Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

Description
Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.
Sevgisini şeirlərlə ifadə edənlərin kanalı.♡

📌Kanal rəhbəri @semoo_sr_7

📅 𝓓𝓪𝓽𝓪: 13.10.2020
Advertising
We recommend to visit

⚠️Uyarı⚠️

Lütfen dikkat! Bu kanalda hassas içerikler bulunabilir. Eğer bu tür içeriklerden rahatsız oluyorsanız, lütfen kanalımıza istek atmayınız.

İLETİŞİM @hannibasl_lecter



DAVET LİNKİ
https://t.me/+neNIzBJ2Qj00YWRk

Last updated 2 days, 6 hours ago

Bu bazamizda faqat birinchi sinfga oid fayllarni topishingiz mumkin

Last updated 1 week ago

Официальный новостной канал КГУ


🌐: karsu.uz

Last updated 1 month, 3 weeks ago

1 month, 1 week ago

**Qohum da yaxşıdır, dost da yaxşıdır,
Birinci arxanda durandı ata.
Hər acı günündə ağlayar ana,
Həyat yollarını qurandı ata.

Əlimizdən tutub cürət verəndə,
Nəsihət verən də, qeyrət verən də,
Bizə say öyrədib, elm öyrədən də,
Kitablar içində Qurandı ata.

Dünya yola salıb neçə şahını,
İnsanlar almadan ata adını,
Qaraxan, sən yenə sev Allahını,
Peyğəmbər yanında imamdı ata.**

Qaraxan Əkbəroğlu

@seirqoxulum

1 month, 1 week ago

**Anacan,sən bizi böyütmək üçün,
Min bir əziyyətə düçar olmusan.
İndi düşünürəm, bax onun üçün,
Cənnət qapısına açar olmusan.

Gecələr yuxusuz qalmısan ana,
Yorğun gözlərinə qurban olaram.
Canını, canıma qatmısan ana,
Ağrıyan canına qurban olaram.

Ömrünü caladın sən ömrümüzə,
Biz sənə, sənin tək baxa bilmərik.
Anacan, haqqını halal et bizə,
Biz sənin borcundan çıxa bilmərik.**
Elvin Elxanoğlu

@seirqoxulum

1 month, 1 week ago

Gül üçün, bülbüli-şeyda keçir öz canından.
Gül nəyindən keçəcək, bülbüli-şeydaya görə?!

Əliağa Vahid

@seirqoxulum

3 months ago

Storylər boş qalıb?🫠

3 months, 1 week ago

Bu gün kanalın sahibi Səma xanımın doğum günüdür🤍
Təbrik edirəm səni, əzizim. Xoşbəxt, sağlam, sevgi dolu yaşlar keçir. Yaxşı ki, varsan və həmişə var ol. Bundan sonrakı hər yaşın bir-birindən gözəl keçsin.
Həyatında uğur və müvəffəqiyyət arzu edirəm
❤️**

3 months, 1 week ago

**Gedəndə bir" sağ ol" de,
Nə vaxtsa qarşılaşsaq,
Salamlaya biləsən.

Ay yarımçıq qalanım,
Məni tam anladın ki,
Tamamlaya biləsən?@seirqoxulum 🕊**

3 months, 1 week ago

Buraxılış tipli sınaqları işləmək üçün sinifinizi seçin:

3 months, 2 weeks ago

**Yoxluğun çətindir mənə əzizim.
Bəlkə qayıdasan, düşün dərindən?!
Bir məktub yazıram sənə əzizim,
Ayrılıq gününün ilk səhərindən...

Bu evdə hələ də var ayaq izin.
Otaqdan-otağa aparır məni.
Darağda saçların, güzgüdə üzün,
Mən necə bir yerə toplayım səni?

Gözüm boş yatağa sataşdı birdən,
Fərqinə varmadım mən, daha yoxsan.
Adını çağırdım özüm bilmədən,
Yadıma düşdü ki, sən daha yoxsan...

Gözüm bir nöqtəyə baxır anba-an.
Diqqət et gör hardan-hara gəlmisən?
Ən uzun cümləyə sıgmayan adam,
Kiçik bir nöqtəyə sığa bilmisən...

..Nə isə, deyəsən gec olub saat,
Növbəti səhərin qoxusu gəlir,
Ayıbdır, məktubu oxu sən də yat,
Sevdiyin insanın yuxusu gəlir..**
Xəzər Süleymanlı

@seirqoxulum 🕊

3 months, 2 weeks ago

**Səni məndən soruşsalar nə deyim?
Onunla dost idik, deye bilmərəm.
Səni məndən soruşsalar nə deyim?
Sadəcə gəzirdik? deyə bilmərəm...

Səni məndən soruşsalar nə deyim?
O mənim hər şeyim söyləsəm əgər,
Hər şeyin olacaq bir insan bu gün,
Yanınıda olmalı deyilmi məgər.

Səni məndən soruşsalar nə deyim?
Mən onu sevirdim, o bir özgəni...
Yox artıq bu qədər məncə cox oldu,
Hər kəs qınamazmı o zaman məni...

Səni məndən soruşsalar nə deyim?
Hiss etmir o hələ uşaqdır deyim?
Yoxsa uşaq kimi xəyallarımda,
Necə həyatımda qonaqdır deyim.

Səni məndən soruşsalar deyəcəm,
Bütün yaşananlar yaşandı bitdi.
Desələr nə qaldı bəs ondan sənə
Deyəcəm, sevməyi öyrətdi, getdi..**
Xəyal Xəzri

@seirqoxulum 🕊

3 months, 3 weeks ago

**İnsan
bütün yerləri qəbrə uduzur
vətən bütün yerləri şəhidə...

Şəhriyar Del Gerani@seirqoxulum Allah bütün şəhidlərimizə rəhmət etsin🙏🏻**

We recommend to visit

⚠️Uyarı⚠️

Lütfen dikkat! Bu kanalda hassas içerikler bulunabilir. Eğer bu tür içeriklerden rahatsız oluyorsanız, lütfen kanalımıza istek atmayınız.

İLETİŞİM @hannibasl_lecter



DAVET LİNKİ
https://t.me/+neNIzBJ2Qj00YWRk

Last updated 2 days, 6 hours ago

Bu bazamizda faqat birinchi sinfga oid fayllarni topishingiz mumkin

Last updated 1 week ago

Официальный новостной канал КГУ


🌐: karsu.uz

Last updated 1 month, 3 weeks ago