AzadlıqRadiosu

Description
Azadlıq Radiosunun Telegram kanalına xoş gəlmisiniz. Hər gün senzurasız azad, dəqiq və tərəfsiz xəbər və araşdırmaları oxumaq üçün kanalımıza abunə olun.

Youtube kanalımızı izləmək üçün: https://www.youtube.com/AzadlıqRadiosu
Advertising
We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 3 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 5 days, 10 hours ago

3 days, 18 hours ago

"Toplum" internet televiziyasının (ToplumTV) təsisçisi Ələsgər Məmmədlinin analiz cavabları açıqlanıb, amma ona şübhə var

Bu barədə "Turan"a vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn məktubda bildirilir ki, aprelin 26-da Ə.Məmmədli əlavə müayinələrə cəlb edilib: "Cavabda yazılıb ki, qanda hormonların səviyyəsi norma civarında olub. Qeyd olunur ki, Milli Onkologiya Mərkəzinin onkoloqu ilə konsultasiya edilib və onkoloq hazırda kəskin onkoloji prosesin izlənilmədiyini, sitoloji təhlil üçün düyünün histoloji müayinəsinin təcili aparılmasına zərurət olmadığını, planlı qaydada keçirilməsinin mümkünlüyünü bildirib. Həmçinin yazıblar ki, Ələsgər Məmmədlinin səhhəti ilə bağlı şikayəti olmayıb".

3 days, 20 hours ago

ABŞ-da federal müstəntiqlər Azərbaycana məxsus bir neft-qaz şirkətindən 600 min dollar rüşvət almaqda ittiham olunan ABŞ Konqresi Nümayəndələr Palatasının Texasdan olan üzvü Henri Kuellar və xanımının işi üzrə daha bir nəfərə qarşı ittiham irəli sürüblər.

Associated Press agentliyinin verdiyi məlumatda deyilir ki, 67 yaşlı İradə Axundova mayın 1-də Hyuston federal məhkəməsində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib.

O ABŞ Ədliyyə Nazirliyində xarici agent kimi qeydiyyatdan keçmədən Azərbaycan maraqlarının agenti kimi fəaliyyət göstərməkdə ittiham edilir.

3 days, 21 hours ago

🧑‍💻Azərbaycanda uşaqların 35%-i hər gün 5 saatdan çox internetdə vaxt keçirir.

Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda uşaqlar 6-18 yaş aralığındakı uşaqlar arasında keçirdiyi sorğudan sonra bəlli olub. Sorğunun nəticələrinə əsasən:

Qatılanların 75 faizi internetdən hər gün yararlanır;

Uşaqların 58 faizi internetsiz həyatı darıxdırıcı sayır;

Uşaqlar internetdə ən çox sosial şəbəkələrdən Instagram, TikTok, Facebook yararlanırlar;

Youtube-dan uşaqların 13%-i, onlayn oyunlardan 9%-i istifadə edir.

1 week, 3 days ago

Erməni arxiyepiskop Baqrat Qalstanyan Azərbaycanla sərhəd razılaşması əldə etdiyinə görə baş nazir Nikol Paşinyanı istefa verməyə çağırıb.

O, Yerevanın Respublika Meydanında mitinqdə çıxışı zamanı bu tələbi səsləndirib. Qalstyan vaxtilə Paşinyanın keçmiş prezident Serj Sarkisyana müraciətini olduğu kimi təkrar edib:

“Sənin Ermənistanda artıq heç bir hakimiyyətin yoxdur”.

Mitinqdə Erməni Kilsəsinin və müxalifətin nümayəndələri fəal iştirak edirlər.

1 week, 3 days ago

"Fikir polisləri burada, hər birimizin öz içindədir. Bizi məcbur edirlər ki, fikirləri yüksək səslə söyləmək və ya başqaları ilə bölüşmək barədə iki dəfə düşünək. Özünüsenzuranın faciəsi budur".

Bu sözləri Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Xose Borqino Bakıda "Kitabistan Talks" layihəsi çərçivəsində keçirilən konfransda dilə gətirib. O, naşirlik və senzura haqqındakı çıxışında deyib ki, Assosiasiya hər yerdə nəşretmə azadlığını tək təmin edə bilməz: "Müəlliflər, kitab satıcıları və kitabxanaları təmsil edən digər beynəlxalq təşkilatlarla birlikdə bütün bu azadlıqlara təkcə qanunda deyil, həm də praktikada riayət olunmasını təmin etmək üçün çalışırıq".

1 week, 3 days ago

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir.

Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyilər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".

2 weeks, 3 days ago

Ermənistanda polis sərhədin delimitasiyasına mane olanları saxlayıb

Mayın 2-də Ermənistanda polis ölkənin şimal sərhədindəki Tavuş mərzində bitişik ərazilərin Azərbaycana verilməsinə maneçilik yaradan kəndin onlarca sakinini saxlayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Kirants kəndi Azərbaycanın Qazax rayonuna aid dörd kəndin qaytarılmasına etirazların episentri idi.

Baş nazir kəndlərin Azərbaycana qaytarılacağını bəyan etdiyi gündən, aprelin 19-dan Ermənistanın bir neçə kəndinin sakinləri burada delimitasiyanın aparılmasına mane olmaq üçün düşərgə qurmuşdular.

2 weeks, 3 days ago

Prezident İlham Əliyev İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden, habelə medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Yardımın məbləği 2 min manat nəzərdə tutulub. Bundan ötrü Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılacaq.
1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsində SSRİ-nin tərkibində olan Azərbaycan SSR-dən ümumilikdə cəbhəyə 600 min insanin yola salındığı, onlardan təqribən yarısının həlak olduğu bildirilir

2 weeks, 3 days ago

"Hökumətlə dialoqlarda jurnalist həbslərindən narahatlığımızı, gözləntilərimizi çatdırırıq"

Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyir ki, Azərbaycanda jurnalistlərin həbsilə bağlı narahatlıqlarını hökumətlə dialoqda mütləq çatdırırlar.

"Üçüncü ildir ki, Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşmək fürsətim olur. Təəssüf ki, ötən il bizimlə olan jurnalistlərin bəzilərini bu dəfə burada görə bilmirik, axı həbs olunublar. Biz həmin jurnalistləri yaddan çıxarmamaqla bu görüşü keçiririk", - yenə P.Mixalkonun dilə gətirdiyi sözlərdir.

Səfir onu da deyib ki, Avropa Birliyi Azərbaycanın ən fəal tərəfdaşlarındandır və bu tərəfdaşlıq dəyərlərə, ortaq prioritetlərə əsaslanır.

3 weeks, 5 days ago

Bakının Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq planları yoxdur.

Bunu prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib: "Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik. Əks halda, bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir".

AİB-in tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlət başçısı daha sonra da bunları deyib: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var".

We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 3 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 5 days, 10 hours ago