✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
İnsanın ən böyük yükü nədir? Bu barədə fərqli fikirlər var. Məsələn, Jung deyirdi ki, insanın ən böyük yükü valideynlərinin yaşamaq istəyib, yaşaya bilmədiyi həyatdır. Budda deyirdi ki, insanın ən böyük yükü həyatdan yüksək gözləntilərinin olmasıdır. Charles Schulza görə isə bir insanın ən ağır yükü həyata keçirə bilmədiyi potensialıdır. Ən böyük stress qaynağımız edə biləcəkkən edə bilmədiklərimizdi.
Məsələ burasındadır ki, modern sistemdə insanın özünü reallaşdırması və potensialını tam olaraq ortaya qoyması əsasən şans əsəri mövcud olur. İnsanın oxuyacağı məktəb, gələcək peşəsi, harda və nə işləyəcəyi ya çoxdan müəyyən edilmişdir, ya da insanın bunlar haqqında düşünməyə az zamanı olmuşdur. Modern insan seçimləri özünün etdiyini düşünsə də, əslində kapitalist sistemin onun beyninə yeritdiyi məhsulların müştərisi olmaqdan başqa bir şey etmir. Belə bir dövrdə insanların bu suallara cavab verməsi çox çətindir. Mən kiməm? Nə istəyirəm? Nə bacarıram?
İnsan sanki hər şeyin əvvəlcədən planlandığı bəlli olan bir dünyada öz potensialını reallaşdırmaqda gec qalır və çətinlik çəkir. Üstəlik, TV və internet ona milyonlarla insanın həyatını və uğurlarını göstərərkən onun ağlını qarışdırır. İnsan özündə fərqli-fərqli potensiallar axtararkən məyus olur. Axtarış bir çox hallarda peşmanlıqdı, çünki həqiqət bir çox hallarda çirkindir. Əgər həqiqətin çirkin olduğunu demək istəmiriksə, bir seçimimiz var. Yalan danışmaq.
Yalan isə bizi özümüzdən uzaqlaşdıraraq potensialımızı ortaya qoymağa mane olur. Bəs nə etməli? Sahib olduğunuz şeylərə itirməyi gözə almayacaq qədər çox bağlansanız itirmə qorxusu qazanmaq motivasiyasına qalib gələcək və siz özünüzü gerçəkləşdirə bilməyəcəksiniz. Bu nöqtədə kapitalizmin istədiyi kimi insan olmaqdan çıxıb, sahibkara çevrilirsiniz. Bu halda isə ömrünüz şikayət etməklə keçir.
Öz-özünə danışanda belə əsla şikayət etmə.
Stoik fəlsəfənin təməlində olan bu cümlə insanının öz potensialını reallaşdırmasına da kömək edir. Şikayət edən insan bütün neqativ hislərini şikayət edərək çölə çıxardığı üçün əsla həll yolu yarada bilmir. Həll yolu yaratmaq qəbullanan insanlara xasdır. Beləliklə, özünü reallaşdırmağın yolu əzabı qəbul etmək və sahib olduqlarına aid olmamaqdır.
Fuad Əsədov
Çox insan mənim asanlıqla sosiallaşa bilən insan olduğumu düşünür. Halbuki, bu belə deyil. Mən rahatlıqla sosiallaşa bilən bir insan deyiləm. Mən sosiallaşmanın önəmli olduğunu anlayan bir insanam.
Əgər, bir insan sosiallaşa bilmirsə, o, özünü cəmiyyətə təqdim edə bilməyəcək, önəmli əlaqələr yarada bilməyəcək, şəxsi və karyera həyatını inkişaf etdirə bilməyəcək, dolayısıyla özünü inkişaf etdirə bilməyəcək.
İllər öncə Psixologiya Elmi Tədqiqat İnstitutunda açılan CBT məktəbinin başına gətirilərkən anlayırdım ki, bu iş insanlarla çox sıx və keyfiyyətli əlaqələr yaratmaq tələb edir. Hər nə qədər bu mənim üçün komfort olmasa da bunu layiqincə yerinə yetirdiyimə inanıram ki, birlikdə çalışdığımız 200+ insanla çox yaxşı münasibətimiz yarandı.
Polşaya gələrkən sosiallaşmaq çox daha önəmli rol oynayırdı. Çünki, mən heç bir tanışımın olmadığı böyük bir ölkədə idim və əgər özümü tənha və bədbəxt hiss etmək istəmirdimsə, sosial bacarıqlarımı sonuna qədər aktivləşdirməli idim. İlk dəfə bir facebook qrupunda gördüyüm piknikə qatıldım. Piknikdə ispan, fransız, alman, italyan və ukraynalı vardı. İlk başda söhbət etmək və onlara qoşulmaq mənim üçün çətin idi. Hətta düşündüm ki, bəlkə bir bəhanə ilə aradan çıxım. Özümü çox diskomfort hiss edirdim. Avropada insanlar bizə nisbətən daha tez bir-biri ilə qaynayıb qarışırlar. Onların səmimiyyət qurma sürətinə yetişmək mənim üçün çətin idi. Amma sonra düşündüm ki, yox, bunu həll etməliyəm. Və nədir mənim güclü tərəfim? Bilirsiniz, elm. Başladım söhbəti necəsə elmə tərəf çəkməyə. Bunun üçün də yediyimiz çipsidən istifadə etdim.
- Bilirsiniz, niyə görə biz çipsini çox sevirik - deyə sözə başladım - çünki içində qlutamat monosodium deyə bir maddə var
Yarım saat sonra sosiallaşmaqda çətinlik çəkən mən söhbətin mərkəzindəki insan olmuşdum.
Növbəti günlərdə də bu şəkildə özümü məcbur edərək burda dost çevrəsi yaratdım və hətta bəlkə də ən çox başqa millətlərdən insanlarla ünsiyyətdə olan insanlardanam.
Bu yaxınlarda da qatıldığım başqa bir picnicdə yenə eyni şeyi yaşadım. Söhbətə necə daxil olacağımı bilmirdim və evə getmək haqqında düşünürdüm. Sonra başqalarının etdiyi söhbətə kiçik şərhlər bildirməyə başladım və bir saat sonra Nigeriyalı həmkarımla "həqiqət nədir" mövzusunda fəlsəfi və qızğın diskussiya etməyə başladım. Görüşün əvvəlində söhbətə necə daxil olacağını bilməyən mən görüşün sonunda öz-özümə bunu düşündüm:
- Deyəsən, çox danışdım.
Amma açığı buna təşviq edildim. Çünki, hər kəs məni sual yağışına tutmuşdu, mən də hamısına cavab verməyə çalışırdım.
Demək istədiyim odur ki, hər hansısa önəmli bir bacarığın sizdə olub-olmaması önəmli deyil. Sizin üçün nəyinsə asan və çətin olması da önəmli deyil. Bir şeyi etmək lazımdırsa, onu edəcəksiniz. Özünüzü və limitlərinizi sınamasanız uğur qazana bilmək ehtimalınız aşağı düşəcək. Ona görə düşünməyin, bəhanə yaratmayın, etməniz lazım olan şeyi sadəcə edin.
Fuad Əsədov
Həyatda hər kəsin ən çox ciddiyə aldığı nələrsə var. Bizim üçün ən önəmli şey eyni zamanda bizim ən böyük qorxumuzdu. Sahibi olduğumuz şeyi itirməkdən qorxanda o şeyə aid oluruq. Düşünün, sizin üçün nədir dünyadakı ən önəmli şey? Ailə, sevgi, azadlıq, pul, sağlamlıq, əyləncə, yoxsa başqa bir şey? Nə haqqında çox düşünürsünüz? Nəyə daha çox yaxınsınız?
Bəzi insanlar yaşadıqları travmatik təcrübələrindən sonra heç nəyə çox önəm verməməyə və heç kimə çox bağlı olmamağa çalışırlar. Bu, bir müdafiə mexanizmidir və doğru deyil. Bu cür yanaşma insanın içindəki bütün işığı söndürər və onu içdən-içə məhv edər.
Ona görə də, bəzi şeylərə şövqlə bağlı olmaq və çox önəmsəmək lazımdır. Amma, eyni zamanda bir şeyə həddindən artıq önəm vermək və ona bağlı olmaq hər zaman neqativ nəticələnər. Ailəyə həddindən çox bağlı olan bir insan ailənin digər üzvləri üçün yorucu olar və özünü individual olaraq inkişaf etdirə bilməz. Sevgiyə həddindən çox bağlı olan insan əttökən drama queen, azadlığa həddindən çox bağlı olan insan avara, sağlamlığa həddindən çox bağlı olan insan obsessiv, əyləncəyə çox bağlı olan insan tüfeyli, pula həddindən artıq önəm verən insan isə xəsis olar.
Hər şey öz zirvəsində özünün əks qütbünə keçir. Yaxşı bir şeyin zirvəsi pisliklə doludu. Cəhənnəmə gedən yol yaxşı niyyət daşları ilə döşənib.
Ona görə də, bir şeyi itirməyin bizə adi olmayacağı qədər ona önəm verməli, itirdiyimiz təqdirdə məhv olmayacağımız qədər də önəm verməməliyik.
Fuad Əsədov
İnsanda mütləq olması lazım olan 13 önəmli bacarıq
1.Şəxsi sərhədlərini qorumaq bacarığı
Səbr. Xüsusilə də istəmədiyi şeylər olanda və ya istədiyi şeylər gecikəndə
Yenilikçi olmaq
Mizah qabiliyyəti.
Yalan danışmaq. Xüsusilə unutmaq lazım deyil ki, bir çox etiket qaydası yalanın üzərində qurulub
Özünü təqdim etmək bacarığı.
Xəyalların arxasınca getmək bacarığı. Unutmaq lazım deyil ki, insan daha çox etdiyi şeylərdən yox, etmədiyi şeylərdən peşman olur.
Sosiallaşmaq. Bu, bəlkə də ən önəmli bacarıqdır
Mühitə adaptasiya olmağı bacarmaq.
Təmkin. Xüsusilə də ekstremal situasiyalarda özünü itirməmək və soyuqqanlı analiz apara bilmək həyat qurtaran bir bacarıqdır
Empatiya. Başqa insanları anlamayan insan həyatını qura bilməz
Qarşılıqsız sevə bilmək.
Qəbuledici olmaq
Fuad Əsədov
Amerikalıların belə bir sözü var.
Qonşuna güvən, amma qapını da bağla.
Yəqin ki, bir çox insanın həyatda buraxdığı səhv budur. İnsanlar iki seçim olduğunu düşünür. Güvənmək və güvənməmək. Ona görə də, bəzi insanlar dostlarına, sevgililərinə, ailələrinə çox güvənir, sonra güvən qırılanda da depressiyaya düşürlər və daha heç kimə güvənməmək qərarına gəlirlər. Əslində, birinə gözübağlı güvənmək də, güvənsiz yaşamaq da yanlışdır.
Heç bir insan pak olmadığı kimi hər kəsin qaranlıq tərəfləri də vardır. Ona görə də, bir insana güvənin, amma heç bir zaman gözlərinizi bağlamayın. Evdə olmayanda, qapını bağlayın.
Fuad Əsədov
Təvazökar olmaq yaxşı bir şeydir. Yəqin ki, hər birimiz bunda həmfikirik. Birincisi, təvazökar olmayıb, özünü "ən yaxşı, ultra zəkalı, çox ağıllı və gözəl" görən insanlarda həmişə bir problem olur. Düşündükləri qədər yaxşı, ağıllı, savadlı və gözəl olmurlar. İkinci də təvazökarlıq doğru bir baxış bucağıdı. Bizim öyünə biləcəyimiz şeylərin demək olar ki, heç biri tamamilə bizdən asılı deyil. Təsadüfən doğru genlərə və mühitə sahib olmuşuq. İnsan xarici görkəmi ilə öyünməz, çünki, bu, onun uğuru deyil. Gözəllikləri ilə hava atan instagram qızlarına salam olsun. İnsan zəkası ilə öyünməz, çünki, zəkalı insan anlayır ki, onun bildiyi şeylərdən çox bilmədiyi şeylər var. Özünə zəkalı deyən cahilləri də beləcə salamlamış olduq. Sözümün canı odur ki, təvazökar olmaq yaxşı və doğru bir şeydir.
Amma bir də var mənim "pataloji təvazökarlıq" dediyim hal. Bəzi insanlar özlərini heç qiymətləndirə bilmirlər. Bütün yaxşı işlərinə " hə, nolsun ki, burda nə var ki" məntiqi ilə yanaşırlar. Bu məntiq sadəcə insanın özünü dəyərsiz görməsinə səbəb olmaz, həm də başqa insanların onu aşağı qiymətləndirməsinə gətirib çıxarar. Sizin yaxşı tərəfləriniz "burda nə var ki?" deyib keçəcəyiniz şeylər deyil. Milyonlarla insan özündə ya da ətrafında bu xüsusiyyətlər olmadığı üçün əzab çəkir. Elə isə təvazökar olun, amma öz dəyərinizi də bilin. Biri sizi tərifləyəndə "əşşi sən də şişirtmə" deməyin. Tərifi alın və təşəkkür edin.
Necə demiş vaxtında Halil İbrahim Kapar, senden bir tane daha yoksa, estafurullah demiyeceksin, eyvallah diyeceksin.
Fuad Əsədov
Özünü inkişaf kitablarının insanları yanlış yönləndirdiyi bir məqam var. Hər zaman güclü görünməyə çalış məsələsi. Hər zaman güclü görünməyə çalışmaq mənasızdır, çünki əgər güclü deyilsinizsə, nə qədər güclü görünməyə çalışsanız da alınmayacaq. Psixoloji gücü və öz dəyər anlayışı zəif olan insanların güclü görünməyə çalışarkən etdikləri şeylərə baxaq.
1. Özlərini dəyərli hiss etməyən insanlar davamlı olaraq söz kəsir və öz uğurları, hisləri və təcrübələri haqqında danışırlar. Çünki, özlərini dəyərli hiss etmək üçün hər zaman diqqət mərkəzində olmağa ehtiyacları var. Bu insanlar kimsə nəsə danışanda belə danışmaq üçün öz sıralarını gözləyirlər sadəcə.
2. Özlərini dəyərli hiss etməyən insanlar status və mövqe cəhətdən özlərindən aşağı gördükləri insanlarla hörmətsizcə, qışqıraraq danışırlar. Amma özlərindən yuxarı gördükləri insanlara hədsiz dərəcədə hörmət göstərirlər. Çox sevdiyim bir söz var. Bir insanın səviyyəsi restoranda ofisianta necə davranması ilə ölçülər.
3. Özlərini dəyərli hiss etməyən insanlar tam bir səhv tutma maşınıdırlar. Hər kəsdə səhv görür, hər kəsi və hər şeyi tənqid edərlər. İnsanların işi, seçimləri, həyat tərzləri, görünüşləri onlar üçün tənqid edib, öz üstünlüklərini göstərə biləcəkləri sahələrdir. Bir də bu cümləni çox istifadə edirlər. "Kaş ki, əvvəlcə mənlə məsləhət edərdin".
Əgər yuxarıdakı bu üç davranışı edirsinizsə, əmin ola bilərsiniz ki, insanlar sizin zəif və problemli insan olduğunuzu düşünürlər. Ona görə də, əsla güclü görünməyə çalışmayın. Güclü olun. Üstün görünməyə çalışmayın. Özünüzü həqiqətən sevin. Sakit olun, təmkinli davranın, insanları sevin və yeniliklərə qəlbən açıq olun.
Fuad Əsədov
İnsanın inkişaf edə bilməsi və həyatını qura bilməsi üçün iki bacarığa ehtiyacı vardır.
Həyatda hər zaman işlər yaxşı getməz. Bəzən isə işlərin yaxşı getməsi üçün sizin bəzi həzlərdən vaz keçib, əziyyətə razı olmanız lazımdır. Deyək ki, iki seçiminiz var. Dostlarla əylənmək və imtahana hazırlaşmaq. Biri sizə həzz verir, digəri isə əziyyət. Siz əgər bu məqamda həzzi ertələyib, əziyyətə razı olmasanız bu sizin gələcəyinizə mənfi təsir göstərəcək. Ona görə də, hər zaman bu iki qabiliyyəti inkişaf etdirməyə çalışın. Necə?
Sadə praktikalarla başlaya bilərsiniz. Hər gün heç olmasa sizə həzz verəcək bir şeyi etməkdən çəkinin. Səbəb olsa da, olmasa da. Sadəcə məşq üçün bunu edin. Məsələn, bu gün yol gedərkən qulaqcıq istifadə etməyin və icazə verin ki, yolda sıxılasınız. Sabah gün boyu əyləncəli bir şey etməyin. O biri gün instagram reelslərinə, tik-toka ya da youtube shortslarına baxmayın. Hər gün bu cür kiçik praktikalar etmək sizin əziyyətə dözmək və həzzi ertələmək bacarığınızı inkişaf etdirəcək. Və günü gələndə artıq hazır olacaqsınız.
Fuad Əsədov
Deməli, keçən dəfə bir kitab almaq üçün adi bir kitab mağazasına getmişəm. Kitabı mənə satmaq üçün məndən psixologiya üzrə master diplomu tələb etdilər. Baxın, bakalavr da yox, master diplomu. Mən də təbii olaraq, master diplomumu üstümdə gəzdirmədiyim üçün o anda göstərə bilmədim və onları inandırmağa çalışdım ki, mən həqiqətən klinik psixoloqam. Amma Nuh dedilər, peyğəmbər demədilər. Psixoloq olmayan bir adama bu kitabı satmaq etik deyil dedilər, çünki, kitab terapiya aparmaqla bağlı idi. Əgər psixoloq olmayan insan bu kitabı alırsa, sonradan nələrsə öyrənib, "psixoloqam" deyə insanları aldada bilər. Nəysə, o dükandan çıxıb başqalarına da getdim. Hamısında eyni mənzərə. Bir də evə gedib, diplomumu aparmaq məcburiyyətində qaldım. Çünki, puluyla deyil, adi kitab satıcısı belə psixoloq etikasına və peşə əxlaqına riayət edir.
Yadıma Psixologiya Elmi Tədqiqat İnstitutunda təşkil etdiyimiz CBT dərsləri düşdü. Psixoloq olmayan insanları bu kursa almadığımız üçün neçə insan inciyirdi. Sadəcə, doğruları etdiyimiz üçün Azərbaycanda insanlar inciyir. Ona görə də, Azərbaycanda psixologiya aləmində olanların bir çoxunun diplomu, ondan da çox insanın master təhsili, ondan çox insanın terapiya sertifikasiyası yoxdur, ondan da çoxu superviziya almayıb. Məhz, bu səbəbdən dolayı insanlar bir çox hallarda psixoloqlardan narazı qalır, hətta onları ciddiyə almır.
Bir cəmiyyətdə isə keyfiyyət və etika adi satıcının bu dəyərləri qoruması əsasında formalaşır. Mədəniyyət hər zaman aşağıdan başlayır. Keyfiyyət fərdin düşüncə tərzinə əsasən formalaşır. " Əşi, mənim nə işimə qalıb" düşüncəsinin olduğu yerdə isə keyfiyyət də olmaz, mədəniyyət də
Fuad Əsədov
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago