Goncha'nın hekayələri (fan)

Description
Yazar Goncha'nın hekayələri paylaşılır.

Kanallarım:
@tokioo1009
@hekayeler23012019
@madteen94
Advertising
We recommend to visit

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 2 months, 3 weeks ago

Last updated 1 week, 5 days ago

𝙾 𝚚ə𝚍ə𝚛 𝚋ö𝚢ü𝚢ü𝚋 𝚔𝚒, 𝚒ç𝚒𝚖𝚒𝚣𝚍ə𝚔𝚒 𝚝ə𝚗𝚑𝚊𝚕ı𝚚. 𝚂𝚎𝚟𝚒𝚕𝚖ə𝚢𝚒 𝚐ö𝚣𝚕ə𝚢ə𝚛𝚔ə𝚗, 𝚐ö𝚣𝚕ə𝚖ə𝚢𝚒 𝚜𝚎𝚟𝚖𝚒ş𝚒𝚔... 🌾
📍𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 @Quliy3ffha 🦂

💸Ödənişli reklam üçün:
@Solitude_Rek1amBot

Last updated 1 day, 7 hours ago

5 months, 2 weeks ago

Deməli belə, bu gündən bu hekayənin davamı yalnız Instagram səhifəmizdə paylasilacag, final etdikdən sonra burda paylasilacag, link var sabitlərdə, aktiv olanlara isə, hədiyyələr veriləcək. İzləmədə qalın 😌

5 months, 2 weeks ago

"Boş danışırsan" deyib, addımlarımın sürətini daha çox artırdım. Oda mənə çatmağa çalışırdı. Nəhayət, gələcəyim yerə çatdım. İbo sağa - sola birdə qarşıya baxıb "Bizim qadın sığınacağı evində nə işimiz var?" dedi.
"Sənin deyil, mənim işim var. Sən isə çıxıb gedəcəksən"
"Hə, o qədər yolu geri qayıtmaq üçün gəlmişəm mən?"
"Sənlik bir yer deyil bura"
"Sən niyə gəldinki?"
Part 6 Son
"Sənə nə?! Çıx get daha"
Çıxıb getməyin gözləyərkən, yolun kənarında olan daşın üstünə oturub "Sən çıxana qədər burda oturub gözləyəcəm. İşin hər nədisə get həll et, gəl" dedi. Getməyəcəkdi. Mənim işim isə o qədərdə qısa bir şey deyildi. Lakin, arxamda İbonu buraxıb sığınacağın çöl qapısını açaraq içəri keçməyə çalışdım. Qapının kənarında dayanan, gözətçi Nadir dayıya salam verib, addımlamağa başladım. Onu görəcəyim üçün həycanlı idim. Çünki, O məni həyata bağlayan yeganə insan idi...
Ve kesiyoz!
Ps. Yavaş - yavaş obrazların daxili içini tanımağa başlayırıq, Allah axrımızı xeyirə calasın 🥲😂

5 months, 2 weeks ago

"Ütləyim yenidən?" dedim.
"Əlbətdə ütləyəcəksən" deyib, köynəyinin düymələrini açmağa başladı. Köynəyi əynindən çıxartacağını gördüyümdə, gözlərimi ondan çəkdim. Sonra heç ağlıma gətirə bilməyəcəyim bir şey oldu. Köynəyi düz mənim qarışıma atıb "Düzgün ütülə!" dedi. İnsanı əzməkdən, zövq alırdı. Gözlərimi qarşıma atılan köynəkdən heç çəkməyərək, aşağı əyilib köynəyi əlimə aldım. Ona heç baxmadan, otaqdan çıxdım. Ütü otağına gətirib, ütünü qoşaraq ütüləməyə başladım. Əllərim əsirdi. Gözümün qarşısı isə bulanıqlamışdı. Buna layiq olacaq nə etmişəm belə, daha deyə bilmirdim. Bunlar nə idiki, yaşayıb gördüklərimin yanında? Ona görə hissizcə davranırdım. Ancaq, bu dəfə bir az incitmişdi..
Özümü ələ almağa bacarıb, köynəyi əlimə alaraq ütü otağından çıxdım. Timuçin bəyin otağının qapısının qarşısına gəlib, qapını döyərək içəri keçdim. Üstünə başqa köynək geyinmişdi.
"Nə baxırsan mənə belə? Sənimi gözləməliydim?" dedi.
Danış, Sarah. Susma. Danış.
Part 4
"Qarşıma köynəyi atıb, ütlə deməyi bacarırsız amma"
"Sən xidmətçi parçası deyilmisən? Sənin işin deyilmi?!"
"O köynəkdə qırış yox idi"
"Var idi"
"Yox idi!"
"Mən var idi deyirəmsə, deməli var idi!" deyib, qarşıma keçib dayandı.
"Mən də yox idi deyirəm. Mənə əziyyət olsun deyə, elə etdiniz"
"Belədiki, etmişəm. Sonra? Xoşun deyilsə, çıx get" deyərək, üzümə gülümsündü. Getməyəcəyimi bilirdi.
"Sizə nə desəm, faydasız olacaq"
"O zaman faydalı işlərlə məşğul ol. Misal, çıx hava al. Beyninə okgisen getsin"
"Elə, mən də sizdən iki saatlığına icazə istəyəcəkdim. Gedəsi, yerim vardı" dedim, yaranmış vəziyyəti öz xeyirimə çevirməyə çalışıb.
"Hara gedirsənsə çıx get. İstəyirsənsə heç gəlmə" deyərək, otağından çıxdı. Mən də köynəyini yerinə yerləşdirib, otaqdan çıxdım. Mətbəxə əl gəzdirib, evdən çıxdım. Nəhayət, bugün onu görə biləcəkdim. Evin qapısını kilitləyib, üzümü döndərdiyimdə qarşımda İbonu gördüm.
"Timuçin bəy evdə yoxdu. Az əvvəl çıxdı" dedim
"Timuçin üçün gəlməmişəm. Sən de görüm harasa gedirsən?"
"Dünəni unutmusan deyəsən! Üzsüz - üzsüz danışırsanda mənimlə!"
"Unutmamışam. Elə dünən üçün burdayam"
"Mən isə sənə qulaq asmaq heç istəmirəm" deyib, yanından keçdim. Mən getdikcə, oda yanımda addımlamağa başladı.
"Mən dünən çox böyük səhvə yol verdim. Bunu sonradan başa düşdüm. Bağışla məni. Mən pis biri deyiləm" dedi
"Məni maraqlandıran sən deyilsən!"
"Fərman işi belə qoymacağını dedi. Hər an, hardasa sənin qarşına yenidən çıxa bilər. Bu işi, başına mən açdım. Mənə görə oldu. Onun üçün sən hara gedəcəksənsə mən də səninlə gedəcəm"
Part 5
"Sənə ehtiyyacım yoxdur!" deyib, dayancaqda dayanıb avtobus gözlədim. O yanımdan getmək bilmirdi.
"Nə qalmısan yanımda?!" dedim.
"Fərmana görə, məcburam"
"Çıx get!"
"Getməyəcəm" dediyində, gözlədiyim avtobus gəldi. Mən avtobusa mindiyimdə oda arxamca gəldi. Mən bununla necə gedəcəkdim ora?
Oturacağa oturduğumda, yanımda boş qalan yerə O, oturdu. Görəsən, ömründə heç avtobusa minmişdi?
"Maşınımla gedəydik, gərək" dedi, sanki neçə illik dostu ilə səmimi söhbət edərmişcəsinə.
"Niyə ardımca gəldinki..."
"Səbəbin izah etməyə çalışdım az əvvəl"
"Həmin səbəbə yol açan insanda sən oldun"
"İstəyərək olmadı" dediyində, başımı pəncərəyə çevirib yolu seyr etməyə başladım. İstəyərək və ya istəməyərəkdə olsa, bu hal yaşanmışdı. Başımda problem azmış kimi, Fərmanda mənim üçün artıq problemlər sırasına daxil olmuşdu. Mən isə nə edəcəyini, necə davranacağını bilməyən balaca uşaqlar kimi idim.
Avtobusdan düşdük. Gedəcəyim yerə qədər bir az piyada getməli idim. Oda arxamca gəlməkdə idi.
"Çox sürətli gedirsən, sənə çata bilmirəm" deyib, deyinirdi.
"Sənə gəlmə deyirəm, başa düşmürsən"
"Hara gedirsən axı, heç bilmirəmdə"
"Əl çək məndən"
"Keyfimdən arxanca düşməmişəme. Elə bil, mən avtobusa minmək həvəskarıyam. Sürətli yeriməyidə öyrənib, qaçış yarışlarına qoşulacam"

5 months, 2 weeks ago

Bölüm 3
Part 1
Rəvan yerə yıxılarkən, Timuçin heç vaxt itirmədən Fərmanın yaxasına yapışıb onu yerə yıxaraq üstünə çıxaraq üzünə yumruqlar endirməyə başladı. Bir yumruq yenə vurduğunda "Bu yumruq Rəvan üçündür!" dedi. İbo Timuçinin yanına gəlib onun əlini saxlamağa çalışaraq "Timuçin özünə gəl" dedi. Timuçin dayandı. Başını qaldırıb mənə baxdı. Yenidən Fərmana dönüb, bir yumruq üzünə daha ilişdirib "Bu da, Sarah üçün..." dedi. Qalxdı, üstündən. Sarah demişdi...
"Al bu iti get, burdan İbo. Gözümədə görsənmə!" dedi.
İbo Fərmanı qaldırmağa çalışırdı. Fərman isə gülürdü. Həm gülürdü, həm də acı çəkirdi. Lakin, özünə qoyulmayıb "İş belə qalmayacaq, biləsən!" dedi. Üstünə Rəvan getmək istədiyində, İbo Fərmanı itələyib "Qaşınma! Düş qabağıma, gedək! Yoxsa bu dəfə sən, mənim əlimdə qalacaqsan" dedi. Fərman gülə - gülə getməyə başladı. Onlar getdikdən sonra biz dördümüz qalmış olduq. Ləman, Timuçinin qarşısına keçib "Az əvvəl burda nə baş verdi? Sən bu qız üçün döydün, Fərmanı?!" dedi.
"Sənə bir şey deməyə borclu deyiləm mən. Rəvan sən də Ləmanı al get"
"Timuçin, hörmətsizlik etmə mənə! Yoxsa sənin üzünə belə baxmaram!"
"İkimizdə çox gözəl bilirikki, baxarsan. Mənim əsəblərimi korlamadan get"
"Özün yalvaracaqsan mənə! Gedək, Rəvan!" deyib, mənə tərəfdən keçərək, mənim qoluma toxunub getdi.
"Timuçin sabah danışacam mən səninlə" deyib, Rəvanda getdi. İkimiz qaldıq...
Evə daxil olduq. Qonaq otağı dağınıq idi. Timuçinin bir söz deməməsi üçün, tez bardaqları yığışdırmağa çalışdım. Lakin, əllərim əsirdi. Yanıma yaxınlaşıb, əlimdəki bardaqları aldı.
Part 2
Məni divana otuzdurub "Su gətirib, gəlirəm" dedi. O, su gətirməyə getdi mən isə bu gecə yaşananları düşünməyə başladım. Çox qorxmuşdum. Həm, o evdə yaşadıqlarım həm də Timuçin qorxusu...
Suyu gətirib, bardağı mənə uzatdı. Bardağı alıb, suyu içməyə başladım. O isə pissmenin kənarına oturdu. İkisinin arasındaki məsafə az olduğudan üz - üzə və iç - içə idik. Əllərimin əsməsi daha çox artdı. Bardağın arxasından qaldırıb içməyimə şərait yaratdı.
"Nə qədər sənə qarşı tərs davransamda, belə bir şeyin yaşanmasını heç istəməzdim" dedi.
Tək, bir cümlə ilə yaşanan hər şeyi yorumlamağa çalışdı.Ardından, tək söz belə demədi. O susdu. Mənidə susmağa məcbur buraxdı. Əlimdə tutub sıxdığım bardağa fikir verdi. Dodaqaltı bir gülüş atıb "Mənə deyə bilmədiyin sözlərin heyfini bardaqdan çıxırsan" dedi. İçimdən keçənləri ona hayqırmaq istədim. Lakin, məni saxlayan bir şey vardı. Danışacaqdım, danışmağım ilə qalacaqdım. Mənə alçaldıcı sözlər deyib, son nöqtəni özü qoyacaqdı.
"İcazənizlə, mən otağıma getmək istəyirəm" dedim.
"İcazə sənin, buyur get" deyib, qalxıb getməyim üçün mənə şərait yaratdı. Mən də, cəld şəkildə ayağa qalxdım. Qonaq otağından çıxmağıma az qalmış "Dayan" dedi. Dayandım. Və ona tərəf döndüm.
"Səssiz qalıbda, o boş ağlınla məni cəzalandırmağa çalışdığını düşünmə. Sənin kimi qızların, bu cür ucuz nömrələrinə düşmərəm" dedi.
"Bitdi sözünüz?"
"Hələdə davam etdirməkdəsən, ucuz nömrəni"
"Timuçin bəy, ucuz nömrəni davam etdirən mən deyiləm. Mənim ilə danışmağa çalışan sizsiniz"
Part 3
Sözümü deyib, onun nəsə deməyini heç gözləmədən qonaq otağından çıxdım. Otağıma keçib, çarpayıma uzandım. Keçirtdiyim ağır günü, ağlımdan silməyə çalışdım. Olmadı. İbrahmin evində yaşananlar gözümün qarşısından getmədi. Rəvanın gəlməsini xatırladığımda, üzümə gülümsəmə gəldi. Gülümsəməmin fərqinə vardığımda, özünə gəl dedim. Gözümü yumdum. Canımın parçasını düşünərək, yatmağa çalışdım.

Gün çoxdan yarılanmışdı. Günortaya yaxınlaşırdı. Timuçin bəy, aşağı heç düşməmişdi. Mən də günorta üçün bir şeylər hazır edirdim. Qulağıma yuxarıdan "Xidmətçi parçası, hardasan" deyə, bağıran səs gəldi. Mətbəxdən çıxıb, yuxarı çıxmağa başladım. Otağının qapısı açıq idi. Və qapının ortasında dayanmışdı. Məni görüb, otağına keçdi. Mən də ardıyca keçib "Buyurun?" dedim. Əli ilə geyindiyi mavi rəngli düyməli köynəyini işarət edib "Bu necə köynək ütüləməkdi?! Qırış - qırışdı" dedi. Oysa, mən qırış - qırış olan bir şey görmürdüm. O, məni danlamağa yer axtarırdı. Olan bu idi.

5 months, 2 weeks ago

Ve kestik!
Ps. Elə bir yerə gəlib düşmüsənki nə sən soruş nə də mən deyim 🥲😂
Və ikinci bölümdən sizi demək olar bütün obrazlarla tanış etdim. Yaxın günlərdə #team larınızı bəlli edərsiniz 🐣 Hissiniz nə deyir, ən çox kimi sevəcəksiniz?
Aktivlik hanııııı??

5 months, 2 weeks ago

"Timuçinin yeni xidmətçisidir. Bu günlük mənim qonağımdır"
"Qonağın?"
"Qonağım" deyib, oğlana göz vurdu. Mən isə artıq qorxmağa başladım, ilk dəqiqədən. Yaxşısı, mətbəxə falan keçməyim idi. Yanından keçib getmək istədiyimdə qolumdan tutub "Pizzan qaldı" dedi.
"Doydum" dedim.
Qolumu buraxdığında, qarşımı həmən əsmər oğlan kəsib "Getmə, qal bizlə" dedi. Ya səbr!
"Çəkilin" dedim.
"Çəkilməsəm necə? Nə edəcəksən?"
Dönüb İboya baxdım, bir şey etməsi üçün. Amma O, heç buralı deyildi. Oğlan "Rəqs elə bizim üçün baxaq" dedi. Ətrafındakılar gülüşməyə başladı. Artıq səbrim daşmaq üzrə gəlib çıxmışdı.
"Mən sizin kuklanız deyiləm!" deyib, getmək istədim. Ancaq məni üz üzə dayandığı oğlanın üstünə itələyib "Rəqs etməyini istəyirik. Əylənməyə ehtiyyacımız var" dedi. Yetəri qədər, əyləncə yaratmışdılar məndən. Üstünə itələdiyi oğlanda digər çarpaz dayanmış oğlanın üstünə itələyib "Oyna" dedi. Onların gülüş səsləri, beynimdə exo verməyə başlamışdı. Göz yaşlarım isə hər an axacaq vəziyyətdə, dayanmışdılar. Bu anda qapı yenidən döyüldü. İbo işıq sürəti ilə qapını açmağa getdi.
Part 7
Əsmər oğlan isə düz yanıma gəlib "Sən nə çəkingən qız çıxdın" deyib, saç uclarıma əl uzatmağa çalışdı. Əlini çəkməyə başlayıb "Etmə!" deyə qışqırdım. Həmən sırada "Sarah?" deyən, bir səs eşitdim. Səs gələn tərəfə baxdığımda Rəvanı gördüm. Onu görməyim ilə göz yaşlarım üzümə axmağa başladı. Bizim yanımıza gəlib "Nə baş verir burda?!" dedi. Əsmər oğlan gülə - gülə "Timuçinin yeni xidmətçisindən, bizə xidmət göstərməsini istəyirdik. Rəqs edib, bizi əyləndirəcəkdi. Amma özünü naza qoydu" dedi.
"Ağızına gələni danışma, Fərman! Timuçin hansı cəhənnəmdədi bəs?!" dedi.
Şükür, ağılı başında olan bir adam vardı. Mənidə onların yanından çəkib, öz yanına aldı.
"Timuçin Ləmanladı. Bu qızda bugün mənim qonağımdı" dedi, İbo.
"Qonağın idi! Mən indi Sarahı alıb gedirəm"
"Onu heç yerə aparmayacaqsan. Onu Timuçin mənə əmanət edib"
"Əclaf, onda səndə əmanətə adam kimi sahib çıxardın!" deyib, sinəsinə vuraraq itələdi İbrahimi. İbrahim onun üstünə gəldiyində "Elə etməki, səninlə başqa cür danışım! " dedi. Mənim əlimdən tutaraq məni o evdən çıxartdı. Maşınına minib yola düşdük. Maşında olarkən, ona hər şeyi danışdım. Və nə qədər təşəkkür etdim. O isə, Timuçini günahlandırırdı bu məsələdə. Məni Timuçinin evinə gətirmişdi. Qapının zəngin basdı. Qapı açılmadı. Yenidən qapını zəngini çaldı. Təxmini beş dəqiqədən sonra Timuçin qapını açdı. Köynəyinin düymələri yarıya qədər açılmışdı, saçlarının önü isə qarışmışdı. Başa düşməyən gözlər ilə bizə baxdığıda "Sizin nə işiniz var burda?" dedi.
Part 8 Son
"Xəbərin var? Mənim bu qızı hansı vəziyyətdən İbrahimin evindən gətirdiyimdən?!"
Timuçin bu sözü eşidər eşitməz qapını bağlayıb, saçlarını qaydasına salmağa başlayıb yanımıza yaxınlaşdı.
"Nə danışırsan sən? İbo ona heç nə etməz"
"İbo etməz, düzdü. Amma şərait yaradar. Düz deyirsən, İbo etməz. Amma Fərman iti edər!"
"Nəə?!" dedi, gözləri məni taparkən. Düz qarşıma keçib "Nə edirdilər, sənə?!" dedi. Mən əsdiyimdən cavab verə bilmirdim.
"Qızı rəqs etməyə vadar edib, qucaqdan qucağa digər oğlanların üstünə itələyirdilər. Mən gəlməsəydim nə olacaqdı, Timuçin?" dedi.
Timuçinin baxışları bu sözü eşitməsi ilə kəskinləşdi. Ağzını açıb nəsə demək istədiyində, qapı açıldı. Qapıdan bir qız çıxdı. Yəqinki, Ləman adlanan qız idi.
"Hara getdin, Timuçin?" dedi.
Və baxışları məni tapdı.
Mən də qıza baxarkən, arxadan qışqıraraq "Timuçin" deyən bir səs eşitdim. Bayaq evdə olan, həmən Fərmanın səsi idi. Oda burda idi. Dönüb ona baxdım. Arxasıyca İboda gəlirdi. Onun isə baxışları Ləman adlanan qız ilə Timuçinin arasında gəlib gedirdi.
Rəvan qarşısına keçib "Sənin nə işin var burda?" dedi. Fərman gülüb, üzünü qaşımış kimi edərək "Dostum, sən son sözünü deyib qızı alıb getdin evdən. İcazə ver, mən də sözümü deyim" deyərək Rəvana kəllə atdı. Şok içində, bu yaşananlara baxdım. Mən necə bir yerə, gəlib düşmüşdüm?

5 months, 2 weeks ago

"Mən gedirəm, Timuçin!" deyib, gəldiyi kimidə getdi. Rəvanın getdiyinin üstündən beş dəqiqə keçdikdən sonra qapı döyüldü. Qapını açmağa getdim. Qarşımda yenə bir oğlan gördüm. Ağızında saqqız vardı. Onu çeynəyə - çeynəyə məni süzüb, ardından fit çaldı. "Oo bu nə gözəllikdir" deyib, gözün məndən çəkmədən içəri keçdi. Timuçin tək kresloda oturmuşdu. Oğlanı görəcək "Oo İbo" deyərək, ayağa qalxdı. Oğlanda "Broo" deyib, Timuçini qucaqladı. Gözün yenə məndən çəkmədən "Qız kimdir?" dedi.
Part 4
"Kim olacaq, yeni xidmətçi parçasıdır"
"Mənim yeni ünvanım bəlli oldu" deyibdə, qəh qəhə çəkdi. Timuçində ona qoşulub güldü. Mən onun gözündə bir əşya idim. Əşya kimi məndən danışırdı. Qonaq otağında dayanmayıb mətbəxə keçdim. Ətrafı yığışdırmağa çalışdım. Dünən axşam ovuc içimə batan, sınığın yeri ağıdırdı. Ovuc içimə açıb, ağrıyan yarama baxıb bir dərindən köks ötürdüm. Ardından ovuc içimi bağlayıb möhkəmcə sıxdım. Bir ağırlıq çökmüşdü ürəyimin üstünə. Cibimdə olan telefonumu çıxardıb, onun şəkillərinə baxmağa başladım. Məni ayaqda tutan tək şey, O idi...
Saatlar keçmişdi. Mən evin işlərini görməyə çalışırdım. Onlar isə telvizoru qoşaraq oyun oynamaqda idilər. Bezdiklərindən oyunu yarıda saxladılar. İbo getməkdə olarkən, Timuçində ona qoşulub gedib getməmək üçün söhbət aparırdı.
"Mən bugün gəlməyim, bəlkə Ləman gəldi. Məni evdə tapsın" dedi, Timuçin.
"Necə məsləhtdirsə elə olsun bro. Mən gedim onda" dedi, evdən çıxmaqda olarkən.
"Dayan İbo. Bəlkə, xidmətçi parçası bugün sizdə qalsın? Ləman, gələndə əl ayaqda dolaşmasın"
"Mənim üçün heç problem yoxdur. Əsas odu dostumun işi getsin"
Onlar yad insandan danışırmış kimi, məndən bəhs edirdilər. Mən isə onlara qulaq asırdım. Timuçin mənə dönüb "Hazırlaş, İbo ilə gedirsən. Sabah səhər qayıdarsan" dedi. Onunla getmək istəyən kim idi?
"Məndən, gedib getmək istəmədiyim haqqında heç soruşdunuzmu?" dedim.
Part 5
"Mən sənə seçənək vermirəm. Gedəcəksən deyirəm, o qədər"
"Mən O, oğlanla getmək istəmirəm amma"
"Üzürlü say, əlimizdə hal hazırda var olan adam İbodu. Rəvan yoxdu" dedi, ikrah hissi ilə.
"Ananız gilə gedərəm" dedim.
"Olmaz. Anam bilməyinə ehtiyyac yoxdur. Mən nə dedimsə onuda edəcəksən! Get hazırlaş. İbonunda sözündən çıxma"
Yanından düz keçib, otağıma tərəf irəllədim. Kürək çantamın içinə bir - iki şey yığıb, telefonumuda alaraq otaqdan çıxıb, ona heç baxmadan da evdən çıxdım. Ləman adlı qızla bir gecə keçirəcəkdi deyə, məni evdən qovmuşdan betər etmişdi. İbo adlanan yapışqan oğlanında maşının qarşısına söykənib güldüyünü gördüm.
"Gülməlidir?" dedim.
"Bir az" dedi, maşının qarşı qapısını açaraq. Mən isə arxa qapını açmağa çalışdım, arxaya oturmaq üçün. Açdığım o qapını bağlayaraq "Qarşıya keç, gözümün arxada qalmasını istəmirəm" dedi. Səbrim artıq həqiqətən daralırdı. Qapını yenidən açıb arxaya oturdum. Oda qarşıya minib maşını işə salaraq, sürməyə başladı.
"Adam yeyən deyiləm mən. Qorxub, çəkinməyin yersizdir" dedi.
Cavab vermədim.
"Deyəsən, çox danışmağı xoşlamırsan" dedi, yenə.
Mən isə cavab verməməkdə israrlı idim.
"Əvvəl axır cavab verəcəksən mənə" deyibdə, nəhayət susdu. Bir saatdan çox yol getmişdik. Oda böyük bir evdə yaşayırdı. Qonaq otağında eləcə oturub qalmışdım. Havada qaralmışdı.
"Aclığın var?" dedi, məndən bir az aralı oturub.
"Deyəsən"
"Pizza sevənsənsə, pizza sifariş edim?"
"Olar" dedim, qısa kəsməyə çalışıb. İboda yanımdan qalxıb pizza sifarişini verirdi, mən isə əsəbi idim. Timuçin bəyzadənin, məni bu cür vəziyyətə saldığına!
Part 6
Bir az vaxtdan sonra pizza sifarişi gəlmişdi. Cola süzərək, yeməyə başlamışdıq. Pizzadan yeyə - yeyə gözü üstümdə idi. Birdən dayanıb "Timuçin ilə yola gedirsən?" dedi.
"Səncə yola gediləsi insandı?"
"Damarın tutsan yola gedirsən. İstəyirsənsə sənə onun yolun sənə başa sala bilərəm"
"İstəməz" deyərkən, evinin qapı zəngi çalındı. Qapını açmaq üçün qalxdı. Qulağıma bir neçə insanın gülüş səsləri gəldi. Qonaq otağına daxil olan beş oğlanı gördüm. Hamısı, havalı tipə oxşayırdı. Məni süzməyə başladıqlarında qalxdım ayağa. Gözün məndən çəkməyən, əsmər bir oğlan "İbo, bu qız kimdir" dedi.

5 months, 2 weeks ago

Bölüm 2
Part 1
Gecə saat üç idi. Otağımın qapısı döyüldü. Qapını açdım. Yenə, Timuçin bəy idi. Saçları qarışıq, üst başı dağınıq idi. Üzündə də bolluca əsəb vardı.
"Sən mələk simalı, şeytanmısan?" dedi, mənə.
Başa düşə bilmədim, onu heç cür. Başa düşülməyən, yuxulu gözlərim ilə ona baxmağa davam edərkən "Bir yalan danışmağı belə bacarmamısan. Anam mənə zəng edib evdə olub olmadığımı soruşur. Mən də evdə olduğumu deyirəm. Amma nə hikmətdisə, anam buna inanmır" dedi.
"Mən sizin dediyinizi dedim. Ananız isə, sənində yalan danışdığını bilirəm dedi mənə. Burda mənim günahım yoxdur. Demək ki, ananız sizi sizdən daha yaxşı tanıyır"
"Əgər elədirsə, onda cəhənnəm ol get anamın yanına! Sən kimi uşağı niyə mənim başıma dikibki?!"
"Mən iş üçün burdayam. Bunu niyə başa düşmürsüz?"
"Demək iş üçün burdasan. Nə gözəl. Gəl, mənimlə mən sənə bolluca iş çıxardaram" dedi, məni yenə qolumdan tutub arxasıyca sürükləyərək. Mətbəx qapısının yanında qolumu buraxdı. Mətbəxin işığın yandırıb, içəri keçdi.
Üzünə bir süni gülüş gətirib "Mənim evimdə işdən bol nə ola bilərki?" deyib, qab şkafını açdı. İçindən qabları çıxardıb, bir - bir yerə ataraq sındırmağa başladı. Mən isə qollarımı bir birinə kilitləyib, dəhşət gözlərlə onun nə etdiyinə baxırdım. Qablarla qalmayıb, bardaqlara keçdi. Bardaqlarıda yerə ataraq "Al, sənə iş!" dedi. Gecə saatın üç olmasınmı yanım? Yoxsa gözəlim qablaramı?
Part 2
Ətraf qabların və bardaqların qırıqları ilə dolu idi. Sındırmağı dayandırıb, mənim yanıma gəldi. Qolumdan tutaraq məni özünə tərəf çəkib, ardından qəfildən sınıqların üstünə itələdi. Dizi üstə ətrafa saçılmış sınıqların üstünə düşdüm. Bir sınıq parçası ovuc içimə batmışdı. Digəri isə işarət barmağımın kənarına. Yanıma gəlib, aşağı çökərək "İşlə, indi! Sən buna layiqsən xidmətçi parçası" deyib, qalxdı yanımdan ayağa. İçimə elə bir ağlamaq hissi dolub durmuşdu ki, nə desəm kifayətsiz qalardı...
Onun mətbəxdən çıxdığı an, əlimi ağızıma tutub için - için, gizlin və səssiz şəkildə ağlamağa başladım. Bu gördüklərim, yaşadıqlarımın yanında çox az qalardı. Lakin, mən artıq belə şeylərə dözmək istəmirdim. Mən dünyaya bunun üçünmü gəlmişdim? Dözmək üçün...
Saat beş olmağa yaxınlaşırdı. Mətbəxi təmizləyib, otağıma keçdim. Çarpayıma uzananda, tumbanın üstündə yarabandı qutusunun olduğunu gördüm. O, qoymuşdu...
Əlimə aldığım yarabandı qutusunu eləcə əlimdə əzib yerə atdım. Üzümü pəncərə tərəfə çevirdim. Gözümü yumdum. Hər kəsi və pis anılarımı silməyə çalışıb, bir tək onu düşünərək gülümsədim...

Səhər tezdən ayılıb səhər süfrəsini hazır etdim, onun gec oyanacağını bilsəmdə. Dünən, gecə sınmış qabların yığıntısını zibilə atmaq üçün, zibil torbalarını əlimə alıb evdən çıxdım. Çöl qapıdan çıxdığımda, maşınından enən Rəvanı gördüm. Yanıma yaxınlaşıb "Salam Sarah" dedi.
Part 3
Başımı aşağı yuxarı edib "Sizədə salam" dedim.
Əlimdəki torbalara baxıb "Axşam evdə partimi vardı yoxsa?" dedi.
"Yox, yox idi"
"Bəs bunlar nədirki?" deyib, diqqətlicə torbalara baxdı. Sınmış bir parçanın ucu torbadan çölə çıxmışdı. Ona fikir verib "Timuçin heç vaxt düzəlməyəcək" deyib, yanımdan keçərək içəri daxil oldu. Hər halda dostunun nə etdiyini bilirdi. Mən də zibilləri atıb, geri qayıdıb evə daxil oldum. Yuxarıdan bağırış çağırış səsləri ta, aşağıya qədər gəlirdi.
"Rəvan, O qızın tərəfin tutma mənə. Oda adi bir xidmətçi parçasıdı. Ona görə üzülməyə belə dəyməz" dedikcə, səsi daha yaxından hiss edildi. Hər ikisidə aşağı düşürdü. Timuçin bəy, mənə bir baxış atıb, düz yanımdan keçdi. Rəvanda onun ardıyca gedib "Qaçma, Timuçin! İnsandı, Sarah. Əşya deyil" dedi.
"O qız mənə lazım deyil. Al, sənin olsun. Vallah hədiyyə edirəm onu sənə"
"Timuçin!" deyib, səsini ucaltdığında mən Rəvanın yanına yaxınlaşıb "Danışmağınıza belə dəyməz. Özünüzü mənə görə yormayın" dedim.
"Qız düz deyir, ona görə özünü yorma" dedi, Tumiçin bəy.

5 months, 3 weeks ago

Timuçinin özündən razılığı ilə, Sarahın səssizliyi ölümünə kapışır 😂❤️
Qeyd: Dilimizdə, əslində xidmətçi sözü yoxdur. Sadecə, digər sözlər uyğun olmadığı üçün o sözü yazmaq məcburiyyətində qaldım.

6 months, 1 week ago

"Mənim gözəllər gözəli qızımın dərd etdiyi şeyə bax. Sən, heç atalar günündə mənə heç nə almırsan"
"Atalar günüdə olur, ata?"
"Əlbətdə. Ataların qızları ilə keçirtdiyi hər gün, atalar günü olur"
"Heç bilmirdim. Məndə Vasif əmi ilə sənə hədiyyə alacam"
"Sən məncə, yatmayıb mənə nə alacağını fikirləş" dediyimdə, üzündə gülücüklər açmağa başladı. Azda olsa fikirini, bu cür şeylə dağıtmağa çalışmışdım. Məncə bu fikrimdə xoşuna getdi. Üzümə öpücük qondurub "Mən fikirləşə - fikirləşə yuxuya gedim" dedi. Məndə üzünə öpüş qondurub, yanından ayrıldım. Qonaq otağında olan Vasif, divanda oturub həycanlı - həycanlı futbol seyr edirdi. Yanına əyləşib "Düşündün?" dedim.
"Hə düşündüm" dedi, gözünü televizordan çəkməyib.
"Nə düşündün?"
"Məryəmin üç gün sonraki işini sabaha aldırdım" Qoluna möhkəmcə vurub "Mən onumu deyirəm?!" dedim. Səsimi qısıb "Məryəm ana - ana deyə tutdurub. Mən nə edəcəm? Çox balacadı. Mən ona bu yaşında nəsə deyə bilmərəm" dedim. Bu mövzuya toxunduğumdan televizoru söndürdü. Mən tərəfə çevrilib "Əslində bir yol var" dedi.
"Nə yoludu"
"Məryəmə yalançı ana tapacayıq"
"Nə? Nəə? Başın xarabdı sənin?"
"Yalançı sevgili, yalançı nişanlı, yalançı evlilik olurda, yalançı anamı olmayacaq? Həm bu işlə məşğul olanlar var. Pul qarşılığında bu cür vəzifələri yerinə yetirirlər. Bunların özlərinin internet səhifələri olur"
"Yeni çıxıb buda?"Part 6 Son
"Sosial şəbəkədə kütləyə hakim olan sən, ancaq hər şeydən xəbəri olan mən. Elə bil bu əsrin adamı deyilsən. Qalmısan geridə" deyib, üstünə birdə məndən gileylik etdi. Belə bir şeyə razı olmaq üçün gərək, mənim başımın içindən beynimi aldırmış olmaları lazım idi. Yoxsa bu iş, heç ağıllı bir insanın işi deyildi.
Ve kestik!
Ps. Uzun aradan sonra, bu hekayədə xoş gördüm sizləri. Əvvəlcədən sizləri bölümdə 180 dərəcədə dəyişiklik olduğun açıqlamışdım. Ki, sonradan biz gəlib, hara düşmüşük deməyəsiz deyə 😅
Gələlim bölümə.
Sevincin getməsi 🥲
Aradan beş il keçməsi.
Vasifin hələdə yanlarında olması.
Məryəmin ana istəməsi.
Və ortaya atılan yalançı ana iddiası
Bu qədər sıralama bəsdir məncə. Görək nələr olacaq :)
Sezon finalı etdik, yazar nə zaman paylaşsa davam edəcəm🥲
O vaxta kimi yeni hekayələro gözləyin😌

We recommend to visit

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 2 months, 3 weeks ago

Last updated 1 week, 5 days ago

𝙾 𝚚ə𝚍ə𝚛 𝚋ö𝚢ü𝚢ü𝚋 𝚔𝚒, 𝚒ç𝚒𝚖𝚒𝚣𝚍ə𝚔𝚒 𝚝ə𝚗𝚑𝚊𝚕ı𝚚. 𝚂𝚎𝚟𝚒𝚕𝚖ə𝚢𝚒 𝚐ö𝚣𝚕ə𝚢ə𝚛𝚔ə𝚗, 𝚐ö𝚣𝚕ə𝚖ə𝚢𝚒 𝚜𝚎𝚟𝚖𝚒ş𝚒𝚔... 🌾
📍𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 @Quliy3ffha 🦂

💸Ödənişli reklam üçün:
@Solitude_Rek1amBot

Last updated 1 day, 7 hours ago