Last updated 1 month, 2 weeks ago
سيرافقك قلبي إلى اخر العمر
- لطلب تمويل تواصل ← : @ooooow
- قناة التمويلات : @xxxxzz
Last updated 3 weeks, 4 days ago
https://t.me/hjjhhhjjnkkjhgg1234
Last updated 2 months, 2 weeks ago
📖 Saff Surəsi | 10-14
🎙 Qari - عبد الرحمن السديس | Abdul Rahman Al-Sudais
10
Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi?
11
Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.
12
(Bu təqdirdə) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.
13
Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ.
14
Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.
📖
Şərh
Surəsi | 1-8
1
Məgər Biz sənin üçün köksünü açmadıqmı?
2
Yükünü səndən götürmədikmi?
3
(Onlar) belini bükürdü.
4
Biz adını sənə görə ucaltmadıqmı?
5
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.
6
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.
7
(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!
8
(Ancaq) Rəbbinə üz tut!
@quranayetleri #quranayetleri #meyxana #313 #musiqi #mahni #soubiznes
📖 Ənam Surəsi | 91-97
🎙 Qari - بندر بليلة | Bandar Balilah
91
Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb (birqismini) göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər.
92
Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.
93
Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”(– dediklərini )bircə görəydin.
94
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır.
95
Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz!
96
Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür.
97
Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah edirik.
📖 Qaf Surəsi | 16-35
🎙 Qari - Nasir Al-Qatami | ناصر القطامي
16
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.
17
Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.)
18
Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın.
19
Ölüm bihuşluğu həqiqətən gələcəkdir. (Ey insan!) Bu sənin uzaq qaçdığın şeydir.
20
Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.
21
Hər kəs onu qova-qova (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcəkdir.
22
Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”
23
Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”
24
(Allah əmr edib deyəcək:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,
25
xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,
26
başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”
27
Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”
28
(Allah) deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.
29
Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”
30
O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir.
31
Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmayacaqdır.
32
Budur sizə vəd edilən (Cənnət!) O, hər bir (tövbə edib) (Allaha )üz tutan, (Onun əmrinə) riayət edən,
33
Mərhəmətli (Allahdan) (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.
34
Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.
35
Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.
? Zumər Surəsi
? Qari - Omar Dibirov
67 . Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır.
? Bəqərə Surəsi
? Qari - Salah Bukhatir | صلاح بوخاطر
155 . Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.
Last updated 1 month, 2 weeks ago
سيرافقك قلبي إلى اخر العمر
- لطلب تمويل تواصل ← : @ooooow
- قناة التمويلات : @xxxxzz
Last updated 3 weeks, 4 days ago
https://t.me/hjjhhhjjnkkjhgg1234
Last updated 2 months, 2 weeks ago