Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Ədəbiyyat🤍🕊️

Description
İncə zövqlülərin məkanı.🤍🕊️
Kanalımızın linki: https://t.me/edebiyyaat
Kanalın Çatının linki: https://t.me/edebiyyatchat

Əlaqə(Kanal sahibi): @Mahir01
Advertising
We recommend to visit

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 2 months, 3 weeks ago

Last updated 1 week, 5 days ago

𝙾 𝚚ə𝚍ə𝚛 𝚋ö𝚢ü𝚢ü𝚋 𝚔𝚒, 𝚒ç𝚒𝚖𝚒𝚣𝚍ə𝚔𝚒 𝚝ə𝚗𝚑𝚊𝚕ı𝚚. 𝚂𝚎𝚟𝚒𝚕𝚖ə𝚢𝚒 𝚐ö𝚣𝚕ə𝚢ə𝚛𝚔ə𝚗, 𝚐ö𝚣𝚕ə𝚖ə𝚢𝚒 𝚜𝚎𝚟𝚖𝚒ş𝚒𝚔... 🌾
📍𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 @Quliy3ffha 🦂

💸Ödənişli reklam üçün:
@Solitude_Rek1amBot

Last updated 1 day, 7 hours ago

1 month, 1 week ago

Əllərin nə yaman soyuqdur, gülüm.
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki cənubluyuq
bu soyuq hardan?
Gərək külümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq,
Gərək əlimiz də soyuq olmasın...
Oddan yoğrulmuşuq,
atəşik axı,
Qəlbimiz -
duyğular tonqalı kimi.
Yanağın
Elə bil alov dilimi,
Əllərin bir taxta yonqarı kimi...
Əllərin nə yaman soyuqdur, gülüm,
Niyə bu soyuğu indi duymuşam?
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?!
Ay üzü baharlı,
əli qış sonam!
Gileyim gülməli gəlməsin mənim.
Qorxuram
sevgidə soyumağın da
Əlindən başlaya,
əlindən sənin;
Əllərin nə yaman soyuqdur, gülüm...

• Nüsrət Kəsəmənli.

1 month, 1 week ago

- Bax, Milena, “Ən cox səni sevirəm” deyirəm, amma bəlkə də, həqiqi sevgi bu deyildir…
“Sən bir bıçaqsan, mən də dayanmadan o bıçaqla içimi deşirəm” – desəm, yəqin, onda həqiqi sevgini ifadə etmiş olaram…

• Franz Kafka – "Milenaya məktublar".

1 month, 2 weeks ago
1 month, 2 weeks ago

"GÖRMƏDİM" qoşması.

Bivəfanın, müxənnəsin, nakəsin
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qеyrətin, arın görmədim.

Namərdi özümə mən dost еylədim,
Yolunda canıma çox qəsd еylədim.
Söyüddən bağ saldım, pеyvəst еylədim,
Almasın, hеyvasın, narın görmədim.

Nəfs aldatdı, hər yetənə xan dеdim,
Bihudə kollara gülüstan dеdim.
Əbəs yеrə bivəfaya “can” dеdim,
Zəhmətin çox çəkdim, karın görmədim.

Huşum çaşdı, düşdüm olmaz oyuna,
Yеtmədim gözəlin əsli-soyuna,
Aşıq oldum simasına, boyuna,
Hayıf ki, kamalda dərin görmədim.

Ələsgər, еlmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt.
Şahiddə iman yox, bəydə ədalət,
Qazıların düz bazarın görmədim.

• Aşıq Ələsgər.

1 month, 2 weeks ago
1 month, 2 weeks ago

İnsan! Bizim yeganə düşmənimiz insandır! İnsanı səhnədən uzaqlaşdırın, o zaman aclığı, ehtiyacı, kölə əməyini doğuran səbəblər də aradan qalxacaq.

• Corc Oruel – "Heyvanıstan".

1 month, 2 weeks ago

Dünyada ərəblər kimi gözəl nağıl uyduran, farslar kimi bu nağılı gözəl danışan və türklər kimi bu nağıla inanan ikinci bir millət yoxdur!

• Mirzə Fətəli Axundov.
⭐️ Fikirləriniz?

1 month, 3 weeks ago
1 month, 3 weeks ago

Gəlsin

Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdı seyranə, gəlsin!
Təğafül etməsin işrət çağıdır,
İçilir hər yerdə peymanə gəlsin!

Bənövşələr salsın başın aşağa,
Nərgiz olsun gözlərinə sadaga,
Gül camalın görüb düşsün torpağa,
Bülbülü gətirsin əfqanə, gəlsin!

Siyah zülfü tər buxaqda dənlənib,
Sonalar yerişi ondan öyrənib.
Ovçu görmüş maral kimi səksənib,
Oğrun baxa-baxa hər yanə, gəlsin!

Barmağında xatəm, belində kəmər,
Telində güşvarə, düymə tamam zər,
Qərq olsun yaşıla ala sərasər,
Naz ilə sallanə-sallanə gəlsin!

Sürmə çəksin gözlərinə, qaşına,
Gündə min yol mən dolanım başına,
Zakirtək yanmağa eşq ataşına,
Cürəti var isə pərvanə gəlsin!

• Qasım bəy Zakir.

1 month, 3 weeks ago

Soğan soya-soya ağlayan qadın...

*Soğan soya-soya ağlayan qadın,
Ömrün soğan kimi acıdı, acı!
Mələksən, qırılıb qolun-qanadın,
Dərdi verən Allah, vermir əlacı...

Gözündən süzülən yaşı kim silər?
"Göz yaşı" dediyin nədir? Acı su...
Bir şirin öpüşlə başlar sevgilər,
Sonunda həmişə soğan acısı...

O öpüş yandırmaz dodaqlarını,
Soyuyub od dolu o, qucaq indi.
Sayar bircə-bircə barmaqlarını,
Hər gecə yuduğun qab-qacaq indi.

Gələr "ər" dediyin hər gecəyarı,
Bir qaşıq xörəyin baxmaz dadına.
Yuxuda dilindən qopan adların,
Biri də bənzəməz sənin adına...

Soğan soya-soya ağlayan qadın,
Gözünün yaşını silə bilmərəm.
Neyləyim, mən sənə özgəyəm,yadam,
Neyləyim, yanına gələ bilmərəm.

Bir sevgi gəzirəm dünyada mən də,
O sevgi hardadı? Bilmirəm ancaq...
Kim soğan soyacaq mənim evimdə,
Soğan soya-soya kim ağlayacaq?!...*

• Ramiz Rövşən.

We recommend to visit

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 2 months, 3 weeks ago

Last updated 1 week, 5 days ago

𝙾 𝚚ə𝚍ə𝚛 𝚋ö𝚢ü𝚢ü𝚋 𝚔𝚒, 𝚒ç𝚒𝚖𝚒𝚣𝚍ə𝚔𝚒 𝚝ə𝚗𝚑𝚊𝚕ı𝚚. 𝚂𝚎𝚟𝚒𝚕𝚖ə𝚢𝚒 𝚐ö𝚣𝚕ə𝚢ə𝚛𝚔ə𝚗, 𝚐ö𝚣𝚕ə𝚖ə𝚢𝚒 𝚜𝚎𝚟𝚖𝚒ş𝚒𝚔... 🌾
📍𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 @Quliy3ffha 🦂

💸Ödənişli reklam üçün:
@Solitude_Rek1amBot

Last updated 1 day, 7 hours ago