İctimai TV

Description
İctimai TV-nin rəsmi teleqram kanalı ölkədə və dünyada baş verən aktual, ictimai-siyasi əhəmiyyətli xəbərləri və şərhləri operativ və tərəfsiz olaraq sizlərə çatdırır!

Email: info@itv.az
Advertising
We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 2 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 19 hours ago

1 month ago

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, yaralılardan 3-nün vəziyyəti ağırdır.

1 month ago

Belarus müharibəyə hazırlaşır.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Heç kimə inanmayın ki, biz vuruşmaq istəyirik. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bunu mən fikirləşməmişəm. Bu, çox düzgün deyilib”, - deyə Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı qeyd edib.

Belarus prezidentinin sözlərinə görə, respublikada müvafiq bölmələrin lazımlı hazırlığı aparılır, qoşunlara müxtəlif növ silah və texnika verilir.

1 month ago

‼️‼️“Avroviziya-2024”mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fahree və İlkin Dövlətovun ifa etdiyi “Özünlə apar” mahnısının səhnə quruluşçusu ukraynalı Evgeni Timoxin olacaq.
İctimaiyyətə və incəsənət aləmində daha çox Timó kimi tanınan Evgeni Timoxin 2004-cü ildən rejissor, səhnə quruluşçusu və klipmeyker kimi fəaliyyət göstərir. 2006-cı ildə onun musiqi klipi Eurovideo Grand Prix müsabiqəsində 1-ci yerə layiq görülüb. 2011-ci ildə onun “LOVE” musiqili videosu 24 saatdan az müddətdə bir milyondan çox baxış yığıb ki, bu da keçmiş SSRİ ölkələri arasında ilk belə göstəricidir. Timó bir sıra beynəlxalq layihə və müsabiqələrdə iştirak edib, onun yaratdığı səhnə və kliplər Beyonce, Lady Gaga, Madonna kimi tanınmış ifaçıların prodüsser və xoreoqrafları tərəfindən yüksək dəyərləndirilib.
Evgeni Timoxin Azərbaycanda ilk dəfə İctimai Televiziyada yayımlanan və böyük marağa səbəb olan “Maska" şousunun musiqili səhnələrinin quruluşçu rejissoru olub.
Beləliklə, “Avroviziya-2024” müsabiqəsində Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov Timó-nun qurduğu səhnə ilə bu ilin 7 may tarixində İsveçin Malmö şəhərində çıxış edəcəklər.

3 months ago

🇷🇺 Rusiya məktəblərində növbəti tədris ilindən etibarən PUA texnologiyasından dərs keçiləcək.

Bu barədə zəruri bilgilər şagirdlərə "əmək" dərsində tədris olunacaq.

3 months ago

‼️‼️‼️BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır.

3 months ago

Mərkəzi bankın valyuta ehtiyatları ötən ilin yanvarı ilə müqayisədə 28,4% artıb.

2024-cü ilin yanvarında ehtiyatların həcmi 11 milyard 637 milyon dollara çatıb.

Eyni zamanda, dekabrdan ehtiyatlar 0,2% (24 milyon dollar) artıb.

3 months, 1 week ago

🛢Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 86.60 ABŞ dollarına yüksəlib.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

3 months, 1 week ago

❗️ Bakıda avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb.

🚫 “Mercedes” markalı avtomobilin 2500 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.

3 months, 1 week ago

‼️‼️🇦🇿🇦🇿🇦🇿Qarşıdakı üç ildə Qarabağa və Şərqi Zəngəzura 100 mindən çox insan qayıdacaq, məcburi köçkünlərin qaytarılması dövlət proqramı çərçivəsində həyata keçirilir.

Bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.

3 months, 2 weeks ago

🏢 Bu il Şuşada "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq.

Ülvi Mehdiyev: "Gələcək illərdə Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərəcək".

We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 2 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 19 hours ago