✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 3 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 6 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 3 months ago
Qadınlarla gözəl davranın (14)
İmam Tirmizi və digərlərinin rəvayət etdiyi səhih hədisdə Peyğəmbər ﷺ buyurmuşdur:
"Möminlərin əxlaq və iman baxımından ən kamil olanı ən yaxşı əxlaqlı olanıdır və sizin ən xeyirliniz xanımına qarşı xeyirli olanınızdır".
Mənbə: Şeyx Abdullah əl-Buxarinin "Qadınlarla gözəl davranın" adlı dərsi.
Tərcümə etdi: Toğrul Əkbərli.
Qadınlarla gözəl davranın (13)
Peyğəmbər ﷺ bizlər üçün gözəl örnək və nümunədir. O bizləri qadına qarşı yaxşı davranmağa və onunla yaxşı rəftar etməyə rəğbətləndirir. Əgər kişi öz qadınının təbiətini və Allahın onu hansı fitrət üzərində yaratdığını¹ bilərsə, bu zaman onunla bu əsaslar üzərində müamilə edər və onunla olan əxlaqını və davranışını düzəldər.
¹ 12-ci paylaşıma bax.
Mənbə: Şeyx Abdullah əl-Buxarinin "Qadınlarla gözəl davranın" adlı dərsi.
Tərcümə etdi: Toğrul Əkbərli.
❄️Çətinliklər kəffarədir
Hafiz İbn Rəcəb (rahiməhullah) demişdir:
"Şübhəsiz ki, soyuq havada dəstəmazı kamil şəkildə almaq nəfsə ağır gəlir və insana əziyyət verir. Nəfsə əziyyət verən və çətin olan hər bir şey günahlara kəffarədir".
Mənbə: "Məcmu əl-Rasəil", 1/67.
Tərcümə etdi: Toğrul Əkbərli.
Niyə belə etdin? Niyə belə dedin? Axı demişdim ki belə etmə!
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir:
"Çoxlu qınama, çünki qınamaq kin və nifrət yaradır, qınamağı çoxaltmaq isə pis ədəbdəndir."**
Mənbə: "Ravdatul Uqalə", səh. 1/182
Tərcümə etdi: Toğrul Əkbərli.
Sələflərdən bəzisi belə deyərdi:
"Dünyanın ən yaxşı xəzinəsi vəfalı qardaşdır."
Mənbə: أدب الدين و الدنيا ١٦١
Tərcümə etdi: Toğrul Əkbərli.
{ وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ }
O gün (bir çox) üzlər parlayacaq,
{ إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ }
öz Rəbbinə baxacaqdır.
[Qiyamət surəsi : 22, 23]
?Malından Allah yolunda xərcləmək
Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir:
**Bəndələrin sabahladığı elə bir gün yoxdur ki, o gün iki mələk enməsin. O iki mələkdən biri belə söyləyər: "Allahım, xərcləyənə əvəzini ver". Digər mələk isə belə söyləyər: "Allahım, xəsisi (xərcləməyəni) tələf et". (Buxari, 1442 və Muslim, 1010)
İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisin şərhində belə söyləyir:
"Alimlər söyləyirlər ki, xərcləmək - itaətə, yüksək əxlaqa, ailəyə, qonaqlara, müsafirlərə və bu kimi digər işlərə məzəmmət olunmayacaq və israfdan sayılmayacaq şəkildə xərcləmək deməkdir. Məzəmmət olunan - xəsis isə bunlara (əvvəldə sadalananlara) xərcləməyən kəsdir".**
Mənbə: "Minhəcu şərhi sahih Muslim", 7/95.
Tərcümə etdi: Toğrul Əkbərli.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 3 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 6 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 3 months ago