✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago
Trampın seçki kampaniyası əla gedir. O, bir daha sübut etdi ki, yaxşı şoumendir. Lakin massovkadakı aktyorların oyunları çox da xoşuma gəlmədi.
@shirvanov
‼️‼️‼️ Ehtiyatlı olun‼️‼️‼️Azərbaycanda dələduzluğun yeni növü yayılıb.
Fırıldaqçılar vətəndaşların şəhər telefonlarına zəng edərək yaxın qohumunun qəza törətdiyini və ya bir nəfəri vurduğunu və buna görə təcili şəkildə külli miqdarda pul lazım olduğunu bildirirlər.
Onlar "qurban" kimi əsasən uşaqları Rusiyada olan qocaları seçirlər.
Ödənişin kartdan karta və ya kuryer vasitəsilə aparılması istənilir.
@shirvanov
İran prezidenti İbrahim Rəisinin göyərtəsində olduğu vertolyotla bağlı vəziyyəti dəyərləndirməklə bağlı mühakimələrdən, emosiyalardan, hər cür fərziyyələrdən və ən əsası konspiroloji fərziyyələrdən qaçmaq son dərəcə vacibdir. Başa düşürəm ki, bu, çox çətindir, amma yenə də lazımdır.
İndi bir çox fərqli versiyalar irəli sürülür. Bəziləri açıq şəkildə bu hadisə ilə bağlı hayp tutmağa çalışırlar. Müxtəlif xəbər mənbələri (əsasən də İranınkılar) xəbər təqdim etməkdə yarışır ki, sonradan ortaya bu xəbərlərin azı yarısının yalan olduğu çıxır.
Odur ki, səbrlə rəsmi dövlət mənbəsini izləyib təkzibedilməz faktlara inanmaq lazımdır.
@shirvanov
Almaniyanın AŞPA-dakı üzvü Frank Şvabe Azərbaycandakı insan haqları məsələsinə görə tənqidində haqlıdırmı? Təbii ki, haqlıdır. Ancaq həmin o Şvabe İsrailin Qəzzadakı soyqırımını açıq şəkildə dəstəkləyir. İnsan haqları deyəsən ancaq Azərbaycan, Türkiyə və Rusiyaya çatanda SPD üzvlərinin yadına düşür. Bu ağ adamlar üçün Yaxın Şərq insan kateqoriyasına daxil deyil.
Hər yerə xəbər yayıldığı üçün hamı bilir ki, ABŞ-də neçə gündür tornado tüğyan edir. Ölən və yaralananlar var, neçə yaşayış məntəqəsi dağılıb, həyat iflic vəziyyətə düşüb.
Onların həyatında baş verən bədbəxt hadisəyə sevinmək fikrindən uzağam. Allah köməkləri olsun. Qeyd etmək istədiyim xüsus başqadır.
Belə ki, bütün dünyaya propaqanda ilə elə yetiriblər ki, ABŞ ən güclü, ən təminatlı, fövqəldövlətdir. Lakin son 20 ildə orda baş verən dağıdıcı təbii fəlakətləri ABŞ-nin sadəcə dünyanı istismar edən, zülm edən, öz torpaqlarında belə təbii fəlakətin fəsadlarına qarşı mübarizə aparmaq qabiliyyəti olmayan, insanların qayğısına kifayət qədər qala bilməyən, hətta bu fəlakətlərin fəsadlarını, əhalinin bədbəxtliyini fürsət bilib qazanc əldə edən kapitalistlərin diktaturasından başqa bir şey olmadığını üzə çıxarır. Çünki ABŞ-də dağıdıcı təbii fəlakətlər olanda həmişə onun dadına Rusiya çatıb. RF FHN-nin yaratdığı sistemdən pulsuz olaraq yararlanıblar. Rusiya dərhal fəlakət zonasına öz kontingentini göndərir, orada amerikanlar üçün ən yüksək səviyyədə səhra xəstəxanaları, yaşamaq üçün müvəqqəti sığınacaqlar, hətta səhra məktəbləri belə qururdu. Dərman və digər ilkin ehtiyac məhsulları da öz yerində. Doğrudan da RF FHN-də olan bu təminat dünyanın heç bir ölkəsində yoxdur. Yadımdadır ki, Koronavirus pandemiyası başlayan zaman bizim də köməyimizə ilk gələn Rusiya FHN və Səhiyyə nazirliyi oldu. Astarada, İranla sərhəddə epidemioloji rejimi onların maddi-texniki və mütəxəssis yardımı ilə qurduq. RF FHN-i dərhal lazımi çadırları və digər məntəqələri qurdu. Lakin sözümün canı Amerika ilə bağlıdır. Demək istədiyim odur ki, 200 ildən çox tarixi, 100 ildən çox fövqəldövlət statusu olan bir dövlət adət etdiyi təbii fəlakətlərin fəsadlarını aradan qaldırmaq üçün demək olar ki, ciddi cəhd göstərmir. Yalnız hər yer dağıldıqdan sonra işbazlar yeni yaşayış məntəqələri tikib təhvil verir, beləcə külli miqdarda pul qazanırlar. Fəlakət zamanı və ondan dərhal sonra mövcud olan humanitar böhran isə bu kapitalistlərin vecinə də deyil.
Hazırda ABŞ və Rusiya münasibətlərinin az qala açıq, birbaşa müharibə vəziyyətində olduğunu nəzərə alsaq, görəsən Putin yenə də FHN kontingentini ora göndərəcəkmi? Məncə Putin buna gedər. Lakin amerikan isteblişmenti buna gedəcəkmi, onu deyə bilmərəm.
@shirvanov
Bu gün son illərdə yada düşməyən Çernobıl AES-də baş verən qəzanın il dönümüdür. Yadıma gəlir ki, 4-5 il əvvəl bununla bağlı necə ajiotaj vardı. Atom enerjisinə qarşı çıxmaq üçün Qreta Tunberq layihəsi və HBO-nun "Çernobıl" serialı ortaya çıxmışdı. Həmin dövrdə televiziyada dünya liderlərindən çox Qretanı görürdük. Almaniyada AES-lər sökülürdü, yaşıl siyasətçilər bütün ölkələrdə güclənmişdi. Ekoloji təmizlik adı ilə atom enerjisinə qarşı başlanan bu absurd düşmənçiliyə qarşı olduğum üçün bu məqaləni yazmışdım. Hər şey bir anda 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi ilə dəyişdi. Rusiyadan təbii qazdan asılı olan avropalılar 2022-ci ilin iyulunda atom enerjisini "yaşıl enerji" adlandırdılar. AES-lərin sökülməsinin labüdlüyündən danışan Qreta Tunberq də Almaniya hökumətinə müraciət etdi ki, AES-ləri sökməsin. Bu siyasətin 180 dərəcə dəyişməsindən sonra avropalıların yadına daha Çernobıl düşmür. Qreta da daha onlara lazım deyil. Buna görə də kimlərinsə dəstəyi ilə ortaya çıxan bu qıza verilən dəstək dayandırıldı, öz növbəsində də bu onun marjinallaşmağına gətirib çıxardı. Əvvəllər dövlət başçılarının yanında duran Qretanı indi aksiya keçirən zaman polislər tutub saxlayır. Təkcə bu nümunə elə Qərbin siyasi narrativlərinin insanı nə dərəcədə manipulyasiya etdiyinin bariz göstəricisidir. Hər şey maraq üzərində qurulub. Azərbaycandakı jurnalistlərin həbsindən narahat olub İsrailin Qəzzadakı soyqırımına qarşı susduqları kimi.
ABŞ Konqresi Azərbaycan məmurlarına və hərbçilərinə qarşı hazırladığı sanksiya qanun layihəsini qəbul edə bilər. Siyahı aşağıdakı kimidir:
General-leytenant Hikmət İzzət oğlu Mirzəyev, Əlahiddə Ümumqoşun Ordusunun komandanı.
Hərbi Polis İdarəsinin rəisi, polkovnik-leytenant Elgün Əliyev.
Polkovnik Elşən Sanayev, Azərbaycan Hərbi 218-ci Komando Briqadasının komandiri.
General-leytenant Ənvər Əfəndiyev, Azərbaycan Quru Qoşunlarının komandanı.
General-mayor Ceyhun Həsənov, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti.
Əli Nağıyev, Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi.
Samir Nuriyev, Prezident Aparatının rəhbəri.
Fuad Ələsgərov, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi.
Orxan Səmədov, Baş Prokurorluq.
Vüqar Quliyev, Baş Prokurorluq.
Ziya Məsurov, Baş Prokurorluq.
Pərviz Mirhəşimov, Baş Prokurorluq.
Babaxan Həsənəliyev, Baş Prokurorluğun Aparatı.
Həmzə Eldar Əkbər oğlu, Baş Prokurorluğun Aparatı.
Ələkbərov Valeh Həsən oğlu, Baş Prokurorluğun Aparatı.
Faiq Qaniyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Mirzə Xankişiyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
İlham Mahmudov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Eldar İsmayılov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Cavid Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Samir Əliyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Azad Məcidov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Zeynal Ağayev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Səbuhi Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Əfqan Hacıyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Telman Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Əli Məmmədov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Vüsal Qurbanov, Nərimanov Rayon Məhkəməsinin hakimi.
Kamranov Hafiz, Nərimanov Rayon Məhkəməsinin hakimi.
Yusif Yusifov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi.
Abbasov Mirzəli Əbdüləli oğlu, Bakı Apellyasiya Məhkəməsi.
General-mayor Əbülfət Rzayev, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi.
Məmmədov Elçin, Baş prokurorun birinci müavini.
Leytenant Fuad Rəfael oğlu Nəbiyev, Azərbaycan Müdafiə Nazirliyi.
Elçin Quliyev, Azərbaycan Dövlət Sərhəd Xidməti.
İlham Mehdiyev, Azərbaycan Dövlət Sərhəd Xidməti.
Vüsal Sultanov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
Azad Ələkbərov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
İsmayıl Əkbərov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
Ramin Bağırov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
Polkovnik-leytenant Elgün Əliyev, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi.
İran, Azərbaycan və Rusiya arasında elektrik şəbəkəsinin birləşdirilməsi layihəsi artıq yekun mərhələdədir və yaxın vaxtlarda həyata keçiriləcək. Bunu İranın Energetika Nazirliyinin beynəlxalq ofisinin rəhbəri Müctəba Əkbəri deyib.
Əkbəri əlavə edib ki, layihə bir ölkənin elektrik enerjisinə ehtiyacı olduqda onu idxal etmək və artıq elektrik enerjisini bu ölkələrə ixrac etmək imkanı verəcək.
P.S. Mətbuatda gedən atışmalar və digər keçici olan məsələlərə çox da fikir vermək lazım deyil. Faydalı geoenergetik məsələlər öz qaydasında gedir.
@shirvanov
Qərbin müasir işğal texnologiyası olan şəbəkə müharibəsindən bir epizod:
Qərbi maraqlandıran dövlətlərin elitalarının sadəcə fiziki olaraq, sözün həqiqi mənasında satın alınaraq yerli sosial komyunitilər kimi təqdim edilir, onların vasitəsilə bütün cəmiyyətə Qərb dəyərləri yayılır və nəticədə “alıcının” maraqlarının təmin olunur.
Bundan sonra isə elitası alınan ölkə sadəcə olaraq borc asılılığına sürüklənir və iqtisadi bacarıqsızlıq nəticəsində, sadə sözlərlə desək, müflisləşərək faktiki olaraq siyasi suverenliyini itirir.
Elitaya iqtisadi təsir faktorunun təsiri itdikdə birbaşa cəmiyyətə müraciət edilir. Elitadan yan keçilərək, onların “başı üzərindən” iş görülərək real sosial şəbəkələr yaradılır. Həm birinci, həm də ikinci halda nəticə eynidir - ərazilərin, bütöv dövlətlərin zəbt edilməsi, yəni sırf təsir və nəzarət zonalarının Qərbin xeyrinə yenidən bölüşdürülməsində ifadə olunan geosiyasi nəticələr.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago