_rafidhi_

Description
We recommend to visit

كل شيئ يخص مسلسل بلاحدود موجود ههنا .

المالك ولمُلك لله : @rrFrFFFF

Last updated 1 year, 5 months ago

Gündəlik Bürclər ?
Xarakter analizi ?️
Yüksələn, ay bürcü ⬆️ ?
Psixaloji Testlər
Gülməli bürc paylaşımları ?

Digər kanallar : @cako_chanels

Sahib : Cako ♣️

Last updated 4 months, 1 week ago

https://t.me/+n1yW4c29UOsxZTcy
(темы , стикеры из тт тут ☝🏻)

Last updated 1 year, 2 months ago

2 months ago
_rafidhi_
2 months, 1 week ago

‎Rafidhi tərəfindən sənəd

2 months, 3 weeks ago

Əhli-sünnə mənbələrinə əsasən Əmirəlmöminin Əli (ə) Peyğəmbərin (s) vəsisi və varisidir

📜 Rəvayət:

Büreydə ibn Husayb deyir: Allah Rəsulu (s) buyurdu:
"Hər peyğəmbərin bir vəsisi və varisi vardır. Şübhəsiz ki, Əli (ə) mənim vəsim və varisimdir."

📗 Mənbə: İbn Əsakir "Tarixu-mədinəti-Dəməşq", c. 42, səh. 392 çap: Darul-Fikir.

🔍 Rəvayətin sənədinin araşdırılması

📌 1. Qasım ibn Səmərqəndi
"Şeyx, imam, mühəddis və faydalı bir alim idi..."
İbn Əsakir onun haqqında deyir: "O, etibarlı, çox rəvayət edən və üsul sahibi idi."
📓 Siyər Əlamu-n-Nübəla, c. 20, s. 30

📌 2. Əbu Hüseyn ibn Nəqur
"Şeyx, cəlil şəxsiyyət, doğru danışan... Doğru eşidən və rəvayətdə ehtiyatlı idi."
Xətib Bağdadi: "O, sadiq idi."
İbn Xeyrun: "Etibarlıdır."
📓 Siyər Əlamu-n-Nübəla, c. 18, s. 372-373

📌 3. Əbu Qasım İsa ibn Əli
"Eşitdikləri möhkəm və kitabı səhih idi."
📓 Tarixu Bağdad, c. 11, s. 179

📌 4. Əbu Qasım Bağəvi
"Hafiz, sadiq... Darqutni, Xətib Bağdadi və başqaları onu etibarlı hesab ediblər."
Xətib Bağdadi: "O, etibarlı, möhkəm, çox rəvayət edən, fəhimli və bilikli idi."
📓 Mizanul-İtidal, c. 2, s. 492-493

📌 5. Məhəmməd ibn Humeyd Razi
Darqutnidən soruşdular, o dedi: "Barəsində fikir ayrılığı var."
📓 Məvsuat Əqval Darqutni fi Ricalil-Hədis, c. 2, s. 569
Lakin əlbani onu etibarlı sayıb: "Məhəmməd ibn Humeyd Razi siqədir (etibarlıdır)."
📓 Silsilətul-Əhadisil-Sahiha, c. 3, s. 225

📌 6. Əli ibn Mücahid
"Mənim yanımda siqədir (etibarlıdır)..."
İbn Hibban onu siqələr siyahısına daxil edib.
📓 Təhzibut-Təhzib, c. 7, s. 378, №612

📌 7. Məhəmməd ibn İshaq
"İbn İshaq əksər alimlərin nəzərində böyüklərdən və etibarlılardandır."
📓 Ümdətul-Qari, Aynî, c. 7, s. 270

📌 8. Şərik ibn Abdullah
"Şərik həsən (yaxşı) hədis rəvayət edən, imam, fəqih və mühəddis idi..."
Buxari və Müslim ondan rəvayət edib. Yahya ibn Main onu siqə (etibarlı) sayıb.
📓 Tazkirətul-Huffaz, Zəhəbi, c. 1, s. 170

📌 9. Əbu Rabiə Əyadi
Yəhya ibn Maindən soruşdular, o dedi: "Kufəlidir, siqədir (etibarlıdır)."
📓 Əl-Cərh vət-Tadil, İbn Əbi Hatəm, c. 6, s. 109

📌 10. Abdullah ibn Büreydə
"Tabiinlərin siqələrindəndir. Əbu Hatəm və digər alimlər onu etibarlı sayıb."
📓 Mizanul-İtidal, c. 2, s. 396

📌 11. Büreydə ibn Husayb
"O, böyük səhabələrdən idi. Bədr döyüşündən əvvəl müsəlman oldu, lakin döyüşə qatılmadı. Xeybər, Məkkənin fəthi və digər mühüm döyüşlərdə iştirak etdi."
📓 Əl-Əlam, Zirikli, c. 2, s. 50

📌 Nəticə:
Bu rəvayət Əhli-sünnə mənbələrində mötəbər ravilər silsiləsi ilə nəql olunmuşdur və Əmirəlmöminin Əlinin (ə) Allah Rəsulunun (s) vəsisi və varisi olduğunu açıq şəkildə sübut edir.

https://t.me/rafihdi

3 months, 3 weeks ago
Əmirəl - möminin Əli (ə) digər …

Əmirəl - möminin Əli (ə) digər insanlardan üstün edən yeddi xüsusiyyət

? Hafiz Əbu Nəim, əhli-sünnənin böyük alim və mühəddisi, bu rəvayəti nəql etmişdir:

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ أَحْمَدَ بْنِ أَبِي حُصَيْنٍ، ثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الْحَضْرَمِيُّ، ثَنَا خَلَفُ بْنُ خَالِدٍ الْعَبْدِيُّ الْبَصْرِيُّ، ثَنَا بِشْرُ بْنُ إِبْرَاهِيمَ الْأَنْصَارِيُّ، عَنْ ثَوْرِ بْنِ يَزِيدَ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ،
✳️ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: " يَا عَلِيُّ أَخْصِمُكَ بِالنُّبُوَّةِ، وَلَا نُبُوَّةَ بَعْدِي، وَتَخْصِمُ النَّاسَ بِسَبْعٍ وَلَا يُحَاجُّكَ فِيهَا أَحَدٌ مِنْ قُرَيْشٍ: أَنْتَ أَوَّلُهُمْ إِيمَانًا بِاللهِ، وَأَوْفَاهُمْ بِعَهْدِ اللهِ، وَأَقْوَمُهُمْ بِأَمْرِ اللهِ، وَأَقْسَمُهُمْ بِالسَّوِيَّةِ، وَأَعْدَلُهُمْ فِي الرَّعِيَّةِ، وَأَبْصَرُهُمْ بِالْقَضِيَّةِ وَأَعْظَمُهُمْ عِنْدَ اللهِ مَزِيَّةً

İbrahim ibn Əhməd ibn Əbu Hüseynin, Məhəmməd ibn Abdullah əl-Həzrəmidən, Xələf ibn Xalid əl-Abdi əl-Bəsridən, Bəşr ibn İbrahim əl-Ənsaridən, Səvr ibn Yeziddən, Xalid ibn Mədən vasitəsilə Muaz ibn Cəbəldən nəql etdiyi rəvayət:

? Peyğəmbər (s) buyurdu:
"Ey Əli! Mən peyğəmbərlik məqamına görə səndən üstünəm və məndən sonra peyğəmbərlik yoxdur. Sən isə yeddi xüsusiyyətdə insanlardan üstünsən və Qüreyşdən heç kim bu məsələlərdə səninlə yarışa bilməz:
Allahı ilk təsdiq edən sən oldun; Allah ilə əhd-peymanında ən vəfalı sənsən;Allahın əmrlərinə ən sadiq riayət edən sənsən; Mal-dövləti ən ədalətli bölən sənsən; İnsanlar arasında ən ədalətli hökm verən sənsən; Hökm çıxarmaqda ən bilikli sənsən; Allahın yanında ən üstün dərəcəyə sahib olan sənsən."

? Mənbə: Əhli xilaf (sünni) Mənbəsi: Nəim İsfahani, Hilyətul-Övliya, Əbu cild 1, səhifə 65-66 çap: Darul-Kutubil-elmiyyə.

? Kitabın skanı:
http://bit.ly/2AfO4RO

3 months, 3 weeks ago
_rafidhi_
4 months, 4 weeks ago

Zəhəbi və Şüeyb əl-Arnavutun etirafı
Zəhəbi, Həzrət Möhsin (ə) adını Həzrət Fatimə (s.ə) övladları arasında qeyd etmişdir. O, Həzrət Fatimənin tərcümeyi-halında belə yazır:
"Fatimə binti Rəsulullah (s), öz dövründə aləmlərin qadınlarının ən xeyirlisi, nübüvvət (peyğəmbərlik) nəslindən olan və seçilmiş məqam sahibi bir şəxsiyyət idi. Atasının anası (yəni atasının sevimlisi), aləmlərin ağası Rəsulullahın (s) qızı... Onun doğumu nübüvvətdən bir az əvvəl baş verib. Əli ibn Əbu Talib (ə) ilə zilqədə ayında və ya ondan az əvvəl, Bədr döyüşündən iki il sonra evlənmişdir. İbn Əbdulbir deyir ki, onlar Ühüd döyüşündən sonra evlənmişdilər. Həzrət Fatimə Həsən, Hüseyn, Möhsin, Ümmü Gülsüm və Zeynəb adlı övladları dünyaya gətirmişdir."

Əhli xilaf (sünni) mənbəsi Zəhəbi, "Siyəru-əlamin-nubəla", təhqiq: Şüeyb Əl-Ərnəut, cild: 2, səh. 423. Naşir: Müəssəsətur-risalə.

❗️Zəhəbi yalnız "Möhsin" (ə)ın doğumunu etiraf edir, lakin onun haqqında heç nə demir. Eləcə də kitabın tədqiqatçısı olan Şüeyb əl-Arnavutun susqunluğu diqqət çəkir. Şübhəsiz ki, bu şəxslərin məqsədi, öz etiraflarına əsasən, səhabələr arasındakı mübahisələri gizlətməkdir!

6 months, 2 weeks ago
Hz. Zəhra (s.ə.)-nın Allahın Elçisi (s) …

Hz. Zəhra (s.ə.)-nın Allahın Elçisi (s) tərəfindən Əhli-Beytin (ə) fəzilətlərinin və İmam Mehdinin (ə) zühuru xəbərlərinin bəyan edilməsi ilə təsəlli tapması
Təbərani, İbn Əsakir Dəməşqi, Cüveyni və Əbu əl-Alə əl-Həmədani kimi Əhli-Sünnənin böyük alimləri belə nəql etmişlər:

Əli ibn Əli Həlali atasından rəvayət edir ki, dedi: “Peyğəmbərin (s) xəstəliyi zamanı onun yanına getdim, gördüm ki, Fatimə (s.ə.) atasının başı üstündə oturub göz yaşı axıdır. Göz yaşları ucalanda Peyğəmbər (s) başını qaldırdı və buyurdu: "Fatimə can, niyə ağlayırsan?" O dedi: "Sizdən sonra bizim hörmətimizin əldən getməsindən qorxuram." Peyğəmbər (s) buyurdu: "Əzizim, bilmirsən ki, Allah yer üzünə nəzər saldı və atanı onların arasından seçdi, sonra da ərini seçdi və mənə vəhy etdi ki, səni ona ərə verim? Qızım! Biz Əhli-Beytik ki, Allah-Təala bizə yeddi fəzilət bəxş edib, nə bizdən əvvəl, nə də bizdən sonra heç kimə bu fəzilətləri verməyib. O fəzilətlər bunlardır: Mən Allah yanında peyğəmbərlərin sonuncusu və onların ən yaxşısı və Allahın ən sevimli bəndəsiyəm və bu üstünlüklərlə sənin atanam. Məndən sonra ən yaxşı canişin olan şəxs Allah yanında peyğəmbərlərin canişinlərinin ən yaxşısı və ən sevimlisidir, o da sənin ərindir. Şəhidlərimiz Allah yanında ən yaxşı şəhidlərdir və onların ən sevimlisidir ki, o da Həmzə ibn Əbdülmüttəlibdir (ə), o həm atanın, həm də ərinin əmisi idi. Cəfər ibn Əbu Talib (ə), ki iki qanadı ilə cənnətdə mələklərlə birgə uçur, atanla sənin ərinin əmisi oğludur. Bu ümmətin iki rəhbəri olan Həsən və Hüseyn (ə) sənin iki oğlun və cənnət əhlinin iki ağasıdırlar. And olsun Allaha ki, onların atası onlardan daha üstündür. Ey Fatimə! Məni haqq ilə göndərən Allaha and olsun ki, bu ümmətin Mehdisi də onlardandır. Dünya qarışıqlıq və fəsad içində olduqda, yollar bağlandıqda, insanlar bir-birinin malını qəsb etdikdə, böyük-kiçiyə, kiçik-böyüyə hörmət etmədikdə, Allah bir kəsi göndərəcək ki, azğınlığın qalalarını və qapalı qəlbləri açacaq, mənim əvvəllərdə etdiyim kimi dinin əsaslarını möhkəmləndirəcək və yer üzünü ədalətlə dolduracaq, necə ki, zülm və haqsızlıqla dolmuşdur. Ey Fatimə, qəmgin olma və ağlama! Çünki Allah sənə məndən daha şəfqətli və mehribandır. Bu, sənin məndəki məqamın və mənim qəlbimdəki yerin səbəbiylədir. Allah səni elə bir insana ərə verdi ki, o, soy və məqam baxımından ailəsinin ən şərəflisi, insanlar arasında ən mərhəmətlisi, ədalətdə ən bərabərliyi gözləyəni və ən aydın mühakimə yürüdənidir. Mən Rəbbimdən istəmişəm ki, Əhli-Beytimdən ilk olaraq mənə qovuşan sən olasan. Bil ki, sən mənim can parəmsən və kim səni incidərsə, məni incitmiş olar.”
ravi davam edir: Əli (ə) buyurdu: “Allahın Rəsulu (s) dünyadan köçdükdən sonra Həzrət Fatimə (s.ə.) 75 gün daha yaşadı və sonra Allah onu atasına qovuşdurdu.

Əhli-sünnə mənbəsi: İbn Əsakir "Tarixu-mədinəti-Dəməşq", c. 42, səh. 130-131, çap: Darul-Fikir.

? Kitabın scanı:
? https://u.to/8pMAGg

Əxbar əl-Həsən ibn Əli ibn Əbu Talib (ə.s.), müəllif: Tabərani, səhifə 92-94, çap Dar əl-Orvad

? Kitabın scanı:
? https://u.to/sJMAGg

Fəraid əs-Simtayn, müəllif: Cuveyni, cild 2, səhifə 84-86, hədis 403, çap: Dar əl-Həbib

? Kitabın scanı:
? https://u.to/RpQAGg

Fəzail əs-Səqləyn, müəllif: Şihab əd-Din Əhməd İci, səhifə 485, hədis 1345,Çap: Dərasat əl-İlmiya.

? Kitabın scanı:
? https://u.to/apUAGg

Zəxair əl-Uqba, müəllif: Mühəbbədin Təbəri, səhifə 235, Çap: Darul-kutubil-elmiyyə.

? Kitabın scanı:
? https://u.to/r5UAGg

https://t.me/rafihdi

6 months, 2 weeks ago
_rafidhi_
7 months ago

?Əhli-sünnənin böyük alimlərindən olan hakim nişaburi öz kitabında yazır:

متن_عربی : عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ [...]، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: لَمَّا اقْتَرَفَ آدَمُ الْخَطِيئَةَ قَالَ: يَا رَبِّ أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ لَمَا غَفَرْتَ لِي، فَقَالَ اللَّهُ: يَا آدَمُ، وَكَيْفَ عَرَفْتَ مُحَمَّدًا وَلَمْ أَخْلُقْهُ؟ قَالَ: يَا رَبِّ، لِأَنَّكَ لَمَّا خَلَقْتَنِي بِيَدِكَ وَنَفَخْتَ فِيَّ مِنْ رُوحِكَ رَفَعْتُ رَأْسِي فَرَأَيْتُ عَلَىَ قَوَائِمِ الْعَرْشِ مَكْتُوبًا لَا إِلَهَ إِلَّا اللَّهُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ فَعَلِمْتُ أَنَّكَ لَمْ تُضِفْ إِلَى اسْمِكَ إِلَّا أَحَبَّ الْخَلْقِ إِلَيْكَ، فَقَالَ اللَّهُ: صَدَقْتَ يَا آدَمُ، إِنَّهُ لَأُحِبُّ الْخَلْقِ إِلَيَّ ادْعُنِي بِحَقِّهِ فَقَدْ غَفَرْتُ لَكَ وَلَوْلَا مُحَمَّدٌ مَا خَلَقْتُكَ.

? Ömər ibn Xəttabdan rəvayət olunur ki, Rəsulullah (səllallahu əleyhi və alihi) buyurmuşdur: Həzrət Adəm (əleyhissəlam) Allahın əmrinə tabe olmayıb səhv etdikdə,
←Dedi: Ey Rəbbim! Səndən Məhəmməd Mustafanın (səllallahu əleyhi və alihi) haqqına mənə bağışlanmağını diləyirəm. ??

Allah Təala buyurdu: Ey Adəm! Məhəmmədi necə tanıdın, halbuki hələ onu yaratmamışdım?
Həzrət Adəm (əleyhissəlam) cavab verdi: Ey Rəbbim! Məni yaratdığın və Öz ruhundan mənə üfürdüyün zaman başımın üstünə baxdım və gördüm ki, ərşin sütunlarında "La ilahə illəllah, Məhəmməd Rəsulullah" yazılmışdır. Mən də bildim ki, Məhəmməd Sənin yanında ən əziz varlıqdır, çünki adını Öz adının yanında qeyd etmisən (və buna görə onu vasitə etdim).
Allah buyurdu: Doğru dedin, ey Adəm! Həqiqətən, Məhəmməd mənim üçün ən sevimli varlıqdır və indi onu vasitə edib məni onun haqqına and verdiyin üçün, səni bağışladım. Ey Adəm! Əgər Məhəmməd olmasaydı, səni yaratmazdım.

Həkim Nişaburi əl-Mustədrək ələs-Səhihəyn,
c. 2, s. 672, h. 4228.Naşir Darul-kutubil-elmiyyə.

Həkim Nişaburi qeyd edib ki, bu rəvayətin sənədi səhihdir. ✓]

Qeyd: Bu rəvayətə görə, möminlər həyatda olmayan və ya hələ dünyaya gəlməmiş saleh insanlara da vasitə edə bilərlər.

https://t.me/rafihdi

We recommend to visit

كل شيئ يخص مسلسل بلاحدود موجود ههنا .

المالك ولمُلك لله : @rrFrFFFF

Last updated 1 year, 5 months ago

Gündəlik Bürclər ?
Xarakter analizi ?️
Yüksələn, ay bürcü ⬆️ ?
Psixaloji Testlər
Gülməli bürc paylaşımları ?

Digər kanallar : @cako_chanels

Sahib : Cako ♣️

Last updated 4 months, 1 week ago

https://t.me/+n1yW4c29UOsxZTcy
(темы , стикеры из тт тут ☝🏻)

Last updated 1 year, 2 months ago