Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Dövlət İmtahan Mərkəzi

Description
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Advertising
We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 2 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 19 hours ago

4 weeks, 1 day ago
Məlum olduğu kimi, aprelin 21-də Bakı …

Məlum olduğu kimi, aprelin 21-də Bakı şəhərinin Xəzər – 2, Nizami, Pirallahı rayonlarında, Sumqayıt – 2Abşeron – 2, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir – 2, Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad – 2Masallı – 2, Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz –2Quba – 2 rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

4 weeks, 1 day ago
***✅*** Dövlət qulluğuna qəbul imtahanı

Dövlət qulluğuna qəbul imtahanı
https://dim.gov.az/news/13057/

Qəbul və buraxılış imtahanları
https://dim.gov.az/news/13067/

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı
https://dim.gov.az/news/13064/

1 month ago
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün …

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır.

İmtahanda iştirak etmək istəyən namizədlər 11 aprel saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər.

1 month ago
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə …

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə kompüter, BB qrupu üzrə isə imtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə 12 may tarixində keçiriləcək. İmtahanlar saat 11:00-da başlanır.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə 30 aprel saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə 8 may saat 11:00-dək həyata keçiriləcək.

Ətraflı məlumat və qeydiyyat üçün link
https://dim.gov.az/news/13045/

1 month ago
***⏰*** İmtahan saat 11:00-da başlanır.

İmtahan saat 11:00-da başlanır.

❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

🗒 Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

İmtahana buraxılış vərəqəsi;
Şəxsiyyəti təsdiq edən sənədin əsli.

📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

➡️ Daha ətraflı məlumat üçün link https://dim.gov.az/news/13041/

Bütün iştirakçılara uğurlar arzu edirik!

1 month ago
Qeyd olunan tarixdə imtahan verəcək şəxslər …

Qeyd olunan tarixdə imtahan verəcək şəxslər https://dim.gov.az/news/13038/ linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.

1 month, 1 week ago
Məlum olduğu kimi, ötən tədris ilindən …

Məlum olduğu kimi, ötən tədris ilindən etibarən “Bədən tərbiyəsi və idman” istiqamətinə daxil olan ali təhsil müəssisələrinin məşqçilik ixtisasına tələbə qəbulu idman növləri üzrə aparılır. Bu il məşqçilik ixtisasının əhatə etdiyi idman növlərinin sayı 20-dən 26-ya yüksəlib. Yeni idman növlərinə badminton, kamandan oxatma, kanoe və avarçəkmə, tennis, triatlon və qış idman növləri daxildir.

Bu ildən etibarən Bədən tərbiyəsi və idman istiqamətinin 61-ci komissiyasına aid məşqçilik ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və ya qeyri-məqbulla deyil, balla qiymətləndiriləcək. Abituriyentlər məşqçilik ixtisasına daxil olan idman növləri üzrə qabiliyyət imtahanından topladıqları balla müsabiqədə iştirak edəcəklər. Qabiliyyət imtahanının qiymətləndirilməsi 10 ballıq şkala ilə aparılır, 6 və daha yuxarı bal toplayanlar müsabiqəyə buraxılırlar.

1 month, 1 week ago
***📌*** Magistraturaya qəbul imtahanının ikinci cəhdində …

📌 Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 8 aprel saat 23:59-dək internet vasitəsilə aparılır.

✅️ 2024-cü ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.

📍İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər.

Ətraflı məlumat və qeydiyyat üçün link ⬇️https://dim.gov.az/news/13004/

1 month, 1 week ago
Məlum olduğu kimi, aprelin 7-də Bakı …

Məlum olduğu kimi, aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Laçın (Şəhər 2 №-li tam orta məktəb və Zabux kənd tam orta məktəbi.), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1, Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

1 month, 2 weeks ago

Novruz bayramınız mübarək olsun!

We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 2 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 19 hours ago