✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
***Xurmanı acqarına yemək qurdları öldürür.
İbn Əl-Qayyim (rahiməhullah) belə demişdir:
"Onu acqarına yemək qurdları öldürür, çünki onun istisi ilə birlikdə bir növ zəhər əleyhinə təsiri vardır. Əgər davamlı olaraq acqarına yeyilərsə, qurdların mənbəyini qurudar, onları zəiflədər, azaldar və ya öldürər."
الطب النبوي 225
🌙✨Faydalanmaq üçün bizi izləyin
💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎***https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
***Sual:
🕌Məsciddə, xüsusilə Cümə namazında yer tutmaq haqqında hökm nədir?
Şeyx Useymin (rahiməhullah) demişdir:
Məsciddə yer tutub çıxmaq haramdır və caiz deyil. Çünki həmin şəxsin bu yerə haqqı yoxdur. Məsciddə yer "ilk gələn" üçündür. Hətta bəzi Hənbəli fiqh alimləri deyir ki, əgər bir şəxs yer tutub çıxarsa və qayıdıb həmin yerdə namaz qılsa, namazı batil olur. Çünki o, bu yeri qəsb etmiş sayılır və başqasının haqqını almış olur. İnsan bədəni ilə yer tutur, xalçası, dəsmalı və ya əsa ilə deyil. Lakin əgər şəxs məsciddədirsə və yerini saxlayıb dərsə qulaq asmaq üçün başqa bir yerə gedirsə, ya da günəşdən qorunmaq üçün başqa yerdə oturursa, bu halda yer tutmağa icazə verilir. Amma yerinə qayıdarkən insanları narahat edib üzərindən keçməməlidir. Əgər bu halda insanlara əziyyət vermə riski varsa, o, sıranın yanında dayanaraq tədricən yerinə qayıtmalıdır.
مجموع فتاوى و رسائل الشيخ محمد صالح العثيمين المجلد السادس عشر - باب صلاة الجمعة
🌙✨Faydalanmaq üçün bizi izləyin
💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎***https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
**Əl-İrbad ibn Sariyə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:
Şübhəsiz kişi öz həyat yoldaşına su içizdirərsə, (buna görə) savab qazanar.
Əl- İrbad Sariyə (radiyallahu anhu) dedi: Mən həyat yoldaşımın yanına gəldim, ona su verdim və Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) eşitdiyim şeyi ona danışdım.
Əhməd 17155, İbn Əbu Şeybə "Musnəd" 891, Tabərani 18/258.
Hədisdən çıxan faydalar:
1) Kişi öz həyat yoldaşına gözəl yanaşmalıdır;
2) Ən əfzəl sədəqə su sədəqəsidir;
3) Kişi öz həyat yoldaşına hər hansı bir yaxşı əməl etdikdə buna görə savab qazanır;
4) Ən mühüm fayda: Səhabənin bu əməli ailəsinə tətbiq etməsi. Bu səbəbdən də hər bir müsəlmana hədisi eşitdikdə əməl etməsi lazımdır.
5) Əməl etdikdən sonra da eşitdiyi elmi danışması və yayması. Ona görə də müsəlmanlar dərs yazılardan, dərslərdən və moizələrdən eşitdiyi hədisləri ailəsində əməl etməli daha sonra da onu digərlərinə danışmalıdır.
🌙✨Faydalanmaq üçün bizi izləyin
💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎**https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
**İbn Əl-Qayyim (rahiməhullah) demişdir:
Uca Allah buyurur:
Münafiqlər Allahı aldatmağa çalışırlar. Əslində isə Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi ayə 142)
Namazda olan altı sifət nifaqın əlamətlərindəndir.
1) Namaza durarkən könülsüz qalxmaq;
2) Namaz qılarkən özlərini insanlara göstərmək;
3) Namazı gecikdirmək;
4) Sükunət içində olmadan tələm-tələsik ruku və səcdə etmək;
5) Allahı az zikr etmək;
6) Camaat namazından geri qalmaq.
الصلاة و احكام تاركها 115
*?✨Faydalanmaq üçün bizi izləyin
?https://t.me/islamlayasha ?https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j ? https://www.instagram.com/islamla.yasha?utm_source=qr ?***https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
**”Üç əməli edən imanı dadmışdır. Tək Allaha ibadət edən, Allahdan başqa ibadətə layiq ilahın olmamasını bilən, malının zəkatını könül xoşluğu ilə verən, bunu etməyə nəfsi kömək edən, zəkat olaraq qoca, qotur, xəstə, az süd verən pis mal deyil malının ortasından verən. Həqiqətən Allah sizdən malınızın xeyirlisini (vermənizi) istəmir, lakin pisini vermənizi də əmr etməmişdir.”
(Əbu Davud,1582)
*?✨Faydalanmaq üçün bizi izləyin
?https://t.me/islamlayasha ?https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j ? https://www.instagram.com/islamla.yasha?utm_source=qr ?***https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
**Atamın canına and olsun, atamın canı haqqı deyilməsi, and içilməsi və Allahdan qeyrisinə and içilməsinin qadağan olunması
Ömər ibn əl-Xattab (radiyallahu anhu) belə rəvayət edir: "Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: "Allah Təala sizə atalarınıza and içmənizi qadağan edir." Ömər (radiyallahu anhu) belə buyurdu: "Allaha and olsun ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bunu qadağan etdiyini eşitdiyimdən bəri nə öz adımdan, nə də başqasının adından (onun adından nəql edərək) buna and içmədim." (Muslim / 1646).
İbn Ömər (radiyallahu anhumə) belə rəvayət edir: "Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Hər kim and içəcəksə, yalnız Allaha and içsin!" Qureyş atalarına and içərdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Atalarınıza and içməyin!" (Muslim /1646).
?✨Faydalanmaq üçün bizi izləyin
?https://t.me/islamlayasha ?https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j ? https://www.instagram.com/islamla.yasha?utm_source=qr ?**https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
**Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:
Nə xoş Şam torpaqlarının halına! Rəhmanın mələkləri öz qanadlarını onun üzərinə sərdilər.
(Sahihut tərğib vət tərhib 3095, Tirmizi 3954, Şeyxi Albani rahiməhullah onu səhihləşdirmişdir.)
Qeyd: Şam torpaqları deyildikdə, indiki Suriya, İordaniya, Fələstin, Livan və İraqın bir hissəsidir. Mələklər qanadlarını sərdilər yəni, onun əhlini küfrdən qorumaqla, ora bərəkət endirməklə və həlakedici şeylərdən dəf etməklə.
*?✨Faydalanmaq üçün bizi izləyin
?https://t.me/islamlayasha ?https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j ? https://www.instagram.com/islamla.yasha?utm_source=qr ?***https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
*? CANLI SİLSİLƏVİ DƏRS ?*
Bu gün
?️Dərsin vaxtı: 16:00
İmam əl-Buxarinin (rahiməhullah) "Tam Səhih" adlı kitabının (İman bölümü 44, 45-ci hədis) şərhi
Muradov Murad
**Sünnənin dəlilləri
Uca Allah buyurur:
Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara, onlara nazil olanları (hökmləri) izah edəsən və bəlkə onlar fikirləşələr.
(Nəhl surəsi ayə 44)
Həmçinin buyurur:
Allahın Rəsulu sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin.
(Həşr surəsi ayə 7)
Həmçinin buyurur:
O, havadan (istədiyini) danışmaz. Bu, ona nazil edilən bir vəhydir.
(Nəcm 3-4)
Həmçinin buyurur:
De: “Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın.
(Ali imran surəsi ayə 31)
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:
“Bilin və agah olun ki, mənə Quran ilə birlikdə (onun bir) bənzəri verilmişdir.
(Əbu Davud 4604)
(Tabein) Həssan ibn Atiyyə (rahiməhullah) demişdir:
Cəbrayıl (aleyhis sələm) peyğəmbərə (sallallahu aleyhi və səlləm) Quranı nazil etdiyi kimi, sünnəni də ona nazil edirdi.
(Əbu Davud "Mərasil" 361, Darimi "Musnəd" 608)
*?✨Faydalanmaq üçün bizi izləyin
?https://t.me/islamlayasha ?https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j ? https://www.instagram.com/islamla.yasha?utm_source=qr ?***https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
**Əbu Musa (radiyallahu anhu) demişdir: “(Bir dəfə) mən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ilə birgə Mədinədəki bostanlardan birində idim. Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) əlində bir çubuq var idi. O, bu çubuğu (yerdəki) suya və palçığa vururdu. Elə bu vaxt bir nəfər gəlib (qapını döydü və bostana daxil olmaq üçün) izin istədi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: “Qapını aç və onu Cənnətlə müjdələ.” Mən gedib baxdım ki, bu Əbu Bəkrdir . Qapını açıb, onu Cənnətlə müjdələdim. Sonra başqa birisi gəlib (qapını döydü və bostana daxil olmaq üçün) izin istədi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: “Qapını aç və onu Cənnətlə müjdələ.” Baxdım ki, bu Ömərdir. Qapını açıb, onu Cənnətlə müjdələdim. Sonra başqa birisi gəlib (qapını döydü və bostana daxil olmaq üçün) izin istədi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) söykənmiş vəziyyətdə idi. O, qalxıb oturdu və dedi: “Qapını aç və onu Cənnətlə müjdələ. Üstəlik, onun başına gələcək müsibət barədə ona xəbər ver.” Gedib baxdım ki, bu Osmandır. Qapını açıb, (onu Cənnətlə müjdələdim və) Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) dediyini ona xəbər verdim. Osman dedi: “Allah Özü kömək olsun!”
Buxari (3674, 3695, 6216, 7097, 7262), Muslim (2403), Tirmizi (4075) və Əhməd (4/406)
?✨Faydalanmaq üçün bizi izləyin
?https://t.me/islamlayasha ?https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j ? https://www.instagram.com/islamla.yasha?utm_source=qr ?**https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago