Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

RƏBBANİ TƏLİM

Description
وَلَٰكِن كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ
“Öyrətdiyiniz Kitabın və (ondan) öyrəndiyiniz şeyin sayəsində rəbbani din xadimləri olun!”
(Əli İmran 79)

(Admin :Mədinə İslam univ..məzunu Elnur Əliyev)
Advertising
We recommend to visit

🔴JONLI EFIR VA GOLLAR 👇

Last updated 3 weeks, 5 days ago

@sirdaryoonlayn_bot мурожаат учун

Last updated 3 weeks, 5 days ago

ДХХ Чегара қўшинлари расмий канали

youtube.com/@sarhad_24

Last updated 1 month ago

2 weeks, 6 days ago

Bir hikmətli alimdən soruşdular: " Namaz qılmayanın hökmü nədir?
- Oda cavabında: Onun əlindən tutub aparaq məscidə namaz qılmağa. "

https://telegram.me/RebbaniTelim

4 weeks, 1 day ago

💵 ZƏRURƏT OLMADAN GÖTÜRÜLƏN BORC.

🔹لا تُخيفوا أنفسَكم بعد أمْنِها قالوا وما ذاك يا رسولَ اللهِ قال الدَّيْنُ.

🔹Peyğəmbər ﷺ deyib : " Əminamanlıqda olarkən özünüzü qorxuya salmayın!
-Dedilər : Ey Allahın elçisi! Nə mənada?
-Dedi: Borc".

📚 Munziri.Tərğib Va Tərhib.

https://telegram.me/RebbaniTelim

1 month ago

🔅قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا🔅

🔅De: “Əgər duanız (ibadətiniz) olmazsa, Rəbbim sizə nə üçün dəyər versin! (Ey kafirlər!) Siz (haqqı) təkzib etdiniz. Buna görə də (sizə əzab) vacib olacaqdır!”🔅

🔅Скажи: "Мой Господь не стал бы обращать на вас внимание, если бы не ваши молитвы. Вы сочли это ложью, и скоро оно (наказание) станет неотступным".

📗 Furqan 77

2 months, 3 weeks ago

🌒RAMAZANI NECƏ QARŞILAYAQ ?

🔅يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا عَسَىٰ رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ.. (الآية)

🔸قال العلماء : التوبة النصوح هو أن يقلع عن الذنب في الحاضر ، ويندم على ما سلف منه في الماضي ، ويعزم على ألا يفعل في المستقبل . ثم إن كان الحق لآدمي رده إليه بطريقه .

🔹قال العلامة ابن عثيمين رحمة الله:
خيرُ ما يُستقبل به رمضَان التَّـوبة...
التَّـوبة النّصوح مَقبولة مهما عظُم الذنب .
[🎙️فتاوى نور على الدرب (٩٨) ]

🔅Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin pisliklərinizin üstünü örtər və Allah Peyğəmbərini və onunla birlikdə iman gətirənləri utandırmayacağı bir gündə sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edər.

📗 Təhrim 8

🔹Alimlər deyib : " Nəsuh" tövbə (səmimi tövbə) günahı tam tərk edib və keçmişdə baş verənə görə peşmançılıq hissi duymaq və gələcəkdə birdaha ona qayıtmamaq üçün əzm etməkdir. Əgər insanlardan kiminsə onun üzərində haqqı varsa , ona lazım olan şəkildə qaytarılmalıdır.

📚 Təfsir ibn Kəsir.

🔸Böyük alim İbnul-Useymin (رحمه الله) deyib : " Ramazan ayını qarşılamaq üçün ən xeyirli əməl tövbədir. Günah nə qədər böyük olursa olsun "nəsuh"( səmimi) tövbə məqbuldur."

(🎙️Fətəva Nurun alə dərb 98)

https://telegram.me/RebbaniTelim

3 months ago

🟨"ARİFİN" CƏZASI.

🔸 (لكل شيء عقوبة وعقوبة العارف انقطاعه عن ذكر الله).

🔸İbnul-Qayyim nəql edir: " Hər bir şeyin cəzası var və arif insanın cəzası , Allahı zikr etməyi dayandırmasıdır."

📚 روضة المحبين

🖋️ İzah : "Arif"; ağıl sahibi , Rəbbini tanıyan bir iman əhli bilir ki, Allahı zikr etmək qızıl sədəqə verməkdən daha üstündür. Ama buna baxmayaraq, etdiyi günahlar ucbatından, davamlı zikr etməkdən məhrum olub çox böyük savabları əldən buraxır.

https://telegram.me/RebbaniTelim

3 months ago

🔸نقل ابن القيم:
أَوحَى اللهُ إلى مُوسَى: يا موسى كُنْ لي كَمَا أُريدُ، أَكُنْ لَكَ كَمَا تُريدُ.

🔸İbnul-Qayyim nəql edir:
"Allah Musaya vəhy edir : Ey Musa! Sən mənim istədiyim kimi ol ki ,məndə sənin istədiyin kimi olum!"

📚 روضة المحبين

https://telegram.me/RebbaniTelim

3 months ago

ALLAHI SEVMƏYİN ƏN YÜKSƏK HƏDDİ.

▪️عن الفضيل ابن عياض أن رجلاً سأله فقال: يا أبا علي متى يبلغ الرجل غايته من حب الله تعالى؟ فقال له الفضيل: إذا كان عطاؤه ومنعه إياك عندك سواء، فقد بلغت الغاية من حبه.

▪️Fudeyl bin İyaddan (رحمه الله ) nəql olunur ki: " Bir kişi ondan soruşur ki:" Ey Əbu Əli! Bir şəxs nə vaxt Allahı sevməyində ən yüksək həddə çatar?"
-Fudeyl cavabında deyir: "İstədiyin bir şeyi sənə verməsi ilə və istədiyin bir şeyi sənə verməməsi, sənin üçün eyni şey olarsa. Belə olduğu halda, Onu sevməyində ən yüksəyə çatmısan."

📚Hilyətul-Əvliyə..

https://telegram.me/RebbaniTelim

3 months, 1 week ago

📗 "QARİLƏRİN" AYI 🌙

🔸("Tabein" və hədis ravisi) Sələmə bin Kuheyl deyib : " Əvvəllər deyilərdi ki, Şaban ayı "qarilərin" ( quran oxuyanların) ayıdır ".

🔸(Hədis alimlərindən olan) Amr bin Qeys Şaban ayı girəndə dükanını bağlayar və quran oxumaqla məşğul olardı.¹

📜( Hicrətin üçüncü əsrində yaşamış, hədis nəql edən ) Əbu Bəkr əl-Bəlxi deyib : " Rəcəb ayının misalı (bulud gətirən) küləyə bənzəyir. Şaban ayı buluda bənzəyir. Və Ramazan ayı yağış kimidir. Kim Rəcəb ayında əkin əkməz və Şaban ayında onu sulamazsa , Ramzanda necə biçim etmək istəyir ?!

📚 1.Lətaif əl-Məarif s.135.

https://telegram.me/RebbaniTelim

3 months, 1 week ago

🌹وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ ۖ وَنُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا.

🌹İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcələr vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik.

5 months ago

🔴QEYRİ-İSLAM BAYRAMLARI

🔅وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا .

🔹قال أبو العالية ، وطاوس ، ومحمد بن سيرين ، والضحاك ، والربيع بن أنس ، وغيرهم : هي أعياد المشركين .
📚 تفسير ابن كثير.

🔹Onlar yalana şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər.

📗Furqan 73.

Abul- A'liyə, Tavus, Muhəmməd ibn Sirin, Dahhək, Rabiy ibn Ənəs və digərləri bu ayə barədə deyiblər: " Müşriklərin bayramlarında iştirak etməzlər"

📚 Təfsir İbni Kəsir .

We recommend to visit

🔴JONLI EFIR VA GOLLAR 👇

Last updated 3 weeks, 5 days ago

@sirdaryoonlayn_bot мурожаат учун

Last updated 3 weeks, 5 days ago

ДХХ Чегара қўшинлари расмий канали

youtube.com/@sarhad_24

Last updated 1 month ago