✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
"JF-17C (Block-III) təyyarələri Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə sentyabrın 25-də JF-17C (Block-III) təyyarələri təqdim olunub.
Tofiq Zülfüqarov: Ermənistanın Azərbaycana torpaq kompensasiyası gündəmə gələ bilər
“Azərbaycan və Ermənistan arasında hazırda sülhlə bağlı çərçivə prinsiplər sazişi ilə əlaqədar danışıqlar aparır”.
Bunu APA-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Tofiq Zülfüqarov deyib ki, daha sonra konkret mövzularda danışıqlar davam etdiriləcək: “Çünki məlumdur ki, delimitasiya və demarkasiya prosesinin yekun mərhələsində sərhəd, kommunikasiya mövzusu tam şəkildə həllini tapa bilər. Bunun ardınca isə humanitar məsələlər aktual mövzuya çevrilir. Humanitar mövzuda müxtəlif məsələlər öz həllini tapmalıdır. Bunlardan birincisi siyasi məsuliyyətdir. Yəni münaqişə baş verib və burada siyasi məsuliyyəti kim daşıyır, bu, mütləq çərçivə sazişdə əksini tapmalıdır. Ona görə ki, Ermənistan dövlət olaraq Azərbaycana qarşı rəsmən ərazi iddiaları irəli sürüb, torpaqlarımızı işğal edib, ərazimizdə etnik təmizləmə aparılıb, dağıntılara yol verilib, dövlətimizə, insanlarımıza ziyan dəyib. Danışıqlar yoluyla Ermənistan dövlət olaraq öz məsuliyyətini qəbul edərək Azərbaycana təzminat verə bilər. Məsələn, Almaniya faşizmə görə məsuliyyəti üzərinə götürüb, dövlət olaraq müxtəlif dövlətlərə, insanlara təzminat ödəyib. Təzminat ödənişi prosesi yaxın vaxtlara qədər davam edib”.
Sabiq xarici işlər naziri qeyd edib ki, əgər Ermənistan danışıqlar yoluyla təzminat ödəməyi qəbul etməsə, Azərbaycan dövlət olaraq Ermənistanı beynəlxalq məhkəməyə verə bilər: “Eyni zamanda Azərbaycan vətəndaşlarının da hüquqları var ki, işğal nəticəsində onlara dəymiş ziyanlarla bağlı müxtəlif məhkəmə instansiyalarına müraciət etsinlər. Beləliklə də, bunu sübut edərək Ermənistan dövlətindən dəymiş ziyanın ödənilməsini tələb etsinlər”.
Bəs Ermənistanın təzminatı ərazi kompensasiyası formasında ola bilərmi?
Tofiq Zülfüqarov nəzərə çatdırıb ki, əgər birbaşa danışıqlar olarsa, ərazi kompensasiyası da daxil olmaqla, müxtəlif qərarlar qəbul oluna bilər: “Təzminat məsələsi beynəlxalq məhkəmələr vasitəsi ilə həllini tapacaqsa, digər variantlar mümkün olmayacaq. Yəni beynəlxalq məhkəmələr yalnız hansısa məbləğdə təzminatla bağlı qərar qəbul edə bilər. Əgər təzminat məbləğinin ödənişi mümkün olmayacaqsa, ikinci mərhələdə Ermənistan müxtəlif variantları təklif edə bilər. Başqa sözlə, Ermənistan görsə ki, tələb olunan təzminat məbləği böyükdür, danışıqlar vasitəsi ilə torpaq kompensasiyası gündəmə gələ bilər. Beynəlxalq təcrübədə ərazi məsələsi ilə əlaqədar danışıqlar olub. Məsələn, Uzaq Şərqdə dənizə çıxış əldə etmək istəyən Çin SSRİ-yə hansısa torpaqları dəyişmək təklifi verirdi. Yəni beynəlxalq təcrübədə belə hallar var. Amma öncə bu mövzu gündəmə gətirilməlidir”.
??İsrail müdafiə naziri müharibənin yeni mərhələsinin başlandığını və hərbi səylərin ağırlıq mərkəzinin şimal cəbhəsinə keçdiyini bildirib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni 124 səslə qəbul edib.
Sənədin lehinə 12 ölkə çıxıb, 43-ü isə bitərəf qalıb.
Qətnamədə həmçinin ölkələr İsrailin yaşayış məntəqələrindən idxal olunan məhsullara qadağa qoyulmasına çağırılıb.
Bu, Fələstin tərəfinin BMT-də bir sıra hüquqlara yiyələndikdən sonra təqdim etdiyi ilk ali sənəddir.
???? Rəsmi Bakı Fransanın Azərbaycanda Fransa vətəndaşının həbsi ilə bağlı bəyanatına cavab verib
"Dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşı və digər şəxslərə qarşı verilən hökm məhkəmənin səlahiyyətindədir və bu qərarı sual altına almağa Fransa tərəfinin ixtiyarı yoxdur", – qeyd edilib.
Vurğulanıb ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.
Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı, deyə Azərbaycan XİN diqqətə çatdırıb.
??????Biz ABŞ-nin İran, Rusiya və Çinə qarşı səylərinin qarşısını almalıyıq - BRICS toplantısında Çinin xarici işlər naziri
“Pekin və Tehranın ümumi çağırışları və təhdidləri var və buna görə də onlar bir-biri ilə əməkdaşlıq etməlidirlər. Biz ABŞ-nin İran, Rusiya və Çinə qarşı səylərinin qarşısını almalıyıq”.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Formula 1 Azərbaycan Qran-Prisi yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.
???? Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı başlayıb.
Dövlət başçımız İtaliyada səfərdədir.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago