SİYƏR (Peyğəmbərin ﷺ həyatı)♡

Description
~Sadəcə qadınlar❗

Siyərdən (Peyğəmbərimizin ﷺ həyatından) mövzular atılacaq in şəə Allah. Allah elmimizi artırsın əmin.

"Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin".
{ə𝐥-𝐇əş𝐫, 𝟕}
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

5 Monate her

بسم الله الر حمن الر حيم

İslam qoşunu Bədrə tərəf hərəkət edir.

Qeyd etdiyimiz kimi, Rəsulullah ﷺ səfərə tam hazırlıqlı qoşunla çıxmadı. Mədinəni tərk edərək Məkkəyə aparan əsas yol üzrə istiqamət aldı və Rövhə quyusuna gəlib çatdı. Oranı tərk etdikdən sonra Bədrə getmək üçün sağ tərəfə - Naziyəyə yönəldi. Daha sonra Naziyə ilə Mudiqsafra arasındakı Ruhqan adlı vadinin içindən keçərək Mudiqsafraya yaxınlaşdı. Oradan Bəsbəs bin amr əl-Cuhnə və Ədiyy bin Əbi Zəğbaini karvandan xəbər gətirmələri üçün Bədrə göndərdi.?

https://t.me/muslimnan

Telegram

SİYƏR (Peyğəmbərin ﷺ həyatı)♡

~Sadəcə qadınlar***❗*** Siyərdən (Peyğəmbərimizin ﷺ həyatından) mövzular atılacaq in şəə Allah. Allah elmimizi artırsın əmin. "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin". {ə𝐥-𝐇əş𝐫, 𝟕}

بسم الله الر حمن الر حيم
7 Monate, 2 Wochen her

بسم الله الر حمن الر حيم

İslam qoşununun sayı və sərkərdələrin təyini.

Rəsulullah ﷺ üç yüz ondan {bu sayın 313, 314, 317 olduğunu deyənlər var} bir qədər artıq səhabə ilə döyüşə çıxdı. Onların 83-ü mühacir, 61-i Övs, 170-i isə Xəzrəc qəbiləsindən olan ənsarlar idi. Müsəlmanlar bu döyüşə çox da əhəmiyyət vermədiklərinə görə tam hazırlaşmamışdılar. Onlarda yalnız iki atlı - Zübeyr bin Avvam və Miqdəd bin əl-Əsvad əl-Kindi var idi. Yetmiş dəvə ilə yola çıxan müsəlmanların iki-üç nəfəri bir dəvənin tərkinə minmişdilər. Rəsulullah ﷺ, Əli və Mərsəd bin Əbi Mərsəd əl-Ganəvi eyni dəvənin tərkində idilər.
Rəsulullah ﷺ ağ bir bayraq bağlayaraq onu Musab bin Umeyr əl-Quraşi əl-Əbdəriyə verdi. Mədinəyə isə özünə vəkil olaraq İbn Ummu Məktumu təyin etdi. Daha sonra onun yerinə Əbu Lubəbə bin Əbdülmunziri göndərdi.
Müsəlmanların qoşunu iki süvari bölüyünə ayrılmışdırlar:

1. Mühacir bölüyü: bu bölük əl-Uqab adlanırdı və bayrağı Əli bin Əbi Talib tutmuşdu.

2. Ənsar bölüyü: bu bölüyün bayraqdarı Səd bin Muaz idi. Hər iki bayraq da qara rəngdə idi.

Rəsulullah ﷺ sağ tərəfdə Zübeyr bin əl-Avvamı, sol tərəfdə isə Miqdəd bin Amrı qoşunun başına keçirtdi. Çünki, onlar yeganə atlılar idilər. Qoşuna ümumi rəhbərlik isə Rəsulullahın ﷺ əlində idi.??

https://t.me/muslimnan

Telegram

SİYƏR (Peyğəmbərin ﷺ həyatı)♡

~Sadəcə qadınlar***❗*** Siyərdən (Peyğəmbərimizin ﷺ həyatından) mövzular atılacaq in şəə Allah. Allah elmimizi artırsın əmin. "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin". {ə𝐥-𝐇əş𝐫, 𝟕}

بسم الله الر حمن الر حيم
9 Monate her

? SAHURDA DUA

“Allahummə ati nəfsi təqvahə və zəkkihə əntə xayru mən zəkkəhə əntə vəliyyuhə və məuləhə.”

“Allahım, nəfsimi təqvalı et və onu təmizə çıxart, Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən!”

? Muslim, 6844.

https://t.me/muslimnan

9 Monate, 1 Woche her
بسم الله الر حمن الر حيم

بسم الله الر حمن الر حيم

• Əbu Hureyra radiyallahu anh rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir:

• "Ramazan Ayı Yetişdiyi Zaman Göyün Qapıları Açılır, Cəhənnəmin Qapıları Qapadılır Və Şeytanlara Zəncir Vurulur."

╭───────────────
╰─➤ ə?-??????, ????

t.me/muslimnan

9 Monate, 2 Wochen her

بسم الله الر حمن الر حيم

BÖYÜK BƏDR DÖYÜŞÜ

İSLAM TARİXİNİN BİRİNCİ BÖYÜK DÖYÜŞÜ

Döyüşün səbəbi.

Uşeyra səfəri haqqında danışarkən qeyd etdik ki, Məkkədən Şama gedən Qureyş karvanı Rəsulullahdan ﷺ qaçıb uzaqlaşa bilmişdi. Bu karvanın Şamdan Məkkəyə qayıdışı zamanı yaxınlaşdıqda Allah Rəsulu ﷺ Talha bin Ubeydullahı və Səid bin Zeydi karvan barəsində xəbər gətirmək üçün şimala göndərdi. Onlar Həvra adlanan yerə gəlib gözlədilər, Əbu Sufyanın bir dəvə ilə onların yanından keçdiyini gördükləri anda Mədinəyə qayıdıb karvanın gəliş xəbərini ona ﷺ çatdırdılar.
Min dəvənin əlli min qızıl dinarla yüklənmiş olduğu bu karvan Məkkə zənginlərinin sərvətini daşıyırdı və qırx nəfərdən başqa keşik çəkən heç bir əsgəri yox idi.
Müsəlmanlara Məkkə əhlinə uzun müddət xatirələrindən və yaddaşlarından çıxmayacaq sarsıdıcı iqtisadi zərbə endirmək üçün gözəl fürsət yaranmışdı. Bu səbəbdən Rəsulullah ﷺ müsəlmanları bu karvanı ələ keçirmək üçün sövq edərək buyurdu: "Bu, Qureyşin sərvətlə dolu olan karvanıdır. Onu ələ keçirmək üçün çıxın! Bəlkə, Allah onu sizə bəxş edər!"
Lakin Rəsulullah ﷺ heç kəsi döyüşə çıxmağa məcbur etmədi, əksinə məsələni tam ixtiyarlarına buraxdı. Belə ki, Rəsulullah ﷺ karvana hücum zamanı məkkəlilərlə şiddətli toqquşmanı gözləmirdi. Bu səbəbdən səhabələrin çoxu Mədinədə qaldı və O ﷺ onların bu addımlarına qarşı çıxmadı.

https://t.me/muslimnan

Telegram

SİYƏR (Peyğəmbərin ﷺ həyatı)♡

~Sadəcə qadınlar***❗*** Siyərdən (Peyğəmbərimizin ﷺ həyatından) mövzular atılacaq in şəə Allah. Allah elmimizi artırsın əmin. "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin". {ə𝐥-𝐇əş𝐫, 𝟕}

بسم الله الر حمن الر حيم
10 Monate her

بسم الله الر حمن الر حيم

8. Naxlə səriyyəsi.

3-?ü ℎ???ə ???

Daha sonra Allah Taala ayə nazil edərək müsəlmanlara digər bir şeyi - döyüş metodunu öyrətdi, onları həvəsləndirdi və döyüşün hökmlərini bəyan etdi:
"Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət onları məğlub etdikdə, kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onların ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz. (Allah) onları doğru yola müvəffəq edəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir. Və onları (dünyada) özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir. Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər." [Muhamməd, 4-7]
Döyüş əmrini eşidib qorxudan qəlbləri tir-tir titrəyən kimsələr barəsində isə Allah-taala buyurdu:
"Möminlər: "Kaş (cihad barəsində) bir surə nazil olaydı!" - deyirdilər. Elə ki, möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı." [Muhamməd, 20]
Döyüş olmasının vacibliyi və ona hazırlıq şəraitin tələb etdiyi zərurət idi. Döyüş və qanlı müharibələr haqla batili ayırd etmək üçün lazım olacaqdı. Abdullah bin Cəhşin səfəri zamanı baş verənlər Məkkə müşriklərinə və onların havadarlarına başlanğıc üçün çox böyük zərbə oldu.
Döyüşü əmr edən ayələrin nazil olması yaxın gələcəkdə qanlı toqquşmalardan xəbər verirdi. Qalibiyyət və zəfər yalnız müsəlmanların olacaqdı. Allah Təala müsəlmanlara əmr edir ki, müşriklərin onları çıxartdıqları yerdən onlar da müşrikləri çıxartsınlar. Həmçinin, Allah Taala müsəlmanlara əsirlərə necə rəftar etməyi öyrədir və müşriklərlə silahlarını yerə qoyana kimi vuruşmağı əmr edir. Bütün bunlar sonda müsəlmanların qələbə çalacağına işarə idi.
Bu ərəfədə, yəni hicrətin ikinci ilinin şaban ayında, miladi təqvimlə isə 624-cü ilin fevral ayında Allah Taala qiblənin Beytulmüqəddəsdən Məscidulhərama dəyişdirməyi əmr edir. Nazil olan bu ayə çirkin niyyətlərini həyata keçirmək üçün müsəlman sıralarına soxulan zəiflərin və yəhudi münafiqlərinin əsl iç üzlərinin aşkara çıxmasına vəsilə oldu. Onlar müsəlmanların sıralarından ayrıldılar və əvvəlki inanclarına qayıtdılar. Beləcə, müsəlmanların sıraları ikiüzlülərdən və xəyanətkarlardan təmizləndi.
Bəlkə də qiblənin dəyişdirilməsi yeni dövrün başlanğıcına səbəb olacağına bir işarə oldu. Bu, yalnız yeni qiblənin müsəlmanlar tərəfindən fəth edilməsi ilə nəticələnəcək bir dövr idi.
Bu əmr və əlamətlərlə müsəlmanların fəaliyyətləri genişləndi və Allah yolunda cihada atılma istəkləri daha da gücləndi. Haqqı batildən ayırd edəcək döyüşə düşmənlə qarşılaşmaqla tək məqsəd Allah kəlamının uca tutulmasıdır.

https://t.me/muslimnan

Telegram

SİYƏR (Peyğəmbərin ﷺ həyatı)♡

~Sadəcə qadınlar***❗*** Siyərdən (Peyğəmbərimizin ﷺ həyatından) mövzular atılacaq in şəə Allah. Allah elmimizi artırsın əmin. "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin". {ə𝐥-𝐇əş𝐫, 𝟕}

بسم الله الر حمن الر حيم
10 Monate her
10 Monate her
10 Monate, 3 Wochen her

Əssələmu aleykum.? Artıq 600 olduq Əlhəmdulilləh. Allah azzə və cəllə bu elmi bizim üçün faydalı etsin bu elmi oxuyub öyrəndiyimiz kimi, həyatımıza da tədbiq etməyi bizlərə hasandlaşdırsın Allahummə əmin.?****

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago