Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

İbrahim Nebioglu

Description
https://www.facebook.com/ibrahimnebioglu24
https://twitter.com/ibrahimnebioglu
https://www.instagram.com/nebioglu_ibrahim/
Advertising
We recommend to visit

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Last updated 2 months ago

Elm dünyasında yeniliklər • Elmi məqalələr • Texnologiya • Tarix • Dinlər və inanclar • Tibb • Biologiya • Coğrafiya • İncəsənət • Fizika • Kimya • və s.

Last updated 11 months, 3 weeks ago

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 6 days ago

6 days, 3 hours ago

Özümü və bütün Galatasaray sevdalılarını 24-cü çempionluqla təbrik edirəm!

1 week ago

“QAZAĞA” GEDİN, “QAZAXA” YOX

“Qazağa gedirik” deyirik minillərdir.
Kim “Qazaxa” deyirsə bilin ki, bilmədən deyir.
Bilərək deyənlər isə…

Yazılı ədəbiyyatın Qazaxda doğulmuş ən böyük nümayəndələri – Vidadi, Vaqif, Kazım ağa Salik, Əbdürrəhman ağa Dilbazi oğlu, Hacırəhim ağa Vahidi, Abbas ağa Nazir, Şahniyar ağa Rançur, Hacıkərim Sanılı, Abdulla bəy Divanbəyoğlu, Mədinə xanım Qiyasbəyli, Əhməd Seyidov, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Səməd Vurğun, Mehdi Hüseyn, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Teymur Bunyatov, İsa Hüseynov, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu və bu mahaldan çıxmış yüzlərlə alim, həkim və aydınlar ordusu son zamanlar anlamsız polemikalara səbəbiyyət verən dilçilərdən azmı bilirdilər?

Onlar orfoqrafiya qaydası bilməzdilər, çoxlarının zamanında heç elə anlayış belə yox idi. Amma onlar analarının dilində, eşidikləri, duyduqları, hiss etdikləri kimi danışırdılar…

Bəzi dilci alimlər özlərindən “velosiped ixtira edərək” qulağımıza yad gələn variantlar, minillik danışıq və alışqanlıqlarını zorlayan təkliflərdə bulunurlar. Və istinad edəcəkləri mənbə də illərdir elə onların özləri tərəfindən təcavüzə məruz qalan, üstündə min cür hoqqalar çıxarılan Azərbaycan dilinin orfoqrafiya normalarıdır.

Alimlərdən biri mənbəyə müraciət edərkən belə deyir: “Lakin Azərbaycan dilinin orfoqrafiya normalarında “x” samiti ilə bitən çoxhecalı yer adlarının yazılışı ilə bağlı ayrıca bənd yoxdur”. Əgər təkhecalı toponimlərdə, məsələn, Qax adında “x” hərfi “ğ”yə keçmirsə və əgər çoxhecalı adlar üçün ayrıca bir bənd yoxdursa, onda niyə Qazax və ya Yevlax kimi yer adları üçün yenidən “Amerika kəşf edib” eksperiment aparırsız? Bunun üçün o bölgənin tələffüzzünə niyə hörmət etmirsiz, siz yuxarıda adını çəkdiyim münəvvər və aydın ordusunu ciddiyə almır, niyə Qazax və Yevlax camaatına saymamazlıq edirsiz?...

Halbuki dilci alimin edəcəyi tək bir şey var: Oturub çoxhecalı yer adları üçün ayrıca bir bənd yazmalı, sonra o bəndi Azərbaycan dilinin orfoqrafiya normalarına salmağa nail olmalı və nöqtəni qoymalıdır. Alimin işi də bu olmalıdır – hazırladığını tətbiq etməli, dilimizin xüsusiyyətlərini, zənginliklərini qoruyaraq onu normalarla möhkəmləndirməlidir. Və əsası da dilin ənənələrinə sayğı göstərməlidir…

Əks təqdirdə, bir gün Qazağın aydınları toplanıb petisiya imzalayacaqlar…

1 week, 1 day ago

EŞŞƏKLİYİN İSBATI

d/dx[ex+a] =e,

burada
e – eşşək
a – qızıldan palan

Eşşəyə qızıldan palan da vursan eşşək eşşəkdir

2 months, 1 week ago
İbrahim Nebioglu
2 months, 1 week ago
İbrahim Nebioglu
2 months, 1 week ago

XƏYAL İDİ GERÇƏK OLURKOR İNSAN QALMAYACAQ

Göz həkimi bir ailə dostumuz var.
Nilufer Köylüoğlu İstanbul Dünya Göz xəstəxanasında çalışdığı vaxtlarda doğuşdan kor və sonradan görmə qabiliyyətini itirimiş xəstələrlə məşğul olurdu. Bu gün o klinik fəaliyyəti ilə bərabər akademik çalışmalar aparır.

O illərdə xalam oğlu Emil Yusifov Türkiyənin önəmli göz məktəblərindən biri olan İzmirdəki Ege Universitetinin oftalmologiyasında rezidenturanı bitirib uzmanlığını almış, İstanbuldakı klinikalardan birində çalışırdı.

Futirologiya, əsasən də tibbi texnolojilərlə bağlı məqalə yazanda tez-tez Niluferlə Emilə zəng vurur, onların fikrini soruşurdum. Çox qəribə bir durum yaranırdı, korluqla bağlı hər ikisinin problemə baxışı hardasa eyni idi – “yaxında korluq problemi kökündən həll olacaq” deyirdilər.

Ancaq əgər Nilufer məsələyə çox həyəcanla, hətta ifrat nikbinliklə baxırdısa, Emil daha təmkinli idi. Xaloğlu “Abi, oftalmologiya korluğa qədər hələ əksik qalan əzəli göz problemlərini, məsələn, qlaukomanı həll etməlidir” deyir və əlavə edirdi: “Texnoloji o həddə çatacaq ki, korluq problemi çox asan çözüləcək”.

Emillə Nilufəri tanış etməyə hazırlaşırdım.
Ancaq Nilufər İstanbuldan Kütahyaya, Emil isə köçüb Bakıya yerləşdi.
Doğulduqları şəhərlər hər ikisini özünə çəkdi…

İndi Emil dünya miqyaslı məşhur hocalarından öyrəndiklərini Ana Vətənində tətbiq edir, İstanbulda qazandığı təcrübəni həmkarları ilə paylaşır. Bakıya hər gəlişimdə mütləq Emillə görüşür, saatlarla müxtəlif mövzuları müzakirə edirik.

İlon Mask “Neurolink Telepatiya” layihəsinə start verəndə Emil amerikalı milyarderin yaxında korluq məsələsinə də “girişəcəyini” təxmin etmişdi. “Mask şübhəsiz ki, böyük mühəndisdir, güclü oyunçudur, avantürist kimi görünsə də Tibb sahəsindəki layihələri böyük həyəcan yaradır”, –Emil deyir.

Həqiqətən də iflic olmuş insanları beynin gücü ilə yeritmək, doğuşdan kor olanların gözünə nur vermək…bütün bunlar insanın qulağına nağıl kimi gəlir. Ancaq Emil Bakıda qlaukoma (qara su), refraktiv cərrahiyə (eynəkdən qurtulmaq), torlu qişa xəstəlikləri, cərrahi və tibbi retina, uşaq göz xəstəlikləri sahəsində xəstələrinə şəfa verərkən məs., kataraktla bağlı korluqla da məşğul olur (Emilin sahəsini yazarkən tibbi terminləri qarışdırmamaq üçün göz həkimi olan həyat yoldaşımdan dəstək aldım).

“Oxuyuram Leninin kitablarını dəstədən geri qalmamaq üçün” demişdi şair. Həkimin də “Lenin kitabları” onun mütəmadi olaraq xaricdəki beynəlxalq konfranslarda iştirak etməsidir. Xarici həmkarlarla təmasda olmaq, yenilikləri öyrənmək, tibbdə təzə trendlərdən xəbərdar olmaq…Xaloğlu oftalmologiya konfranslarını buraxmamağa çalışır.

İndi gələk bu yazının ortaya çıxma səbəbinə.
2018-ci ildə İlon Maskın kitabını Ana dilimizə tərcümə edəndə ağlıma da gəlməzdi ki, altı il sonra iki xaloğlunun bu şəklini paylaşacam.
O vaxt Maskı Spacex, Tesla ilə tanıyırdılar.
Bu gün isə artıq “Neurolink” layihəsi də var.
Maskın gizli xəyalı idi insan beyninə çip yerləşdirmək.
Artıq reallıqdır – Xəyal idi, gerçək olur…

Bir neçə gün əvvəl Mask Neuralink-in kor insanlara görmə imkanı verəcək Blindsight beyin implantını elan etdi. Daha öncə o, insan beyninə neyroçip yerləşdirərək ilk xəstəsi ilə şahmat oynamışdı.

İlon Mask X sosial şəbəkəsində bu inqilabi addımını belə anons etdi:

"Blindsight Neuralink-in Telepatiya layihəsindən sonrakı növbəti məhsuludur. Qeyd edək ki, Blindsight implantı artıq meymunlar üzərində sınaqdan keçirilib. Xəstələrin görməsi ilk etapda Nintendo qrafik oyunundakı kimi aşağı olacaq, lakin sonra o, normal insanın görmə qabiliyyətini üstələyə biləcək"…

Blindsight sayəsində hətta doğuduğundan kor olanlar belə görmə qabiliyyətinə sahib olacaqlar.

Sevinirəm ki, artıq bizim Səhiyyə sistemində də xəyal qurub, onları gerçək etmək üçün çalışan yeni nəsil savadlı, idealist həkimlər var.

4 months, 1 week ago

MEDALLI VE MEDALSIZ HACI
Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

Hacı Zeynalabdinin adı həyatımda özəl bir yer tutur.
O, tariximizin ən parlaq simalarından biridir.
Onu ziddiyyətli şəxsiyyət olaraq əsla qəbul etmirəm.
Hacını çar Rusiyasının medalları ilə də sevirəm, yalın fraklı halı ilə də.
Onun heykəlini postamnetli olsa da sevərdim,
indiki kimi – bizim boyda olan abidəsini də.

Əslində o heykəl bizim nəsildən çox gələcək nəsillərə lazımdır.
O zatən bizim qəlbimizdədir hər daim…

Mən Hacıya bildiklərim, oxuduqlarım və gördüklərimdən dolayı heyranam,
amerikalı bir tarixçinin açdığı bəzi məqamlar məni nə qədər incitsə də yenə hörmətim əbədidir.

Tağıyev xalqımızın könlündə bütün haqlı və haqsız tənqidlərə rəğmən taxt qurmuşdur.
Çünki elədikləri iddialarla müqayisədə çox böyükdür, müqayisəyə belə gəlmir.

Lütfəli Bəy Behbudov məsələsini bir məişət münaqişəsi kimi qiymətləndirsək daha doğru olar, məncə..

Əhməd Bəy Ağaoğlu məsələsi daha ciddi bir məsələdir.
O acı hadisə sona qədər doğru-düzgün araşdırılmayıb.
Düşüncə tariximizin ən nəhəng şəxsiyyətlərindən biri olan Ağaoğlunun məcburi mühacirəti haqda çox qaranlıq xüsuslar var.

Çox heyif, bizi vaxtsız tərk edən görkəmli tarixçimiz Aydın Balayev həyatda olsaydı indi ona o qədər çox sual ünvanlayırdım ki…

Yaxın tariximizdə Hacı Zeynalabdin Tağıyev kimi milyonçu-xeyriyyəçilər az deyil.
Ancaq ən çox onun adı çəkilir, ən çox ondan danışılır.

Bu yaxında bir neçə türk dostumla (köşə yazarları, professor və həkimlər) bir məclisdə söz gəldi Bakı neftinə, sənayeləşmə tariximizə, yenə mesenatlara, onların sənətə, təhsilə və maarif üçün ayırdıqları ianələrə çıxdı. Tanınmış bir qadın yazar məndən “Hacının gördüyü işlərdən ən çox hansını önə çəkərdin?” deyə soruşdu. “Bizim qızlarımız üçün açdığı məktəb” dedim. Qadının gözləri doldu…

Biz çox vaxt nə əlimizdə olanların qədrini bilirik, nə də onların xalq üçün, millət üçün etdiklərini.

Hacı Zeynalabdin Tağıyevi sonsuz rəhmət və sevgi ilə anıram.

4 months, 1 week ago

Özünü tapmış insan başqalarının fikirlərindən asılılığını itirir.
Albert Eynşteyn

4 months, 1 week ago

NEKROPOL TURİZMİ

Nekropol turizmi adlandırılan qəbirstanlıqlara, toplu məzarlara, görkəmli şəxsiyyətləri ziyarət etməyə olan maraq gedərək artır.

Göttingen Almaniyanın Aşağı Saksoniya əyalətində bir şəhərdir.
Sorsanız ki, şəhərin ən görməli yeri haradır, düşünmədən “Stadtfriedhof” – Şəhər Məzarlığı deyərəm…

Məzarlıqda 9 Nobel mükafatı laureatı yatır:

Otto Vallah (kimya, 1910)
Maks fon Laue (fizika, 1914)
Maks Plank (fizika, 1918)
Valter Nernst (kimya, 1920)
Rihard Zigmondi (kimya, 1925)
Adolf Vindaus (kimya, 1928)
Otto Han (kimya, 1944)
Maks Born (fizika, 1954)
Manfred Eigen (kimya, 1967)

Şəhər məzarlığı kənardan gözəl bir parka bənzəyir.
Ancaq burada qəbristanlıq havası, onun kədər və üzüntüsündən əsər-əlamət yoxdur.

“Stadtfriedhof” Nobel laureatları ilə bərabər həm də bir çox tanınmış alimlər üçün də son mənzildir:

Karl Şvartsşild – alman fiziki və astronomu,
David Hilbert və Karl Lüdviq Zigel – alman riyaziyyatçıları,
Vilhelm Veber – fizik,
Teodor Kaluza – fizik və riyaziyyatçı,
Feliks Klein – riyaziyyatçı.

150 min əhalisi var Göttingenin.
Almaniyada “Bir kiçik şəhər üçün bu qədər dahi çox deyilmi?” deyə düşünmüşdüm.
Yəqin ki, çox deyil. Çünki dahiləri kiçik və ya böyük şəhərlər deyil, böyük millətlər doğurur…

6 months, 1 week ago

Dəftərinizin bir kənarına qeyd edin. Bir azdan lazımınız olacaq...

*Birinci, ikinci və üçüncü kosmik sürətlər (KS) var.

Birinci KS orbitdə hərəkət etmək və Yerə düşməmək üçün tələb olunan sürətdir - bu, saniyədə 7,9 kilometrdir.
İkinci KS yerin orbitindən çıxıb başqa bir göy cisminin orbitinə çıxmaq üçün tələb olunur.*

*Üçüncü KS isə kosmik gəmiyə günəş sisteminin cazibə qüvvəsini dəf etməyə, həmçinin onu tərk etməyə imkan verir. Bu gün Voyager 1 və Voyager 2 kosmik aparatları belə sürətlə uçurlar.

İnsanoğlu Aya çatmaq üçün Yerin cazibə qüvvəsini dəf etməlidir. Bunun üçün raket saatda 40.000 km və ya saniyədə 11,2 km sürətə çatmalıdır.*

We recommend to visit

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Last updated 2 months ago

Elm dünyasında yeniliklər • Elmi məqalələr • Texnologiya • Tarix • Dinlər və inanclar • Tibb • Biologiya • Coğrafiya • İncəsənət • Fizika • Kimya • və s.

Last updated 11 months, 3 weeks ago

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 6 days ago