🕋💞İBADƏT 313💞🕋

Description
Heç bir şey əvvəlki vəziyyətə qayıtmır. Buna görə, bir şeyi sındırmazdan öncə yaxşı fikirləşək ..
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 1 month, 2 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 3 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 1 month ago

1 week, 6 days ago

Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

2 weeks, 4 days ago
2 weeks, 4 days ago

https://t.me/vehhabiyyat

Hər kəsdən kanala abunə olaraq, paylaşmağınızı rica edirik.

2 weeks, 5 days ago

**?️... İmam Sadiq (ə) buyurub:*

Namaz qılan şəxs, namaz üçün ayağa qalxan zaman onun üçün asimandan Allahın rəhməti yerə nazil olar və mələklər onun ətrafında dolanarlar. Mələklərdən biri isə bu zaman belə söyləyər: Əgər bu namaz qılan şəxs namazın mahiyyətini bilsəydi heç vaxt namazdan ayrılmazdı.

*?: Dəail-İslam,c.1,s.136*

❁ •❀❥?❥❀•❁*https://t.me/ibadet313

2 weeks, 6 days ago

*Peyğəmbər (s) buyurub: _“Əgər oruc tutsanız, qulağınız və gözünüz də oruc tutsun. Oruc tutduğun gün oruc tutmadığın gün kimi olmasın"_

Camiul-əxbar

❁ •❀❥?❥❀•❁*https://t.me/ibadet313

3 weeks ago

*?Şeytanlar: Cin və İnsan

Ayətullah Fatiminiya (r.ə):
Quranda oxuyuruq:
«شَیاطینَ الْإِنْسِ وَ الْجِنِّ»

Cin və insanlardan olan şeytanlar

Şeytan iki növdür: cinlərdən olan şeytan və insanlərdan olan şeytan. Pisliklərə dəvət edən cinlərə və insanlara şeytan deyilir.
"Şeytan" lüğətdə
(fəsad) mənasını verir.

Ey gənclər, əgər sizə sapdıran dostlarınız varsa, bilin ki, bu da insandan olan şeytandır.
Nas surəsində belə buyurulur:
«مِنْ شَرِّ الْوَسْواسِ الْخَنَّاسِ * الَّذی یُوَسْوِسُ فی‏ صُدُورِ النَّاسِ * مِنَ الْجِنَّهِ وَ النَّاسِ».

Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən.

O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır,

İstər cinlərdən olsun, istərsə də insanlardan».

Niyə şeytan "xənnas" adlanır?
Xənnas, doğulub sonra gizlənən və batıb gedən bir ulduzdur.
Şeytana da xənnas deyilir, çünki o, düşüncə və təlqinləri qoyur və dərhal çəkilir.
Bu, şeytanın adətidir; buna diqqət etməliyik.

❁ •❀❥?❥❀•❁*https://t.me/ibadet313

2 months, 4 weeks ago

*İMAM ƏLİNİN (ә) KUMEYLƏ 40 TÖVSİYƏSİ

  1. Hər gün Allahın adını çək və Ona təvəkkül et.
  2. Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
  3. İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
  4. Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
  5. Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
  6. Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
  7. İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
  8. Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittiham etmə.
  9. Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.
  10. Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir.
  11. Zəkat verən, möminlərə yardım edən, yaxın adamları və qohum-əqrəbası ilə əlaqəsini möhkəmlədən şəxsin mal-dövlətində xeyir-bərəkət olar.
  12. Yaxın adamlarından olan möminlərə başqalarından artıq yardım et, fəqirlərə sədəqə ver, çünki sədəqə bəlaları dəf edir.
  13. Sənə tərəf əl uzadan şəxsi əli boş qaytarma, hətta bir xurmanın yarısı qədər verəməklə olsa belə.
  14. Möminin ən gözəl zinəti təvazökarlığıdır.
  15. Möminin gözəlliyi iffətindədir.
  16. Möminin şərəfi və başıucalığı boş-boş danışmağı tərk etməsindədir.
  17. Alçaq adamlarla mübahisə etmə, hətta sənə nalayiq sözlər desələr də belə. Səbirli ol və Allah-taalanın “cahil adam onunla mübahisə etdikdə, o cavabında salam verər” - deyə buyurduğu şəxslərdən ol!
  18. Həmişə haqq söz de!
  19. Pərhizkarlarla dostluq et və fasiqlərdən uzaq gəz!
  20. Münafiqlər və xainlərlə əlaqə yaratma.
  21. Zülmkarların qapısını döymə və onlarla kəsb-ticarət etmə. Məbada, onlara baş əyib, ehtiram göstərəsən!
  22. Yoxsulluğunu camaata açıqlama, izzətlə yaşa və fəqirlik müqabilində səbir et.
  23. Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır.
  24. Mömin möminin aynasıdır, onlar bir-birlərilə qardaşdırlar və qardaşa qardaşdan əziz bir şəxs olmaz.
  25. Əgər bir şəxs sənə bir söz deyib, onun sirr olaraq saxlanmasını səndən istəsə, onu faş etməkdən həzər et, əks halda tövbən də qəbul olunmaz.
  26. Çətinliklərdən amanda qalmaq üçün “La havlə və la quvvətə illa billahil-əliyyil-əzim!” zikrini yaddan çıxartma.
  27. Sənə hər bir nemət əta olunduqda, onun artması üçün “Əl-həmdu lillah” de!
  28. Ruzin təxirə düşdükdə, tövbə et və Allahdan bağışlanmağını dilə ki, işlərin öz qaydasına düşsün.
  29. Vacib olan əməllərin tərk olunmasına qəti icazə verilməmişdir.
  30. Allahın sənə əta etdiyi minlərlə nemətin müqabilində, Ona təşəkkür etməyi və Onu yad etməyi unutma.
  31. Allahı yad etməyənlərdən olma.
  32. İstifadə etdiyin yeməklər halal olmasa, Allah-taala sənin şükrünü və zikrini qəbul etməz.
  33. Hər bir şəxsin əmanətini - kimliyindən asılı olmayaraq, özünə qaytar.
  34. Allah-taala bizi Öz əxlaqına doğru yönəltmiş, onu öyrənməyi və insanları ona rəğbətləndirməyi bizə əmr etmişdir.
  35. Allaha and olsun, camaatın mənim əmrimə tabe olması üçün, onlara heç vaxt yalvarmaram!
  36. Bəziləri bu fani və yalan dünyadan ləzzət aldılar, biz isə əbədi axirət aləmindən fadalanıb ləzzət alacağıq.
  37. Bizi yaxşı əməllərə sövq edən Allahın təqvalılara əta etdiyi behiştin yüksək mərtəbəsidir.
  38. Behişt fikrində olmayanları ağır və əbədi əzabla müjdələ.
  39. Namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (təklikdə) mühüm deyildir, əhəmiyyət kəsb edən məsələ təmiz qəlbə, doğru niyyətə və xalis əmələ malik olmaqdır.
  40. Mən Allaha hər bir halda itaət və sitayiş edirəm. (Sən də həmişə Allaha itaət və sitayiş et!)

❁ •❀❥?❥❀•❁*https://t.me/ibadet313

3 months ago
*Möminlərin əmirindən (ə) soruşdular:

*Möminlərin əmirindən (ə) soruşdular:

“İnsanların içərisində qəmqüssəsi davamlı olan kimdir?” İmam (ə) buyurdu: “Əxlaq baxımından ən pis olan”.

"Cəmiul-əxbar səh,190"

❁ •❀❥?❥❀•❁*https://t.me/ibadet313

3 months ago

•┈┈•• ??* ••┈┈•

CİHADA BƏRABƏR BİR ƏMƏL.

Ənəs ibn Malik rəvayət edir:

❝Bir adam Həzrət Rəsulullahın ﷺ gələrək, «Cihad etmək istəyirəm, ancaq gücüm çatmır» – dedi.

Həzrət Rəsulullah ﷺ «Ata və ya anan yaşayırmı?» – deyə sual verdi.

Adam, «Anam yaşayır» – cavabını verdi.

Həzrət Rəsulullah ﷺ belə buyurdu:
❝Ona yaxşılıq edərək Allahın hüzuruna bəhanəli olaraq çıx. Bunu edərsənsə və anan səndən razı olarsa həm həcc, həm ömrə, həm də cihad etmiş olarsan. Allahdan qorx və anana yaxşılıq et.❞

? «Mucəmul-övsət» cild 3, səh 435.

❁ •❀❥?❥❀•❁*https://t.me/ibadet313

6 months ago

Müxtəlif kanallarla qarşınızdayıq. Bizim toplunun digər toplulardan fərqi ondan ibarətdir ki, bizim topluda həm elmi, həm dini, həm profil şəkilləri, həm mətbəx və s. bir çox kanallar var. Qoşulmaq üçün aşağıdakı butonlardan birinə toxunmaqla bütün kanallara üzv olmuş olursunuz. Hər kəsə uğurlar ?

@toplu_admini

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 1 month, 2 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 3 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 1 month ago