. Özünün tapdığı və şüphəyə yer olmayan ilk bilik isə, "mən"dir. Cogito ergo sum - düşünürəmsə deməli varam.
Şübhənin bu formada(vasitə kimi) istifadə olmasına Quran ayələrində də rast gəlinir:
Bir zaman İbrahim dedi:“Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!"
Rəbb ona dedi: “Məgər sən inanmırsan?”
İbrahim dedi: “Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”.
Allah buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!” - (Quran | 2:260)
Görəsən "mütləq skeptizmin" psixoloji xəstəlik olduğunu necə əsaslandıra bilərik? Fikrimcə bu sualın cavabını ilk dəfə dahi alim və filosof, İbn Sina vermişdir. O deyir:
"Əgər bir şəxs öz varlığını, sizin varlığınızı, ümümiyyətlə həqiqəti inkar etsə və bunun üçün özünün haqq olması uğrunda sizinlə fikir mübadiləsi aparsa, onda ona deyin ki, əgər hər şey yoxsa, həqiqət yoxsa, onda niyə fikir yürüdürsən? Əgər sən və mən yoxuqsa, onda bəs nə üçün, kimin üçün danışırsan? Əgər heç bir bilik doğru deyilsə, onda bunu isbat etmək üçün əsaslandığın biliklərin doğruluğuna nə deyirsən? Və bunun kimi bir sıra suallar. O bu zaman özünü, sizi, əsaslandığı biliklərin doğruluğunu və ümümiyyətlə varlığı və həqiqəti qəbul etmək məcburiyyətində qalacaq. Yox əgər bundan sonra "mən, ümümiyyətlə, bunda da şübhə edirəm, şübhə etməyimədə şübhə edirəm" deyirsə, onda onun psixoloji problemləri var."
©️*Avisenna research center
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 6 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago