✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
✨🚆 ADY 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə ucqar kəndlərə kitabların daşınmasına dəstək verib.
📚🌟Bakı-Balakən qatarı ilə səfər edən “Kitablarla İnkişaf Edək” komandası 14 fevralda Balakənin Qazma kəndində məktəblilərlə görüşüb, onlara yeni kitablar hədiyyə edib. Layihə iştirakçıları 15 fevralda isə Qax rayonunun Qaratala kəndində məktəblilərlə görüşəcək.
📖🔆 İşıqlı gələcək üçün birlikdə çalışırıq!
✅ ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 15 və 16 fevral tarixlərində əlavə qatar reysləri təyin edir.
🚆 Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.
🌐📞📱 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
🇦🇿 Prezident İlham Əliyev ötən ay Davosda Çinin CGTN telekanalına müsahibəsində Orta Dəhliz və onun inkişafı ilə bağlı Azərbaycanın planları barədə danışıb.
“Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. ...Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək”, - deyə ölkə başçısı bildirib.
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanın hədəfi ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı:
“Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk”.
?? Sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır.
? Bu il ərzində ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 42 dəfə toqquşub. Nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatına risk yaradır.
ℹ️ Qeyd edək ki, bəzi heyvan sahibləri mal-qaranı dəmir yolundan keçirmək üçün hasarları sökür və bu da təhlükəsizliyə ciddi təhlükə yaradır. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq cərimələnirlər.
?️ ADY isə öz növbəsində bu cür hadisələri önləmək üçün sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafını hasarlayır.
?? Dəmiryol hasarlarına müdaxilə etməməklə təhlükəsizlik üçün həmrəy olaq.
?️ Yola daş olma, yoldaş ol!
? Bu il ADY-nin sərnişin və yük qatarlarına hərəkətdə olarkən 45 dəfə daş atılıb.
? Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir.
? ADY ötən ilin rekordunu təzələdi!
✅ Bu ilin yanvar-noyabr aylarında ADY-nin qatarları ilə 7,6 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur.
⬆️ Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında müvafiq olaraq 64% və 33% artım qeydə alınıb.
ℹ️ Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago