✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 1 week, 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago
Bildiyimiz kimi, "müddət" sözü müəyyən zaman aralığını bildirir. "Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir" cümləsində bu sözün işlənməsi doğru deyil, çünki burada məhz çağırış yaşı nəzərdə tutulur. Cümlə "Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir” formasında yazıla bilər.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv edilir.
"Biyabır" yox, "biabır" yazılmalıdır. Bu, futbol üzrə milli yığmamızın oyunlarından sonra ən çox səhv formada yazılan sözlərdən biridir.
Türk dövlətlərinin ortaq əlifbası hazırlanır. Layihə 2026‐cı ilədək hazır olmalıdır. Xəbərə keçid şərh bölməsindədir.
"Baxmayaraq" sözündən sonra vergülün işlənməsi:
• Güclü küləyə baxmayaraq, onlar işlərinə davam edirdilər.
• O, yanındakılara baxmayaraq irəliləyirdi.
Nə vaxtsa səlis Azərbaycan dili biliyi tələb olunan vakansiya üçün müsahibədə dil biliyinizi yoxlayıblarmı?
Tire ilə defis eyni işarə deyil. Defis orfoqrafik işarə (durğu işarəsi deyil), tire isə durğu işarəsidir.
Defisin işlənmə yerləri:
1) Rəqəmlə ifadə olunan sayla şəkilçi arasında: 5-ci;
2) Mürəkkəb sözün tərkib hissələri arasında: kağız-kuğuz;
3) İxtisarla şəkilçi arasında: ABŞ-nin;
4) Söz hecalara bölünərkən və ya sətirdən sətrə keçirilərkən: mə-ri-fət.
Tirenin işlənmə yerləri:
1) Məkan və zaman aralığı bildirən sözlər arasında: Bakı – Moskva reysi, XIX – XX əsrlər;
2) Ortaqlıq və ya qarşılıq bildirən sözlər arasında: Rusiya – Ukrayna müharibəsi.
Cümlə üzvləri ilə əlaqədə tire:
1) Cümlə üzvü ilə onun əlavəsi arasında: Tural – mənim dostum dünən Türkiyəyə yollandı.
2) Həmcins üzvlərlə ümumiləşdirici söz arasında: Atam, anam, qardaşım – hamı orada idi.
3) Vasitəsiz nitqdə:
• Dialoqda:
– Siz həmin məktəbdə işləyirdiniz?
– Yox, biz fəhləyik. (c)
• Vasitəsiz nitqlə müəllifin sözləri arasında: "Bu çox vacib oyundur", – deyə kapitan komandaya müraciət etdi.
Əlavələriniz varmı?
#qaydadəftəri
"TikToker", "TikTok"er", yoxsa "tiktoker"?
Əlbəttə, bunların heç biri orfoqrafiya lüğətində yoxdur, ona görə də internet jarqonunda işlənən bu sözün yazılış qaydasını özümüz, necə deyərlər, düzüb-qoşa bilərik. Necə? Əlimizdə olan məlumatın köməyi ilə. "TikTok" platformanın adıdır və yazılış forması saxlanılaraq dırnaq işarəsi ilə verilməsi normaldır. Digər tərəfdən, lüğətimizdə "feysbuk", "instaqram", "vatsap" kimi sözlər də var və bu sözlər müvafiq platforma adlarının dilimizdə ümumi isim kimi işlənə bilməsinin göstəricisidir. İngilis dilindəki "-er" şəkilçisi isə sözügedən platformanın adına qoşulub və nəticədə orada fəaliyyət göstərən şəxsi ifadə edən söz alınıb. Yəni sonda ümumi isim əmələ gəlib. Dilimizdə bu sonluğu olan alınma sözlər az deyil: ekvayer, spiker, vindsörfer və s. Bəli, yuxarıda göstərildiyi kimi, "TikTok" platformanın adıdır, amma lüğətimizdə digər platforma adlarının da transliterasiya olunmuş və ümumi isim halını almış formaları var. Bu məqamlardan irəli gələrək qeyd edə bilərik ki, cümlə daxilində "tiktoker" sözünün bu formada işlənilməsi səhv deyil.
Məsələ müzakirəyə açıqdır, elə "tiktokçu" sözünü də təklif edə bilərsiniz. ?
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 1 week, 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago