Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

DUALAR ve ZIKRLER

Description
Salam aleykum. Bu kanalda " DUALAR ve ZİKRLER " paylaşılacaq😊
Hər növ zikrlər, dualar, və məsum Əhli Beyt kəlamları. İnşə Allah birlikdə əməl edib öz nəfsimizə qalib qələrik👐
BEYENSEZ LİNKİ PAYLAWİN KANALA DESTEK OLUN👈
Advertising
We recommend to visit

7/24 Savaş Gündemi⏱️💥

Last updated 1 week, 1 day ago

My Neighbor Totoro mmsub

Last updated 1 year, 9 months ago

По всем вопросам @jeetsso

Last updated 6 months, 1 week ago

1 month, 3 weeks ago

Sual 1⃣;
Hansı şərtlərdə atanın tutmadığı orucları böyük oğluna tutmağı vacib olur?

1⃣Orucu üzrlü səbəbdən tuta bilməsə;
Lakin bilərəkdən tərk edibsə;
✔️Ağa Xamnei:
Ehtiyat vacibə görə qəzası lazımdır və əgər Allaha tüğyan edib tərk edibsə qəzaları vacib deyil amma bu halda da ehtiyata görə onların qəzasını tərk etməsin.
✔️Ağa Sistani və Ağa Məkarim;
Böyük oğula qəzaları vacib deyil.
📚Tozihul məsaili mərace,m 1390.

2⃣Ata yaşadığı müddətdə qəzalarını tuta bilərdi amma yerinə yetirməyib;
Lakin əgər ata xəstəliyə görə tutmayıbsa;
✔️Ağa Xamnei,Ağa Sistani və Ağa Məkarim:
Böyük oğula bir şey vacib deyil.
📚Tozihul məsaili mərace,m 1390.

3⃣Atanın tutmadığı oruclar Ramazan ayının qəzaları olsa;
Amma əgər atanın Ramazan ayının qəza oruclarından qeyri vacib orucu qəzası olsa misal üçün kəffarəsi;
✔️Ağa Məkarim:
Ehtiyat vacibə görə onların da qəzası böyük oğula lazımdır.
✔️Ağa Sistani:
Onların qəzası böyük oğula vacib deyil.
📚Urvətul vusqa.
4⃣Böyük oğul atanın vəfatında aqil və baliğ olsun;
Amma baliğ olmasa ya dəli olsa:
✔️Ağa Məkarim:
Hər vaxt baliğ ya aqil olsa,qəza ona vacibdir hətta böyük oğul atanın ölüm mövqeyində anasının qarnında olsa belə yenədə baliğ olan yaşda gərək atasının qəza oruclarını yerinə yetirsin amma baliğ və aqil olmamışdan qabaq ölsə,atanın qəza orucları saqit olar (boynundan götürülər) və ondan sonrakı böyük oğulada keçməz.
✔️Ağa Sistani:
Qəza onlara vacib deyil əgər baliğ və aqil deyilsələr.
📚Urvətul vusqa.
5⃣Böyük oğul atanın ölümü zamanında irsə qadağası olmamış olsun;
Amma əgər qadağa olmuş olsa:
✔️Ağa Sistani və Ağa Məkarim:
Qəza vacib deyil.
📚Urvətul vusqa.
6⃣Ata əgər qəza oruclarını tutmağa əcir vəsiyyəti etməyibsə;
Lakin qəzalarını tutmağa əcir tutma vəsiyyəti edibsə:
✔️Məşhur:
Əgər əcir tutulan şəxs orucları səhih yerinə yetirsə böyük oğula bir şey vacib deyil və əgər düzgün etməyibsə böyük oğula onları yenidən tutmağı vacibdir.
✔️Ağa Sistani:
Əgər vəsiyyət etibarlı olsada böyük oğula bir təklif yoxdur.
✔️Ağa Məkarim:
Həccdən başqa ölmüş şəxslərin namaz və digər ibadətlərin əcrini almaq eybsiz deyildir və əgər kimsə başqa ibadətlərin əcrini almaq istəyirsə,ödədiyi pul hədiyyə şəklində olmalıdır və əcir adamın gördüyü iş yaxşılıq olaraq yerinə yetirilməlidir.Lakin qəza namazı və orucun,həmçinin müstəhəbb namazların və orucun müstəhəb məqsədi ilə və ücrət almadan qılınmasının eybi yoxdur.
📚Tozihul məsaili mərace,m 1394.
7⃣Böyük oğul atasının boynunda olan qəza oruclarına elmi olsa ya iki adil şəxs ona miqdarını desə ki,atasının bu miqdarda qəza orucu var idi;
Amma əgər;
🔸a]Ata ölümü zamanı desə bu miqdarda qəza orucum var:
✔️Ağa Məkarim:
Böyük oğula vacibdir.
✔️Ağa Sistani:
Atasının düz dediyinə əmin olmasa böyük oğula bir şey vacib deyil.

🔸b]Böyük oğul şəkk etsə ki,atasının qəza orucu var ya yox:
Bir şey ona vacib deyil

🔸c]Böyük oğul bilsə ki,atasının qəza orucu var idi amma bilmir yerinə yetirib ya yox:
Ehtiyat vacibə görə qəza etsin.
📚Tozihul məsaili mərace,m 1391 və 1392.
8⃣Böyük oğul məlum olsa ki,kimdir amma məlum olmasa ki,böyük oğul hansıdır,atanın qəza orucu heç bir oğula vacib deyil lakin Ehtiyat müstəhəb budur ki,onun namazlarını aralarında bölsünlər ya püşk atsınlar.
📚Urvətul vusqa.

1 month, 3 weeks ago

BU DÜNYADA KİMLƏR ALDANDI?

- Cəhənnəmi hesaba qatmayan dindar aldandı..!
( Zümər, 47 )

- Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..!
( Nisa, 123 )

- Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..!
( Nisa, 78 )

- Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..! riakar (ikiüzlü) aldandı..!

- Aləmə nəsihət verib özünü unudan aldandı..!
( Bəqərə, 44)

- Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..!
( Furqan, 43-44 )

- ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..!
( Əraf, 98 )

- Getdiyi yolun əyriliyindən şübhə etməyən qafil aldandı..!
( Kəhf, 104 )

- Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..!
( Nisa, 95 )

- Namazı olmayan aldandı..!
( Müddəsir, 39-43 )

Kim özünü yandırdı, kimlər aldandı..?
- “..Mən bundan sonra xilas ola bilmərəm..” deyən me'yus (ümidsiz) aldandı..!
( Zümər, 53-54 )

- “..ALLAH diləməsəydi günahkar olmazdım..” deyən, qədəri yalan sayan aldandı..!
( Zümər, 56-57 )

- Kiçik günahlara göz yumanlar aldandı..!

- “..İbadət etməməyimə baxmayee, ürəyim təmizdi..” deyən, saleh əməlsiz aldandı..!
( Əsr, 1-3 )

- “..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq,
Bu dövrdə hər şey puldur..!” deyən, zəngin aldandı!
( Təkasur )

Daha Kimlər aldandı..?

- Yadlardan örtünməyən qadınlar aldandı,
- Şəhvətinə uyan cahillər aldandı,
- Faiz yeyən iblislər aldandı,
- Vaxtını boş-boş keçirən qafillər aldandı,
- Axirətini unudanlar aldandı,
- "..Hələ gəncəm.." deyənlər aldandı,
- Fani olduğunu unudanlar aldandı,
- Başqalarının hicab geyinib günah işlədiyini görən,
özünün hicab geyinməsədə xeyir üstə olduğunu sananlar aldandı..!
- Başqasının namaz qılıb günah işlədiyini görən,
Özünün namaz qılmasada xeyir üstə olduğunu sananlar aldandı..!
- Axirətdə, hərənin özünə cavabdeh olduğunu unudanlar aldandı..!
- Zamanın durmadığını, unudanlar aldandı..!
- Əcəlin vaxtsız gəldiyini unudanlar aldandı..!
- Quranı bir kərədə olsun oxumayanlar aldandı..!
- Haqqa göz yumanlar aldandı..!

Daha Kimlər aldandı..?

- Bunu oxuyub,özümüze nəticə çıxarmayan bizler aldandıq !

1 month, 3 weeks ago

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

👉🏻 Bazar günü İmam Əli(ə)və Hz.Xanım Fatimeyi Zəhraya(s) aiddir.

📿 Bazar Günündə Hz.Xanım Zəhranın (ə) ziyarətnaməsi:

السَّلامُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ امْتَحَنَكِ الَّذِي خَلَقَكِ فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً أَنَا لَكِ مُصَدِّقٌ صَابِرٌ عَلَى مَا أَتَى بِهِ أَبُوكِ وَ وَصِيُّهُ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمَا وَ أَنَا أَسْأَلُكِ إِنْ كُنْتُ صَدَّقْتُكِ إِلا أَلْحَقْتِنِي بِتَصْدِيقِي لَهُمَا لِتُسَرَّ نَفْسِي فَاشْهَدِي أَنِّي ظَاهِرٌ [طَاهِرٌ] بِوِلايَتِكِ وَ وِلايَةِ آلِ بَيْتِكِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ

🌷Ziyarətnamənin tərcüməsi🌷

Salam olsun sənə, ey imtahandan çıxan şəxs, Allah səni xəlq etdikdən sonra imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Mən sənin uca məqamını təsdiqləyir, atan və onun canişininin (Allahın salamı olsun onlara) gətirdikləri müqabilində səbirliyəm. Biz səndən istəyirik ki, əgər səni təsdiq edənlərdən olsaq, mütləq bizim təsdiqimizi atan Rəsulullah (s) və onun canişini Əliyə (ə) çatdır ki, ürəyimi sevindirəsən. Şahid ol ki, mən ixlasla sənin və Əhli-beytinin (Allahın salamı olsun onların hamısına) vilayətinə sarılmışam.

📚Məfatihul-Cinan/Şeyx Abbas Qumi

🌤 الّلهُـمَّ عَجِّــلْ لِوَلِیِّکَـــ الْفَـــرَج 🌤

4 months ago
4 months, 2 weeks ago
DUALAR ve ZIKRLER
4 months, 2 weeks ago
DUALAR ve ZIKRLER
5 months, 2 weeks ago

Yunisiye zikri

لا اله الا انت ،سبحانک اني کنت من الظالمين

"Lâ ilâhe illa ente subhaneke inni küntü mine’z Zalimin"

Bu zikrin sayısı 400, 700, 1001, 3000, 4000, 7000’dir.

5 months, 2 weeks ago

Kimler negeder zikir goturse xaiw edirem wexsime yazsin.sayini bilek.
Zikir muddeti 5 gun.
Balamiza her hefte qan kocurulur.
Allah cemi xeste balalara Eli Esger agaya xatir.Ruqeyya xanima xatir Acil wefa versin🤲🏻Butun xeste balalar bizim balamizdi.unutmayaq🤲🏻🌹
Haminin duasini Allah qebul elesin🤲

5 months, 2 weeks ago

Salam eziz baci ve qardawlarimiz.namaz qilan ve qilmiyan herkesden iltimasi dua xaiw edirem🤲🏻
NURAY OGLU HUSEYN balamiza Acil wefasi ucun dua edek.
8 yaw.xerceng xestesidi.
Aramizda Allah dostu olan insanlar var.ki Allah bilir biz bilmirik komlerdi.Balamiz8n acilen wefasina
5000 Ya Wafi.5000 Ayetel Kursu.5000 Hemd sure.10.000 salavat. Ve 10.000 Yunisiye duasi xaiw edirem

We recommend to visit

7/24 Savaş Gündemi⏱️💥

Last updated 1 week, 1 day ago

My Neighbor Totoro mmsub

Last updated 1 year, 9 months ago

По всем вопросам @jeetsso

Last updated 6 months, 1 week ago